İnsandan insana

 
İnsandan insana

Allah Taala bizi yaradanda hər birimizi eyni surətdə yaradıb.

Nə yazıq ki, insandan insana bu qədər fərq var.

Bu qədər müxtəlif talelər, müxləlif mərifətlər var.

Fəhlə, özünü sən də bir insanmı sanırsan?

Pulsuz kişi, insanlığı asanmı sanırsan?


Allah rəhmət eləsin Sabirə!

O yuxarıdakı sətirləri 100 il bundan əvvəl yazanda bilmirdi ki, bir əsrdən sonra da fəhləyə münasibər bizlərdə elə olduğu kimi qalacaq...
Beynəlxalq insan haqlarını müdafiə - Freedom House təşkilatının fəhlə haqları haqqındakı hesabatında deyilir ki, Azərbaycanda işçilərə münasibət repressivdir.
Azərbaycanla yanaşı siyahıda Əfqanıstan, İran, İraq, Qazaxıstan və Tacikistanın da adı da var.

Fəhlə - işgüzar, əlinin əməyilə, halal çörəyilə ailəsini saxlayan bir insandır.
Amma niyəsə halal çörək yeyənlərə xor baxırlar. Gərək kimisə çapıb talayasan, kiminsə malını yeyib varlanasan ki, hörmətin olsun.
Bu yaxınlarda bir söhbət eşitdim.
Deməli, bir qrup fəhlə bir varlının malikanəsini təmir edirlərmiş... Sahibkar gəlir və tavanı ağardan fəhlənin işini bəyənmir. Onun üstündə durub işlədiyi hündür nərdivana hirslə təpik vuraraq onu aşırdır.
Fəhlə o hündürlükdən yerə yıxılır və beyin travması alır, bir müddət huşsuz qalır..
Amma bunu eyninə də almayan varlı - ayılanda bunu bir də burda görməyim - deyərək maaşını da vermədən fəhləni işdən qovur.

Mən bilmirəm, belə daş qəlbliləri də Anamı dünyaya gətirib?
Bunlar necə bu sifətə, bu əxlaqa düşə biliblər?
Statistikada bir həftə ərzində ölənlərin 62%-inin fəhlə olduğu qeyd olunur.

Diqqət verin...

Kəlbəcər rayonundan olan məcburi köçkün 27 yaşlı Nicat Məmmədov Buzovna qəsəbəsində işləyərkən müəmmalı şəkildə dünyasını dəyişib.
Gündəlik maaş əsasında müxtəlif tikintilərdə fəhlə işləyib. Hadisə baş verə zaman isə N.Məmmədov qəsəbədə işıq idarəsinin sifarişi əsasında elektirik çəkilişi aparırmış.
Meyitin xarici müayinəsi zamanı müxtlif zədələr aşkar edilib. Ehtimal olunur ki, o, yıxılaraq ölüb.
Meyit daxili müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun əməkdaşları 58 yaşlı Əli Əhmədov, onun 20 yaşlı oğlu Səbuhi və 23 yaşlı Dursun Məmmədov təxminən, 12-14 metr dərinliyində olan neft tullantılarının axıdıldığı quyuda təmir işləri apararkən huşlarını itiriblər.
Hadisə yerində olan insanlar D.Məmmədovu quyudan çıxararaq xəstəxanaya yola salıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enib, Ə.Əhmədovun və S.Əhmədovun vəfat etdiyini müəyyənləşdirib. Cəsədlər xüsusi texnika vasitəsilə quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

NZS qəsəbəsi, Babək prospekti 38 ünvanında kanalizasiyada təmir işləri aparan 3 ustadan ikisi qaz sızmasından boğularaq ölüb.
Bir nəfər isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Tokshikologiya şöbəsinə yerləşdirilib.

Paşa İnşaat”ın tikinti işləri apardığı ərazidə 3 fəhlə hündür mərtəbəli binadan yıxılıb.
Onlardan Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Abuzərov və Ağdam rayon sakini, 1976-cı il təvəllüdlü Vasif Hümbətov aldıqları xəsarətdən yerindəcə dünyasını dəyişib.
Digər fəhlə, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Ağadadaş Əsədov isə xəstəxanaya aparılarkən yolda keçinib

Bir fəhlə belə yazır:

İşimiz çox ağırdı. Fiziki baxımdan həddən artıq ağırdı. Bizdə bir material var, 90 kq ağırlıqda, onu hündürlüyə qaldırırsan, 6-7 metrlik boruları daşımaq lazımdır… Birdən başımda, qolumda keyimə, ağrılar hiss etdim. Uşaqlar kömək eləyib aşağı düşürtdülər. Həkimə getdim, dedilər ki, boynunda fəqərə yırtığı var. Birindən əməliyyat olundum, biri qalıb. Əməliyyatdan sonra məni dərhal işdən çıxartdılar. Məhkəməyə müraciət elədim. İkinci qrup əlil verdilər…
Bir qolumda güc yoxdur ki, işləyim. Təqaüd də vermirlər.

Bu təqaüdlər kimlərin ciblərinə axırsa Allah onlara insaf və bir qədər gözütoxluq versin!
Yığdıqlarını o dünyaya apara bilməyəcəklərini düşünəcək və anlayacaq qədər də ağıl versin!
Nəisə..., bu yazmaqla bitən deyil..., danışmaqla düzələn deyil...


Geri dön

Ulya

  • 20 oktyabr 2010 20:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
coox sagol

Azeri_Gozeli

  • 20 oktyabr 2010 12:42
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------

Just For Legend

  • 20 oktyabr 2010 00:11
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
THANKS :)

--------------------

sevgi_meleyim

  • 19 oktyabr 2010 21:09
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Tsk. Oxudum pis oldum amma aglima bir hedis gedli. Peygember (s.a.v.s.) buyurub: " Fehlenin alninin teri qurumamis onun haqqini verin" deye.bes yaxsi biz niye bele edirik, biz bir milletik, eyni havani udur, eyni corek yeyir, eyni kucelerde gezirik. Bes bize bu qeder qeddar olamga kim vadar edir? Allah komek olsun butun fehlelere, butun muselman deyib muselman olanlara. Allah pul esqiyle yasayanlari ise hidayet elesin. Amin.

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

sebuhi555

  • 19 oktyabr 2010 21:04
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
tesekkur cox maraqliydi

sevgi yalandir

  • 19 oktyabr 2010 19:58
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}