Dahi Heydər Əliyevin müdrik kəlamları

 
Dahi Heydər Əliyevin müdrik kəlamları

Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.

Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə,
xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.

Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.

Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir.
Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.

Tarix həmişə hər şeyi öz yerinə qoyur.

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları
qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.

Başqasının fikrinə hörmət etmək, ondan faydalı
bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.

Dahi Heydər Əliyevin müdrik kəlamları

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən
sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

Hər bir insan həyatda öz yerini tapmalıdır.
Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

Heç kim əbədi qalib ola bilməz.

Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində
iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.

Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur.

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur,
çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki,
o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.

Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır.

Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.

Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.

Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir.

Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Dahi Heydər Əliyevin müdrik kəlamları

Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür.

Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!

Ağıl olan yerdə zora ehtiyac yoxdur.

Rüşvətxorluq bizi içimizdən yeyir.

Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.

Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.

Dövlət xalqın işi olmalıdır.

Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır.

Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu
sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur.

Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.

Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.

Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.

Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib.

Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Dahi Heydər Əliyevin müdrik kəlamları

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Müstəqillik yolu qədər çətin yol yoxdur.

Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.

Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.

Xalq gərək daim öz kökünü xatırlasın.

Tariximizin hər səhifəsi bizim üçün əzizdir.

Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.

Tariximiz bizim üçün dərs olmalıdır.

Tarix heç nəyi silmir.

Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran
adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir.

Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır.
Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.

Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və
bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!

Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə,
doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir.

Dahi Heydər Əliyevin müdrik kəlamları

Biz təbiətə qarşı zor işlədə bilmərik.

Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.

İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.

Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz.

Fikir müxtəlifliyi təbii hadisədir.

Quranı-Kərimin gün Azərbaycanda ALLAHın yolu ilə getməyimiz üçün məşəldir.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Dil böyük bir aləmdir.

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək
və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl
adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir.
Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini
tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə,
ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.

Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

Demokratiya insanların şüurunda dəyişiklik deməkdir.
Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.

Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf
və namusunu qorumaq üçün aparılan müharibədir!

Dahi Heydər Əliyevin müdrik kəlamları

Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır.

Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar,
rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır.

Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.

Vətənpərvərlik insanın daxilindəki duyğulardır.
Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır.

Gərək nəbzin Vətənin nəbzi ilə vursun.

Tənqid həmişə işə kömək edir.

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!


Geri dön

AzeriMan

  • 10 yanvar 2012 00:35
  • Məqalə: 0
  • Şərh: 510
  • Bal:
Rəhmətliyin bu qədər dəyərli söz müəllifi olduğunu bilmirdim. Sağ olun!

--------------------
Səni Sevirəm...

RoMaNTiK SerSeRi

  • 9 yanvar 2012 22:27
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
coxxx menali sozlerdirrr ewitmiwdim bezilerini

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Elvin007

  • 9 yanvar 2012 22:23
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Ehen sene sagol gozel Kelamlar ucun!
Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.

--------------------
▼►►Proqramming◄◄▼

romantik_awk

  • 9 yanvar 2012 21:21
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
hmmmmmmmmm oxumadim twkler

--------------------

Delya_91

  • 9 yanvar 2012 21:18
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox gozel kelamlardir,tewekkurler bele gozel xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

.♣.Chrysalis.♣.

  • 9 yanvar 2012 21:12
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz.
twk cox gozel soozler deyib

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

generation

  • 9 yanvar 2012 20:05
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
cox siper zumlelerdir dir
Allah rehmet elesin

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

winxclub_bloom

  • 9 yanvar 2012 19:55
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

--------------------

KaYfA_SuRgUn

  • 9 yanvar 2012 19:53
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
oxudum bezileri cox xosuma geldi

--------------------

Okush

  • 9 yanvar 2012 19:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli idi eziyyete gore tesekkur

... Deryam ...

  • 9 yanvar 2012 19:09
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. KAŞ Kİ, BU SÖZLƏR HƏR KƏS ÜÇÜN BİR ŞÜAR OLARDI

--------------------

..:MeleK kiz:..

  • 9 yanvar 2012 18:54
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagol canim

Enerelen

  • 9 yanvar 2012 18:48
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
{awards}
oxudum laughing ...bəziləri çox xoşuma gəldi))

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}