Dünən,bu gün,sabah

 
Dünən,bu gün,sabah

Dünən,bu gün,sabah...
Dünən mən səni gördüm..
Demə mənə ” nə olsun ”
Eyni həsrəti,eyni əzabı çəkdiyimiz oxunurdu üzündən..
Özünü güclü göstərmə mənə..
Sevgisi önündə zəif olan mən kimi səndə zəifsən..
“Özündən və səndə olan məndən muğayyat ol ” deyib sağollaşan sən
Mənə nifrətin bu qədər çoxdurmuki özündə olan mənə görə özünü bu qədər üzürsən ?!!!


Dünən səni gördüm..
Bir vaxtlar bizi görüşdürən yollar,yenidən görüşdürdü..
O çiskinli yağış yenə yağdı...
Yenə həmin qoca qadınla rastlaşdım
Və bir anlıq səni düşündüm..Kaşki dedim..
Kaşki bütün bu təsadüflər kimi səninlə yenidən görüşəydim
Kaşki bütün yaşadıqlarım yuxu olaydı və...
Və səninlə yuxum çin olaydı..
Sən də gəldin.....
...
..
.

Bu gün ....
Bu gün artıq kimsə yoxdur yanımda...
Şəhərdə həmin küçədəyəm ..
Tanrının m ənə verəcəyi sonuncu şansı gözlədim.
Nə həmin qoca qadın vardı
Nə çiskinli yağış yağırdı
Nədə sən vardın..
Yanimda kimsə yox idi, ancaq mən tək deyildim
Qəlbimdə sən vardın..
Hava soyuq idi,ancaq mən üşümürdüm.
Çünki mən sənə ”Özümdən və məndə olan səndən muğayyat olacağıma söz vermişdim “
Bu səbədən qalın idi geyimim..
Bağışla...
Etdiyimiz səhvlər qəlbimizdəki məni,səni sevməyə,
Muğayyat olmağa imkan verir...
Bağışla..

Sabah....
Sabah bilmirəm nə olacaq... Necə olacaq...
Sabah bəlkədə yolunu dəyişəcəksən mənə görə
Təsadüflərlə qarşılaşmamaq üçün başqa bir yol ilə gedəcəksən..
Ancaq unutma həyatda təsadüf deyilən bir şey yoxdur....




Nüsrət Kəsəmənlinin bir şeri düşdü yadıma..
Sənində şer həvəskarı olduğunu bilərəkdən əlavə edirəm..........

Nə olsun eyni şəhərdə yaşayırıq
Səni görə bilməyəndən sonra
Nə fərqi
Ya qonşuluqda olduq,
Ya hərəmiz dünyanın bir ucunda...

Aramızda bir həsrət divarı var
Mən həsrətin bir tərəfində
Sən həsrətin o üzündə...
Nə olsun, eyni şəhərdə yaşayırıq,
Ömrümüzə eyni şəhər,
Eyni axşam düşür,
Günlərimiz balıq kimi sürüşür.
Səni görə bilməyəndən sonra
Evlərimiz həbsxana kamerası,
Lap elə bir addım arası...

Nə olsun, eyni şəhərdə yaşayırıq,
Eyni havanı uduruq,
Eyni sudan içirik,
Eyni dayanacaqlardan keçirik,
Eyni yolda müxtəlif istiqamətlərdə qaçırıq.
Səni görə bilməyəndən sonra nə fərqi,
Ya ilan kimi sürünürük
Ya quş kimi uçuruq.

Nə olsun, eyni şəhərdə yaşayırıq.
Şəhər bizim şəhərimiz deyil,
Nə də biz bu şəhərinik.
Yağan yağış bizimdi,
Göy üzündə sərgərdan
Gəzən bulud bizimdi.
Bir araya düşən həsrət,
Bir də ümid bizimdi.
Bu şəhərdə nə sən mənimsən,
Nə mən sənin...
İçində itib batmışıq qəmin,qüssənin...
Birimiz hicran,
Birimiz həsrət daşıyırıq,
Hərəmiz dünyanın bir ucundayıq.
Səni görə bilməyəndən sonra
Nə olsun eyni şəhərdə yaşayırıq...


Geri dön

LoNeLy_AngeL

  • 10 yanvar 2012 18:40
  • Məqalə: 0
  • Şərh: 774
  • Bal:
qeseng sheirdi,

gul_93

  • 10 yanvar 2012 02:48
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
Nə olsun, eyni şəhərdə yaşayırıq,
Eyni havanı uduruq,
Eyni sudan içirik,

Elvin007

  • 8 yanvar 2012 16:35
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
Ezyete gore twk!!!

--------------------
▼►►Proqramming◄◄▼

J ♥ S

  • 8 yanvar 2012 14:03
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
J & S ∞♥....

Okush

  • 8 yanvar 2012 13:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli hekayedir

qlamour

  • 8 yanvar 2012 12:01
  • Məqalə: 0
  • Şərh: 109
  • Bal:
{awards}
Cox super seirdi twk

KaYfA_SuRgUn

  • 8 yanvar 2012 10:52
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
XEBER MARAQLIDIR XOSUMA GELDI COX SAQOLUN THANKS wink

--------------------

Ku-ku

  • 8 yanvar 2012 09:39
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Sabah....
Sabah bilmirəm nə olacaq... Necə olacaq...
Sabah bəlkədə yolunu dəyişəcəksən mənə görə
Təsadüflərlə qarşılaşmamaq üçün başqa bir yol ilə gedəcəksən..
Ancaq unutma həyatda təsadüf deyilən bir şey yoxdur....

--------------------

1heyat_1desen

  • 8 yanvar 2012 03:16
  • Məqalə: 143
  • Şərh: 716
  • Bal:
{awards}
XEBELER..HAMISI..MARAQLIDI.COX..SAGOLUN.THANKS

generation

  • 8 yanvar 2012 02:03
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Dünən səni gördüm..
Bir vaxtlar bizi görüşdürən yollar,yenidən görüşdürdü..
O çiskinli yağış yenə yağdı...
Yenə həmin qoca qadınla rastlaşdım
Və bir anlıq səni düşündüm..Kaşki dedim..
Kaşki bütün bu təsadüflər kimi səninlə yenidən görüşəydim
Kaşki bütün yaşadıqlarım yuxu olaydı və...
Və səninlə yuxum çin olaydı..
Sən də gəldin.....

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

winxclub_bloom

  • 8 yanvar 2012 01:55
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
Bu gün ....
Bu gün artıq kimsə yoxdur yanımda...

--------------------

.♣.Chrysalis.♣.

  • 8 yanvar 2012 01:55
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Bu gün ....
Bu gün artıq kimsə yoxdur yanımda...
Şəhərdə həmin küçədəyəm ..
Tanrının m ənə verəcəyi sonuncu şansı gözlədim.
Nə həmin qoca qadın vardı
Nə çiskinli yağış yağırdı
Nədə sən vardın..
Yanimda kimsə yox idi, ancaq mən tək deyildim
Qəlbimdə sən vardın..
Hava soyuq idi,ancaq mən üşümürdüm.
Çünki mən sənə ”Özümdən və məndə olan səndən muğayyat olacağıma söz vermişdim “
Bu səbədən qalın idi geyimim..
Bağışla...
Etdiyimiz səhvlər qəlbimizdəki məni,səni sevməyə,
Muğayyat olmağa imkan verir...
Bağışla..



secilmislerime elave etdim super seirdi kovreltdi meni

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 39
Cəmi: 66

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 20
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}