İslamda uşaq tərbiyəsi

 
İslamda uşaq tərbiyəsi

Uşaq - anlayışı bizim qalmağımız və gələcəyimiz deməkdir. Sağlam uşaq hər bir evin sevgi və qalması deməkdir.
Hər bir körpə ailəyə xoşbəxtlik və fərəh gətirir. Amma bu həmişə belə olmur.
Bəzən onlar ailələrinin bədbəxt olmalarının da səbəbkarı olurlar.
İslama görə Həm valideyinlər və həm uşaqların özünəməxsus vəzifələri var.
Hər iki tərəfdən biri bu öhdəlikləri layiqincə yerinə yetirmədikdə promlemlər üzə çıxır.
Məhz bu növ problemlərin qarşıya çıxmaması üçün Hər iki tərəf öz vəzifə və öhdəliklərini kifayətcə mənimsəməlidirlər.
Qur`an təfəkkürü sayəsində tərbiyə alanların baxışları daha geniş olub,
övladlarının sağlam tərbiyəsi ilə barabər onların başqaları üçün rəhbər,
nümunə və örnək olmalarına da əhəmiyyət verirlər. Onlar mehriban Allahın dərgahından belə təmənna edirlər:
“Və o kəslər ki, “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” – deyərlər.”[1]
Burada mühüm məsələ odur ki, görəsən, bu böyük arzuya çatmaq mümkündürmü? Yaxud dualarımızın həyata keçməyi üçün nə etməliyik?
Deməliyik ki, övlad tərbiyəsində üç əsas zəruridir:
1. Sağlam ailə mühiti.
2. Uşağın hüquqları.
3. Uşağın vəzifələri.
Bu kitab üç hissədə həmin əsasları Qur`an və İslam rəhbərlərinin göstərişlərinə əsasən araşdırır:
Birinci hissə dörd fəsildən ibarət olub, cəmiyyətin sağlam ailə mühiti yaratmaqda və övlad tərbiyəsində mühüm rolu, övladın cismi-ruhi səadət və sağlamlığında ata-ananın yeməyi, onların İslam rəhbərlərinin buyruqlarında övladın gələcəyinə dair cinsi münasibətlərinin keyfiyyətini əhatə edir.
İkinci hissə altı fəsildən ibarət olub, İslam nöqteyi-nəzərindən uşağın hüquqlarını araşdırılır:
Birinci fəsildə körpənin hüquqlarına dair aşağıdakı məsələlər göstərilir:
1. təvəllüd mərasimi;
2. təvəllüd qüslü;
3. körpənin sağ qulağına azan, sol qulağına iqamənin deyilməsi;
4. körpənin kamına ilk olaraq Fərat suyu və ya imam Hüseynin (ə) türbətinin dadızdırılması;
5. körpəyə yaxşı ad qoyulması;
6. körpənin saçını qırxıb, ağırlığı qədər qızıl və ya gümüşün sədəqə verilməsi;
7. qurbanlıq;
8. sünnət mərasimi.

İkinci fəsildə südəmər uşaqların ana və ya layiqli dayə tərəfindən südlə qidalanması haqda göstərişlərə, körpənin hislərinə düzgün yanaşma və sairə toxunulur.
Üçüncü fəsildə təlim-tərbiyənin başlıca hüquq kimi əhəmiyyəti, bu işdə dövlət və ailələrin məs`uliyyətli rolu və digər mühüm incəliklər (uşağın tərbiyəsində növ və İslam tərbiyə metodları) göstərilir.
Dördüncü fəsildə tərbiyəvi hüquqlar sırasında uşaqla mehriban rəftar, ona ehtiram, müraciət qaydaları, övladlar arasında hüquqlar, onlara verilən və`dələr, qayğılar kimi əxlaq normaları açıqlanır.
Beşinci fəsildə tərbiyəçi müəllimlərin uşaqlara zövqi hislərin aşılaması, normal inkişafda oyun və əyləncənin rolu araşdırılır.
Altıncı fəsildə övladların taleyində dua və qarğışın rolu və tərbiyəvi əhəmiyyəti göstərilir. Buna aid hüquqlarla bərabər fəslin sonunda imam Səccadın (ə) övladları üçün duası dəyərli nümunə kimi verilir.
Üçüncü hissədə uşaqların vəzifələri ilə əlaqədar tərbiyəçi müəllimlərin onlarda məs`uliyyət hislərinin aşılaması qarşıya çəkilir. Bu hissə dörd fəsildən ibarət olub, uşağın şəxsi və ata-ana, müəllimlər, özündən böyüklər, dostları qarşısında vəzifələrindən söz açır.
Deməliyik ki, bu kitab valideynlər, tərbiyəçi müəllimlər və təlim-tərbiyə ocaqları üçün nəzərdə tutulmuşdur. Bu əsərdə uşağın təlim-tərbiyəsi ilə bağlı Quran və hədislərdən ən mühüm göstərişlər müəyyən şərhlərlə yanaşı verilib və şübhəsiz, övlad tərbiyəsi ayrıca geniş kitaba ehtiyac duyduğundan bunun özü həmin sahədə digər kitablar üçün dəyərli sərmayə ola bilər.
Yeri gəlmişkən, kitabın tərtib və təhqiq işlərində əməkdaşlıq göstərən “Hədis elmləri və maarifi” tədqiqat müəssisəsinə, hədislərin tərcüməsində həmkarlıq edən hörmətli alim Abbas Pəsəndidəyə xüsusi minnətdarlığımızı bildirir və mütəal Allahdan hamımıza layiqli mükafat diləyirik!
İlahi bizdən bunu qəbul et ki, həqiqətən, Sən eşidən və bilənsən!( [1] “Fürqan” surəsi, ayə: 74. )


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:41
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 21 fevral 2011 23:46
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tesekkurler

--------------------

sevgi yalandir

  • 21 oktyabr 2010 19:50
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
COX DEYERLI XEBERDI

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 20 oktyabr 2010 12:29
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ulya

  • 19 oktyabr 2010 16:20
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol deyerli xebere gore

sevgi yalandir

  • 19 oktyabr 2010 14:00
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 58
Cəmi: 86

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}