Ana sevgisi(Çoox təsirli bir hekayə)

 
Ana sevgisi(Çoox təsirli bir hekayə)

Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün kəndlərə “üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər. Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə heyvanları ilə “bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər...
Ana sevgisi(Çoox təsirli bir hekayə)
Belə quraqlıq günlərindən birində əlində silah keşik çəkən bir kəndli kolluqların arasından bir səs eşitdi. Kəndli: “Bu, yəqin ki, meşədəki heyvanlardan biridir” – deyə düşündü. Asta və səssiz addımlarla səs gələn tərəfə getdi. Əlindəki tüfəng isə çoxdan atəşə hazır vəziyyətdə idi. Artıq hədəfə kifayət qədər yaxınlaşmışdı. Tüfəngini qaldırıb nişan aldı və heyvanın üzə çıxmasını gözləməyə başladı. Bir azdan kolluqların arasından kisəsində balası olan bir kenquru çıxdı. Kenqurunun susuzluğu üzündən oxunurdu. O, qəhvə rəngli gözləri ilə kəndliyə baxır və sanki bir udum su üçün yalvarırdı. Kəndli istər-istəməz əlini tətikdən çəkdi. Nə olursa-olsun, o, kenqurunu öldürə bilməzdi. Üstəlik, yanında balası da vardı. Kenquru asta addımlarla inəklər üçün qoyulan su qabının yanına getdi. Kəndli hələ də onlara baxmaqda davam edirdi. Kenquru da gözlərini kəndlidən çəkmirdi. Nəhayət, kenquru su qabına yaxınlaşdı. Kenquru balası suyu görən kimi içməyə başladı. Balaca kenquru o qədər susamışdı ki, az qala suyun içinə düşəcəkdi. Ana kenquru isə yalvarış dolu baxışlarla kəndliyə baxmaqda davam edirdi. Kenquru balası doyunca su içib başını qaldırdı. Artıq getçək vaxtı idi və ana balası ilə birlikdə bir az əvvəl gəldikləri kolluqlara tərəf getdi. Bir azdan hər ikisi gözdən itdilər. Bütün bu baş verənlərə tamaşa edən kəndli isə tüfəngini bir kənara qoymuş və səssizcə ağlamağa başlamışdı. Çünki ana kenquru bütün susuzluğuna baxmayaraq, bir udum da su içməmişdi. O yalvarış dolu baxışlar isə “ANCAQ VƏ ANCAQ KÖRPƏM ÜÇÜN...” demək idi...

Ana sevgisi(Çoox təsirli bir hekayə)


Geri dön

Qara mələk

  • 12 yanvar 2012 18:49
  • Məqalə: 36
  • Şərh: 65
  • Bal:
Çox sağ ol xəbərə görə.

--------------------
Bir gün bir adam gəlib yaxınlaşdı rəssama,
Dedi: Sən mənim üçün xoşbəxtliyi çəkərsən?
Rəssam dönüb ani bir nəzər saldı adama,
Dedi ki: Mən çəkərəm, sən anlaya bilərsən???

ANNEM

  • 11 yanvar 2012 23:54
  • Məqalə: 1
  • Şərh: 28
  • Bal:
{awards}
Alllah hec kimi ana-atasiz qoymasin

LoNeLy_AngeL

  • 9 yanvar 2012 21:46
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
cox gozel idi...biraz kovreldim mende oxuyanda

✰Dгeaм✰

  • 8 yanvar 2012 15:40
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Biz heqiqeten ele fikirlesirik ki,heyvanlar hec ne bilmir ve hec ne basa dusmur.Amma bele deyil.Valideynlerimiz ne qederki bize sevgi ve mehebbet besleyirler.Heyvanlar da eledir.Ele fikirlesmeyek ki,butun bunlar bir hekayenin icindedir.Amma bunlar heqiqetde de var.

Alone angel

  • 6 yanvar 2012 22:08
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
qisa hekaye olsada ozunde boyuk mena dawiyir.twkler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

generation

  • 6 yanvar 2012 21:33
  • Məqalə: 77
  • Şərh: 5429
  • Bal:
{awards}
Cennet analrin ayaqlari altindadir

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

joyful

  • 6 yanvar 2012 19:09
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Tesirlendim gercekdende...Allah cumle analara can sagligi versin...

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

nar_18

  • 6 yanvar 2012 19:06
  • Məqalə: 0
  • Şərh: 3337
  • Bal:
{awards}
coox gozel hekaye idi teshekkur edirem Allah butun analara can sagligi versin...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

RoMaNTiK SerSeRi

  • 6 yanvar 2012 17:05
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
ALLAH ANALARIN CANINI SAG ELESIN!! QEWENG HEKAYEDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Okush

  • 6 yanvar 2012 16:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Marali idi

nilawka

  • 6 yanvar 2012 16:54
  • Məqalə: 0
  • Şərh: 61
  • Bal:
{awards}
maraqli hekaye idi twk)))))))

--------------------
Uca yaradanımız deyib. "Qorx incidib, ağlatdığın insandan. O məndən kömək istəyəcək. Məndə kömək edəcəm!"

MələkKız

  • 6 yanvar 2012 16:53
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
ay allah dehset

Music Star

  • 6 yanvar 2012 16:51
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
{awards}
Allah butun valideynlere uzun omr versin sagolun

--------------------

_favorit_arkadas

  • 6 yanvar 2012 16:38
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
{awards}
cooooooooooooox ama cooox tesirli bir hekaye idi,cooox sagolun ki,bu xeberi qoydunuz!!!

--------------------

.::BaBy_FaCe_WiSe::.

  • 6 yanvar 2012 16:29
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
allah butun analrin canini sag elesin tewekkurler menali hekaye idi)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}