İdeal dindarlıq imanla gözəl əxlaq birləşərkən yaranır

 
İdeal dindarlıq imanla gözəl əxlaq birləşərkən yaranır

İslam, ideal dindarlığı onun insan tərəfindən xoş niyyətlə, səmimiyyətlə, biliklə və gözəl şəkildə yerinə yetirilməklə ölçür. Bu xüsusiyyət imanla gözəl əxlaq birləşərkən yaranır. İman üzərində edilən səmimi dindarlıq mədəni davranışa, saf etnik dəyərlərə zəmin yaradarkən, həm də insanın imanını da qüvvətləndirir. Səmimi dindarlığın uzun ömürlü olması isə elmlə mümkündür. Elmə əsaslanmayan, şüurlu yerinə yetirilməyən və yaxud da səhv biliklərə arxalanan dindarlıq dinimizə ziddir. İslamda insanın nəyə inandığı, hansı əməli yerinə yetirdiyi, etdiyi ibadətin hansı mahiyyət daşıdığını bilməsi zəruridir. Qurani Kərimin ilk nazil olan ayələrini "Oxu" xitabı ilə gəlməsi elmə əsaslanan dindarlıq üçün əhəmiyyətlidir. Bundan başqa, Quranın bəzi ayələrində, təqvaya söykənən məntiqli dindarlığın, ancaq, elmlə mümkün ola biləcəyinə işarə edilməkdədir: "...Allahdan Öz bəndələri içərsində ancaq alimlər qorxar..." (əl-Fatır, 28). "...De: Heç bilənlərlə-bilməyənlər (alimlə-cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!" (əz-Zumər, 9).
Ayələrə diqqətlə baxdıqda dindarlığın, Allaha olan münasibətin, dini həyat tərzinin elmlə birbaşa əlaqəli olduğu ortaya çıxır. Elə isə bilmək, şüurlu davranmaq dinimizdə çox əhəmiyyətlidir.
Həqiqi dindar olmaq üçün sadəcə biliyə yiyələnmək yetərli deyil, bunun üçün bilikdən doğru istifadə etmək, incəlik, gözəllik, səmimiyyət, estetik ölçü, mədəniyyət və s. də gərəkdir. İbadətin gözəl şəkildə icrası, dindar üçün həzzverici, cəmiyyət üçün isə etibarlı olmalıdır. Ancaq bu gün təəssüf ki, özünü dindar sayan bəzi insanların davranışları ancaq özləri üçün həzzvericidir. Elə "dindarlar" var ki, əqidə və ibadət məsələlərində dözümsüzlük nümayiş etdirərək onlar kimi düşünməyənləri müxtəlif dini terminlərlə adlandıraraq onlara qarşı zorakılığı da dinin əmri kimi qələmə verməyə çalışırlar.
Halbuki, Müqəddəs Kitabımız dində məcburiyyətin olmadığını və insanların öz əməllərində məhz özlərinin cavabdeh olduğunu birmənalı şəkildə bəyan etmişdir.
Dinin səmimi yaşanması onun mesajının doğru şəkildə insanlara çatdırılması üçün də əhəmiyyətlidir. Qurani Kərim islama hikmət və gözəl öyüdlə dəvət etməyi və inkar edənlərlə ən gözəl şəkildə mübarizə aparmağı istəyir.
İslam elə bir dindarlıq istəyir ki, müsəlman həmin davranışı ilə düşmənlərini belə, özünə dost edə bilir. Aşağıdakı ayədən bu nəticəyə gəlmək mümkündür: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə, səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" (Fussilət, 34). İslam insanın dinə uyğun yaşamasını istəyir. Lakin bu istəyi yerinə yetirib həqiqi dindar olmaq üçün biliyə ehtiyac var. Ancaq bilikli şəxs Allah-Təalanın ona verdiyi şüurla həqiqi dindar ola bilər. Beləcə dindarda davranışları arasında uyğunsuzluq yerinə mütənasiblik yaranar. Yəni, dindar hər zaman ondan gözlənildiyi kimi, gözəl əxlaq və davranış nümayiş etdirər.
Həqiqi dindar təqvalı, gözəl əxlaq sahibi, gülərüzlü, etibarlı, əhdinə sadiq, comərd, təvazökar, heç kimə zərər verməyən, haqsızlıq etməyən, yaxşı işlər görən, görülən işin haqqını verən, ona həvalə olunan işi məsuliyyətlə və layiqincə yerinə yetirən, yalan danışmayan və sairdir.
Beləliklə, həqiqi dindarlığa İslamın əsaslarına uyğun hərəkət edərək və hər şeydən öncə doğru biliyə söykənərək dini yaşamaqla nail olmaq mümkündür.


Geri dön

Repery

  • 12 yanvar 2012 14:33
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH razi olsun

--------------------

.♣.Chrysalis.♣.

  • 10 yanvar 2012 00:31
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN YAZIN UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

nara ibo

  • 9 yanvar 2012 21:16
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
tewekkurler

Dinar Mamedova

  • 9 yanvar 2012 16:45
  • Məqalə: 772
  • Şərh: 1825
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

KRiPToS

  • 9 yanvar 2012 14:51
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
Allah razı olsun!!!

--------------------

generation

  • 9 yanvar 2012 14:39
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Okush

  • 9 yanvar 2012 14:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ilk serh menden Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}