Qəflət yuxusunda yatıb sonra ayılmayın...

 
Qəflət yuxusunda yatıb sonra ayılmayın...

Robin S. Sharma, ‘Baramanın kəpənəkdən xəbəri olmaz'' adlı kitabında belə deyər. ‘'Çox insan iyirmi yaşında ölər, səksən yaşında basdırılar. Bunun sizin başınıza gəlməsinə lütfən icazə verməyin.''
Mən bu sözün mənasını çox düşündüm və mən də iyirmi yaşında ölənlərdənəm. Yalnız mənə təqdim edilən həyatı yaşadım. Həmişə öz baramamın içinə gizləndim. Baramamın xaricində, nə var, nə yox deyə heç baxmadım. Kəpənək olub uçmadım! Uça bilmədim! Bildiyim yolların xaricinə heç çıxmadım. Çıxa bilmədim. Bəlkə qorxdum. Bəlkə özümə olan güvənəm yox idi. Yeni qapılar açmağı heç sınamadım. Yeni yollarda heç bilmədiyim ünvanları axtarmadım. Mənə təqdim edilənlə kifayətləndim.
Yaxşı, mənim qismətim,taleyim bu idi? Mən mi belə olmasını istədim? Hər vaxt, həyatımı başqalarına görə indekslədim. Bunun günahkarı başqaları mı idi? Xeyr! Günahkar olan yalnız mən idim. Mən etməsəydim, kimsə mənə bir şey etdirə bilməzdi. Üfüqümü genişlətmək üçün, məşğul olub səy sərf etmədim.
Əgər istəsəydim, ətrafımdakı çevrəni qırıb çölə çıxa bilərdim. Çıxa bilmədim! Çünki çevrənin içi etibarlı idi. Xaricinə çıxmaq, məni həmişə qorxutdu. Niyə bəs? Çevrənin xaricində nə olduğu bilinmirdi. Həmişə bilmədiklərimizdən qorxmarıqmı? Əslində qorxumuzun üstünə gedib, naməlumu araşdırsaq ,qarşımıza çıxan gerçək, bəlkə qorxunc olmaz. Sınamadan necə bilə bilərik?
Mən bunu, ona bənzədirəm ki , bir yol düşünün, gündüz dəfələrlə gedərik, yolla dostluğumuz vardır, heç qorxmarıq. Eyni yoldan gecə keçərkən qorxarıq. Çünki önümüzü görmərik. Görüş sahəmiz dardır. Nəhayət yenə qarşımıza naməlum çıxdı… Biz bilmədiklərimizdən qorxuruq. Həyatın bizə verdiyiylə kifayətlənirik. Üfüqümüzü və ruzimizi genişlətmək üçün, çoxumuz lazım olan səyi və cəsarəti göstərə bilmirik.



Xoşbəxt olmadığımız bir evliliyi, sırf el-oba nə deyər, uşaqlar kədərlənər, kimi məntiqi olmayan səbəblərlə davam etdirməyə çalışarıq. Sevmədiyimiz bir işi, işsiz qalmaq qorxusuyla buraxa bilməmək, həmişə bizi qorxutmuşdur. Sınamadan necə biləcəyik? Bəlkə bir az səylə, sevə biləcəyimiz bir iş tapacağıq. Bəlkə, yenidən aşiq olacağıq. Nə bilim… Bəzən qorxmadan qaranlıqda gedək deyərəm mən. İnanın, işıqlıqda gördüklərimizin eynisi, qaranlıqda var. Bəlkə daha çoxu…
Bu bizləri qorxutmasın. Qorxularımızın üstünə gedək. Daralan çevrəmizi qıraq , dağıdaq. Çöldəki dünyanı görməyə çalışaq. İnsanlari tanımağa çalışaq və tanımağa çalışarkən də, gərəyindən çox dəyər verməyək. Heç kim əvəzedilməz deyil. Hər insan ayrı bir qabiliyyətdir. Əhəmiyyətli olan, o adamın qabiliyyətini kəşf edə bilməkdir. Kimsənin, kimsədən üstünlüyü yoxdur.
Kim bilər; bəlkə heç ümid etmədiyimiz kəslərlə və fürsətlərlə qarşılaşacağıq. Nə deyərsiniz? Mən iyirmi yaşımı artıq 21-ə təhvil verəcəm. Səksənə daha çox var. İyirmi yaşındaykən öldüyümə görə, səksəni gözləmədən basdırılımmı? Yoxsa, dəvənin hörgücündəki ayrıq kimi özümü vahəyəmi atım?
Bir rəvayətə görə bir ağac şitili, dəvənin hörgücünde, qızğın səhra çöllərdə tam yeddi il yol gedirmiş. Tam quruyacaqkən, dəvə bir vahəyə rast gəlmiş və sərinləmək üçün özünü suya atmış.Bu ağac şitili də, fürsətdən istifadə edib, palçığa yapışmışdı. Budaqlanıb pardaqlanıb və demiş ki, ‘az qalsın ölürdüm.'
Bəli Budur! Vəziyyət eynilə budur! Hələ basdırılmadıq.Həmişə birlikdə bu şitili nümunə götürək. Bir parça palçığa yapışaq. Bu həyat, bizim həyatımızdır. Kimsə bizim yerimizə yaşaya bilməyəcəyinə görə, bizdə kimsənin yerinə yaşamayaq.


Geri dön

nilayka

  • 21 fevral 2011 23:43
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
tewekkurler

--------------------

Azeri_Gozeli

  • 20 oktyabr 2010 12:59
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekurler

--------------------

sevgi yalandir

  • 19 oktyabr 2010 16:40
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
aysu,
BUNA ELE TWK EDIR

wink wink wink wink

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 19 oktyabr 2010 16:27
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol xebere gore

aysu

  • 19 oktyabr 2010 16:22
  • Məqalə: 1
  • Şərh: 108
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}