Təbəssüm etmək, gülərüz olmaq çox yaxşıdır. Peyğəmbərimiz qəhqəhə ilə gülməzdi. Lakin hər kəsə gülər üz göstərər, təbəssüm edərdi. Qəhqəhə ilə gülmək məkruhdur.
Hədisi şəriflərdə buyuruldu ki:
(Mömin qardaşının yanında qaşqabaqlı dayanana mələklər lənət edər.) [Hatib]
(Əgər Cənnət və Cəhənnəmi görsəydiniz az gülər çox ağlardınız.) [Müslim]
(Gülərək günah işləyən ağlayaraq Cəhənnəmə gedər.) [Əbu Nuaym]
(Çox gülmək ürəyi öldürər və möminin dəyərini salar.) [Tirmizi]
(Allahu təalanın ondan razı olub olmadığını bilmədən qəhqəhə ilə gülənə təəccüb edilər.) [E. Nuaym]
(Məsciddə gülmək, qəbirdə qaranlıqdır.) [Deylemi]
Peyğəmbər əfəndimiz Hz. Mikayılın gülməməsinin səbəbini Hz. Cəbrayıla sual edir. O da (Cəhənnəm yaradıldığından bəri heç gülməmişdir) cavabını verir. (İ. Əhməd)
Gülər üzlü ol hiddətlənmə! Həmişə faydalı iş et, az da olsa zərərli iş etmə! Boş yerə gülmə, lazımsız gəzmə, heç kimi qüsurundan ötəri ayıblama, mübahisədə pis danışmaqdan qaçın! Bir işin olmadan bir yerə getmə, günahların üçün ağla! (Hz. Xızır)
Çox gülənin heybəti azalar çox zarafat edən ciddiyə alınmaz. (Hz. Ömər)
Ömürümdə bir dəfə güldüm, ona da peşmanam. (İmam-ı Əzəm)
Cənnətdə ağlamaq və Cəhənnəmdə gülmək çox qəribədir. Lakin Cənnətə yoxsa Cəhənnəmə gedəcəyini bilmədən gülmək daha çox qəribədir. (Məhəmməd bin Vasi)
Dörd şey mömini gülməkdən saxlamalıdır: Axirət işləri, dolanışıq dərdi, günahların verdiyi çətinlik, müsibətlərdən gələn əzab. (Yəhya bin Muaz)
İndi sən de görək:Çöpə gülənsən?