Son addım

 
Son addım

Saat 02:00.

O, tərləmiş halda yuxudan oyandı. Yenə yuxusunda kabus görmüşdü. Artıq bir neçə həftə idi ki, əzab çəkirdi. Öz içində nəyəsə qərar verir. Yorğun addımlarla əl-üzünü yu­madan çölə çıxır. Onun villasının yaxınlığında hündür bir uçurum var idi. Həmin uçuru­ma yaxınlaşır və bu fikirlər beynindən keçir: "Onsuz da mən burdan özümü atsam, saba­ha cəsədimi güclə taparlar. Onsuz da kim pessimist bir oğlanın həyatıyla maraqlanar­ki?!"
Tullanmaq istəyirdi, amma ürəyi gəlmirdi. Artıq bezdi bu cəsarətsizlikdən. Birdən kol­luqdan kiminsə ayaq səsi gəldi. Tullanmadı, ayaq saxladı və düşündü. "Onsuz da itirməli heç nəyim yoxdur.Baxım o kimdir."
Çünki o belə heç vaxt fikrini cəmliyə bilməzdi. Belə ki yaxınlaşır kolluğa. Kolluğun arxa­sındakı qızı görür və soruşur. "Siz bu vaxtı burda neynirsiz? Sizə kömək edə bilərəm?"
Qız heç bir suala cavab vermirdi. Oğlansa bezdi və yenidən uçuruma qayıdıb kənarında əyləşdi.
Qız ayağa qalxdı və yorğun addımlarla oğlanın yanında əyləşdi. Bir neçə dəqiqə sakitlik çökdü. Sonra qiz boğuq səslə deyir: "Mən yaxınlıqda yaşayıram. Burda olmağımın sə­bəbi isə özümü atmaq istəyimdir."
Qız bu sözünü bitirən kimi oğlan deyir: "Mən də buna görə burdayam"
Qız yüksək səslə əlavə edir: "Deməli, bir öləcəyik"
Oğlan cavab verir: "Onda niyə özünü öldürmək istədiyini mənə danış."
Qızsa bu təklifə etiraz etmədiyini bildirdi. Lakin başqa heç nə demirdi.
Bir neçə saniyə keçdi. Oğlan başa düşdü ki, gərək özü əvvəlcə danışsın.
Və elə həmin an oğlan başladı:
Mən evin tək uşağı olmuşam və ərköyün böyümüşəm. Hər zaman hər istədiyim olub. Valideynlərimsə hər zaman yanımda olub.
Mənim atam varlı bankir idi. Çox sərt və təmkinli insan idi. Heç bir şeydən qorxmazdı. Onun düşmənləri də çox idi. Onu çox təhdid edirdilər.
Bir gün boyük bir banda başçısı atamnan pul istəyir. Lakin atam vermek istəmir və elə telefondaca banda başçısını söyür. Banda başçısı ondan qisas alacağına söz verir.
Atamsa bundan çox tədbirli idi. O, iki bilet alır və birbaşa anamla İsrailə uçur. Mənisə heç kimin ağlına gəlməyən bir kənd köhnə daxmada qalmağa məcbur edir. Mən bir ne­çə altı ay bu daxmada qaldım. Lakin artıq dözə bilmirdim. Valideynlərimi görmək istə­yirdim, çox darıxmışdım. Kənddən çıxıb şəhərdəki evimizə getməyə qərar verdim. Yol­da gedərkən insanlar mənə çox pis baxırdılar. Lakin mən onları anlamırdım. Mən evə çatdım, qapıdan içəri girən kimi ürəyimdə ana-ata istəyi daha çox artdı. Mən bütün evi axtardım, ancaq nə atam var idi, nə də anam. Oturub gözlədim. İki saat sonra qapıya açar daxil oldu. Mən valideynlərimi gözləyirdim. Ancaq bu sadiq qulluqçumuz Zəhra idi. Mən onu görəndə ilk sözüm "Valideynlərim hardadır?" oldu.
O, başını aşağı salıb təmkinlə cavab verdi: Onlar təyyarə qəzasında ölüblər. Ondan son­ra mən qaranlıq xatılayıram, deyəsən, hüşumu itirmişdim. Mən ayılamda dörd həkim mə­ni dövrəyə almışdı. Mən onları itələyib qapıya doğru qaçdım və evdən çıxdım.
Mən indi anladım insanlar mənə niyə küçədə belə pis baxırdılar. Onlar elə bilirdilər ki, mən mirasa sahib olmaq üçün valideynlərimi öldürtmüşəm.
Mən artıq heç kimdən qorxmurdum. Mən atam kimi olmaq istəyirdim. Lakin yolla ata­mın mənə qoyub getdiyi villaya gedərkən özümü güclə saxlıyırdım. Heç nə vecimə də deyildi. Heç kim məni anlamır.
Mən o günnən sonra rahat yata belə bilmirəm. Hər gün yuxumda valideynlərimin ölümü­nü cürbəcür faciələrlə görürəm. Mən atamsız, anamsız yaşaya bilmirəm. Heç yaşamaq da istəmirəm.
Bezmişəm...
O, öz göz yaşlarını saxlaya bilmirdi. Üzünü çevirib hönkür-hönkür ağladı. Qızsa onun yarasını yeniləməmək üçün özünü saxlayır.
Söhbət tamamlanan kimi qız başladı:
- Mən hər gün sevgilimlə buralarda gəzərdim.
O əli ilə yaxınlıqdakı çəməni göstərdi.
Ah, o günlər...
Onları geri qaytarmaq üçün hər şeyimi verərdim.
Mənim sevgilimin adı Tural idi. Mən onu sadə bir oğlan kimi tanıyırdım. Doğrudan da eləydi. Lakin həbsxanadan çıxmış dostlarına qoşulmayana kimi. O, həbsxanadan çıxan dostlarına qoşulan kimi hər şey pisliyə doğru dəyişirdi. Artıq o, görüşlərə gecikirdi. Elə olurdu ki, heç gəlmirdi. Hər gün bir bəhanə uydururdu.
Bir gün gözüm onun damarlarına sataşdı. Bunu nə olduğunu soruşanda o mənə bunu al­lergiyaya qarşı olduğunu dedi. Bizim aramızda sirr yox idi, mən ona inanırdım. Biz sağol­laşdıq və sabah burda yenidən görüşəcəyimizə qərar verdik.
Səhər açıldı. Mən optimist əhvalda yerimdən durdum. Paltarlarımı geyib əl-üzümü yu­yandan sonra çölə çıxdım. Hər zamankı görüş yerimizə gəldim. Saatlarla gözlədim, o gəlmədi. Yoruldum və evə gəldim. Bir neçə gün müxtəlif saatlarda bura gəldim. Lakin heç kim gəlmədi. Bir neçə gündən sonra mənə Turalın dostlarından biri mənə məktub gətirdi. Həm də o dedi ki, bu məktubu Tural son nəfəsində sənə göndərib. O, dedi ki, əgər mən geri dönməsəm, bu məktubu sənə verim.
Mən yerimdə tərpənmədən qalmışdım. Bu ömrümün ən böyük itkisi idi. Mən ona çox öyrəşmişdim.
Məktubda yazılmışdı:
"Salam. Əgər sən indi bu məktubu oxuyursansa, bil ki, məni sərhəddən narkotik keçi­rərkən öldürüblər. Sən demişdin bizim aramızda heç bir sirr olmamalıdır. Yadındadır, sənə demişdim damarımdakı izlər allergiyaya qarşı iynənin izləridir. Yalan demişdim...
Mən bilmirəm sən məni bağışlayırsan, yoxsa yox. Amma ƏLVİDA..."
Mən bu məktubu on-on beş dəfə, bəlkə də çox oxudum. Amma hər dəfə də ağladım. Mən hər şeyə görə özümü günahlandırmaqdan da bezmişəm.
Hər şeydən bezdiyim kimi...
Qızın incə dərisinə soyuq göz yaşları düşdü və saşki onun dərisini yandırdı...
Qızın bu sözlərindən sonra hər ikisi ayaq üstə durdu və uçurumdan aşağı baxdı. Tullan­maq istəyirdilər, hər ikisi hazır idi.
Birdən onların hər ikisi əlindən tutduğu dərdli bir insana vuruldular. Onların hər ikisi dərdli idi və hər ikisinin yoluna sanki divar çəkilmişdi, yollarındakı bu divarları birgə aş­mağa qərar verdilər. Bütün gecəni yeni həyat haqqında düşündülər. Günəş çıxdı və bu günəş möhkəm və qarşılıqlı bir sevginin təməlini qoydu...

müəllif: Xudabaxış ƏLİYEV


Geri dön

Elturk

  • 10 yanvar 2012 21:49
  • Məqalə: 16
  • Şərh: 59
  • Bal:
Insanı insanın gözündə ucaldan qazandığı hörmətdir. İnsanı insanın gözündən salan qazandığı hörməti lazımsız yerdə itirməsidir. Bu sevgidə də ,dostluqda da, ele-bele sıradan münasibətdə də belədi.

--------------------
Bir işə min hümmətimiz var bizim!
Bax, necə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim;
Ay bərəkallah bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

lubov

  • 8 yanvar 2012 10:33
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
{awards}
tshk smile

Ku-ku

  • 8 yanvar 2012 10:10
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Yalan demişdim...
Mən bilmirəm sən məni bağışlayırsan, yoxsa yox. Amma ƏLVİDA..."
Mən bu məktubu on-on beş dəfə, bəlkə də çox oxudum. Amma hər dəfə də ağladım. Mən hər şeyə görə özümü günahlandırmaqdan da bezmişəm.
Hər şeydən bezdiyim kimi... recourse

--------------------

qlamour

  • 8 yanvar 2012 01:30
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
Maraqlı və mənalı idi
Çox sağ olun

generation

  • 7 yanvar 2012 23:20
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore tewelkkueler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Angel-Feride

  • 7 yanvar 2012 21:19
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
Ay Allah cox maraqli hekaye idi,cox sagolun

_nurlana_

  • 7 yanvar 2012 21:02
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
hmm oxudum maraqli idi amma hekayene haerdasa qiriqliq var mene nese tam ve cox tesirli gelmedi..... yenede tesekkurler... he birde hekayede herif sefleri var ya hekayeni yazan buna diqqet elesin yadaki redakte eden)))))

_TUNAR_MAMEDOV_

  • 7 yanvar 2012 20:56
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
dogrudan maraqli idi.. twkler eziyyete gore...

--------------------

Delya_91

  • 7 yanvar 2012 20:30
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox maraqli geldi mene

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Mervecik

  • 7 yanvar 2012 20:27
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Maraqli hekayedi cox beyendim

★Adriana★

  • 7 yanvar 2012 20:19
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
maraqli idi,thanks

--------------------

_Qismet_

  • 7 yanvar 2012 19:55
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
MARAQLI IDI TWK

Casper

  • 7 yanvar 2012 19:26
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
maraqli idi,thanks

--------------------
Only GODcan judge me!!!

.♣.Chrysalis.♣.

  • 7 yanvar 2012 19:22
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
NECE MARAQLI IDIII TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Analia

  • 7 yanvar 2012 19:07
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
maraqli idi tskkkkkk

maraqli idi tskkk+

Okush

  • 7 yanvar 2012 19:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
belede pis deyildi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 52
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}