Haqlı idim

 
Haqlı idim



Zəng vurmadın.
Əvvəllər hər dəqiqə mesaj yazan,hər gün 10 dəfə zəng vuran insandan 3 gündür xəbər yoxdur.
Unuduldum dedim...Doğru idi...
Yəqin başı qarışıqdır dedim...Yalan idi...

Dəfələrlə "aldadır" dedilər...
İçimdə şübhə yarandı...Haqlı idim..
Onu tanımırlar deyib şübhəmi uddum...Haqsız idim...

Hər gün məndən aşağı səviyyədə olan insanlarin dilində adın hallandı.
Bu imkanı o özü yaradıb dedim...Doğru idi...
Mən burdayam deyə qəsdən danışırlar dedim...Yalan idi...

"Sevgi"nin nə olduğu haqda təsəvvürləri belə olmayan vecsiz insanların dilində adımı eşitdim.Sənin imkan yaratdığını dedilər.
Ürəyim qan ağladı, vecinə belə deyiləm dedim...Haqlı idim...
Onlara inanma, mənə inan dedin.Sənə inandım...Haqsız idim...

Hər kəs sevgisini sədəf kimi gizlədib qoruyarkən sən, qiymətsiz bir daş kimi açıb hamıya göstərmək istədin.
Məni fikirləşmir, özünü düşünür dedim...Doğru idi...
Hər kəs eyni deyilki, o fərqlidir deyib özümü ovutdum...Yalan idi...

Mən səndən saf sevgi istəyərkən sən məndən göstəriş, həzz, kef istədin...
Mənim sevgimi yox, məni istəyir dedim...Haqlı idim...
Yəqin səhv başa düşdüm dedim...Haqsız idim...

Hər kəs "Səni hər zaman sevəcəm" deyib and içdi.Sən "Məni hər zaman sevəcəksən" deyə and içdirdin...
Sevməyə cəsarəti yoxdur deyib ağladım...Doğru idi...
Ona inanmalıyam deyib kədərimi uddum...Yalan idi...

Mən bir dəfə səsini eşitməkçün telefonu yanımdan ayırmazkən sən, hər saniyə zəng vurub sənə zəng vuranların məşğul səsini eşitməklərini istədin...
Özümü aldadıram dedim...Haqlı idim...
Boş - boş fikirlərlə özümü çürüdürəm dedim...Haqsız idim...

Mən hər səhər görəsən məni bu gün daha artıq sevəcəkmi ümidi ilə oyanarkən, sən görəsən bu gün mənə əlini verəcəkmi ümidi ilə oyandın...
Sevginin nə olduğunu bilmir dedim...Doğru idi...
Sevgidən irəli gəlir deyib özümü aldatdım...Yalan idi...

Sevmir dedim...Haqlı idim...
Sevir dedim...Haqsız idim...


Geri dön

Cilent_M.Q

  • 23 iyul 2011 01:00
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
cox beyendim, tesekkuller, tam ureyimnen xeber verdin sanki

--------------------

marlin

  • 15 aprel 2011 21:35
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
Sitat: Milawka
TWK COOOX BEYENDIM


--------------------

DoMIaN

  • 11 yanvar 2011 00:14
  • Məqalə: 90
  • Şərh: 261
  • Bal:
{awards}
Milawka,
Azeri_Gozeli,
fikirlerinize gore tesekkurler. beyendiyinize sevindim

--------------------
MeN SeNiN ArZuLaDiGin BiRi OLa BiLMeDiM, aMa MeN SeNiN HeC VaXt ElDe Ede BiLMeYeCeYiN BiRi OlMaGi BaCaRaCaM !!



AdiNi BiR SiGaRaNiN UzErINe YaZDiM , SiGaRa BiTiNCe SeNi UnUTuCaKDiM aMa NeRDeN BiLeYDiMKi , SeNi HeR NeFeSiMDe IcIme CeKiYoRMuSuM !

Sergio Ramos

  • 26 dekabr 2010 02:40
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
müəllifə təşəkkür

--------------------

Azeri_Gozeli

  • 20 oktyabr 2010 12:32
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------

Milawka

  • 19 oktyabr 2010 16:59
  • Məqalə: 75
  • Şərh: 580
  • Bal:
{awards}
TWK COOOX BEYENDIM

DoMIaN

  • 18 oktyabr 2010 23:57
  • Məqalə: 90
  • Şərh: 261
  • Bal:
{awards}
Ulya,
Beyendiyine sevindim Fikrine Gore Tesekkur

--------------------
MeN SeNiN ArZuLaDiGin BiRi OLa BiLMeDiM, aMa MeN SeNiN HeC VaXt ElDe Ede BiLMeYeCeYiN BiRi OlMaGi BaCaRaCaM !!



AdiNi BiR SiGaRaNiN UzErINe YaZDiM , SiGaRa BiTiNCe SeNi UnUTuCaKDiM aMa NeRDeN BiLeYDiMKi , SeNi HeR NeFeSiMDe IcIme CeKiYoRMuSuM !

Ulya

  • 18 oktyabr 2010 23:34
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol gozel yaziya gore

DoMIaN

  • 18 oktyabr 2010 22:55
  • Məqalə: 90
  • Şərh: 261
  • Bal:
{awards}
♥Princess♥,
Beyendiyine sevindim Fikrine Gore Tesekkurler..

--------------------
MeN SeNiN ArZuLaDiGin BiRi OLa BiLMeDiM, aMa MeN SeNiN HeC VaXt ElDe Ede BiLMeYeCeYiN BiRi OlMaGi BaCaRaCaM !!



AdiNi BiR SiGaRaNiN UzErINe YaZDiM , SiGaRa BiTiNCe SeNi UnUTuCaKDiM aMa NeRDeN BiLeYDiMKi , SeNi HeR NeFeSiMDe IcIme CeKiYoRMuSuM !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 55
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}