Sonuncu İmtahan

 
Sonuncu İmtahan

Sonuncu İmtahan
İbrahim (ə) övladı İsmayılla birgə Həcc əməllərini yerinə yetirdi. Səfa və Mərva dağları arasında sə`y (iti yeriş) mərhələsinə çatdıqda İbrahim (ə) oğlu İsmayıl üçün su axtaran Hacərin əzab və əziyyətlərini yadına saldı. Həmin iki dağın arasında Hacərin qaça-qaça get-gəl etdiyini və südəmər körpəsi üçün yerdən şirin su qaynadığını xatırladı.
İbrahim (ə) bütün xatirələri yada salıb, kədərlənirdi. O, bir neçə gün qabaq gördüyü yuxunu xatırladı. Həmin yuxuda övladının başını kəsdiyin və qurban olaraq Allahın dərgahına təqdim etdiyini görmüşdü.

Peyğəmbərlərin yuxusu doğrudur. Bunun mə`nası o idi ki, Allah-təala oğlu İsmayılı qurban kəsməyi İbrahimə (ə) əmr edir və bununla da höccəti tamamlamaq istəyir.
Amma, görəsən İsmayıl bunu qəbul etdimi? O, özünü qurban verməyə hazır idimi? İbrahimi (ə) narahat edən də bunlar idi.
Atasını fikirli görən İsmayıl dilləndi:
- Atacan, niyə səni qəmli görürəm?
İbrahim (ə) üzünü oğlu İsmayıla tərəf çevirdi. O saleh, təqvalı və pak cavana üzünü tutub, dedi:
- Hə, əziz oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bunun mə`nasını bilirsənmi?
- Məni qurbanlıq edirsən?
- Hə, oğlum! Fikrin nədir?

Sonuncu İmtahan

Fikirləşmək yeri deyildi. Allah fərman vermişdi ki, peyğəmbəri İbrahim (ə) oğlu İsmayılı qurban etsin.
Allah-təala yenidən İbrahimi (ə) imtahana çəkmək istəyirdi. Onun imanını və Allah qarşısında nə qədər təslim olmasını aydınlaşdırmaq istəyirdi. Buna görə də imanlı cavan olan İsmayıl dedi:
- Ata, bu işi yerinə yetir. Bunu Allahın istədiyi üçün mən qurban kəsilməyin ağrı və əzablarına dözərəm.
İbrahim (ə) heç kimi övladı İsmayıl qədər sevmirdi. Amma, o, Allahı daha çox sevirdi. Ona görə də babası Azərdən uzaqlaşmışdı. İbrahim (ə) Azəri çox sevirdi. Həmişə onu ata – deyə çağırırdı. Amma, Azər kafir olduqda İbrahim (ə) ondan uzaqlaşdı.
İbrahim (ə) saleh və mö`min cavan olan övladı İsmayılı çox sevirdi. Lakin, Allahı daha artıq sevir və onun fərmanlarına əməl edirdi.
İbrahim (ə) oğlu İsmayılı öpdü. Həzrət özü ilə bıçaq gətirmişdi. İsmayıl Allahın fərmanına təslim idi. O, ölümü mərdliklə qarşılamaq istəyirdi. Tamamilə rahat olan qurbanlıq yalnız bir şeydən ötrü nigaran idi. O qorxurdu ki, başının kəsildiyi üçün ağrılara dözməyib, müqavimət göstərər və bu iş atasını ağrıdar. Çünki, qoca bir kişi olan atası belə bir mənzərəni görmək iqtidarında deyildi.
Ona görə də atasına dedi:
- Atacan, xahiş edirəm mənim əl-qolumu iplə möhkəm bağla! Başımı kəsən zaman tələs və bu işi tez bitir.
İbrahim (ə) övladından ötrü ağladı. O, son dəfə vidalaşmaq məqsədi ilə oğlunu öpdü.
İsmayıl başının kəsilməsi üçün hazır oldu. İbrahim (ə) bıçağı əlində tutmuşdu. İsmayıl başını yuxarı qaldırdı. Onun ağ, nazik və işıqlı boynu günəşin nuru altında göründü.

Sonuncu İmtahan

O həyəcanlı anlarda maraqlı bir hadisə baş verdi. İbrahim (ə) səmadan bir nida eşitdi:
«Ey İbrahim,! Öz yuxunu həyata keçirtdin (tapşırığı yerinə yetirdin). Allah sənə fərman verir ki, bu qoçu İsmayıla qurban edəsən».
İbrahim (ə) dağın başından bir qoçun gəldiyini gördü.
İbrahim (ə) qoçu qurban kəsdi. Beləliklə, İbrahim (ə) və övladı İsmayıl Həcc əməlllərini sona çatdırdılar.
Bu gün biz baş qırxdıqda və özümüzü çirkabdan yuduqda, öz dırnaqlarımızı qısaldıb, övladlarımızı sünnət etdirdikdə, həqiqətdə atamız Həzrət İbrahim Xəlilin (ə) yolu ilə getmiş oluruq. İbrahim (ə) bu işləri bizə tə’lim edən insandır. Həmçinin o bizə təkallahçılıq dərsini öyrətmişdir.
Biz Yəhudilik, Xristianlıq və İslam dininə nəzər saldıqda onların ardıcıllarının Allaha inandıqlarını görürük. Unutmamalıyıq ki, bütün bunlar Həzrət İbrahimin (ə) zəhmətlərinin nəticəsidir. Çünki, Allah-təala İbrahimi (ə) peyğəmbər olaraq seçdi və sonra onu imam və rəhbər etdi. O, peyğəmbərlik və rəhbərliyi onun övladlarına da bəxş etdi. Musa və İsa İbrahimin (ə) oğlu olan İshaqın övladlarından, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və Əhli-beyt imamları isə İbrahimin (ə) oğlu olan İsmayılın nəslindəndir.
Buna görə də biz bə`zən belə deyirik:
«İlahi! İbrahim və onun ailəsinə gönərdiyin kimi, Məhəmməd və onun ailəsinə də salavat və salam göndər. Həqiqətən sən tə`riflərə layiq və ucasan».


Geri dön

LoNeLy_AngeL

  • 9 yanvar 2012 23:37
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
ALLAH razi olsun.

Ku-ku

  • 8 yanvar 2012 10:22
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_TUNAR_MAMEDOV_

  • 7 yanvar 2012 21:17
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI ucun

--------------------

Mervecik

  • 7 yanvar 2012 20:50
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Allah razi olsun maraqli xeberdi

Su Perisi

  • 7 yanvar 2012 18:57
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
cox sagolun bele xeberler ucun

--------------------

.♣.Chrysalis.♣.

  • 7 yanvar 2012 18:56
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
MARAQLI YAZI IDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 7 yanvar 2012 18:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun maraqli idi

generation

  • 7 yanvar 2012 18:36
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}