Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (İmam Baqir əleyhissəlamın münazirələri)

 
Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (İmam Baqir əleyhissəlamın münazirələri)

İmam Baqir əleyhissəlamın münazirələri
İmam Baqir əleyhissəlamın İmaməti dövründə Mö’təzilə, Xəvaric və Mürciə kimi siyasi və məzhəbi qurumlar, fəaliyyət göstərirdilər. İmam Baqir (əleyhissəlam) bu firqə və qurumların batil əqidələri qarşısında yenilməz bir sədd olaraq onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını “söküb-dağıdır”, əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi, nümunə üçün o Həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis ibn Əzrəqlə söhbətini oxucuların nəzərinə çatdırırıq.

Bir gün Nafis İmam Baqir əleyhissəlamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam (əleyhissəlam) onun suallarına cavab verib söhbəti əsnasında buyurdu: “Bu xaricilərə (dindən çıxmışlara) de ki, nə üçün Əmirəl-mö’minindən ayrılmağı halal bildiniz? Halbuki, o vaxtadək onunla birlikdə vuruşur, ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz.” İmam (əleyhissəlam) əlavə edib buyurdu: “Onlar deyəcəklər ki, o, Allahın dinində münsif tə’yin etdi. Onlara de ki, Allah Öz Peyğəmbərinin şəriətində iki yerdə iki nəfəri mühakiməçi tə’yin etmişdir. Biri ərlə-arvad arasında olan ixtilaf zamanıdır ki, buyurur: “Ey mö’minlər! Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif vasitəçi tə’yin edib onların yanına göndərin. Əgər onlar bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.”
(“Nisa” surәsi, ayә 35)

İkincisi isə Sə’d ibn Məazın münsif (vasitəçi) olmasıdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu özü ilə (müsəlmanlarla) Bəni-Qüreyzə tayfası arasında münsif tə’yin etdi, o da Allahın hökmü əsasında hökm verdi.” İmam Baqir (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: “Bilmirsiniz ki, Həzrət Əli (əleyhissəlam) münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki, onlar Qur’an hökmünə əsasən hökm verib Qur’an hökmlərindən kənara çıxmasınlar? Üstəlik Əli (əleyhissəlam) şərt kəsdi ki, əgər münsiflər Qur’an hökmünün əksinə hökm versələr, bu hökm qəbul olunmayacaq. Camaat Əli əleyhissəlama deyəndə ki, seçdiyin münsif sənin əleyhinə hökm verib, buyurur: “Mən onu yox, Allahın kitabını (Qur’anı) münsif seçmişdim. Necə olur ki, xaricilər (dindən çıxmışlar) Qur’anın münsifliyini və Qur’anın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar, ancaq öz bid’ət və böhtanlarını azğınlıq hesab etmirlər?” Nafis ibn Əzrəq bu sözləri eşitcək dedi: “And olsun Allaha ki, bu sözləri nə eşitmişdim, nə də fikrimə gəlmişdi, haqq elə budur. İnşaallah.”
(Ehticac, c.2,sәh.176)

Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (İmam Baqir əleyhissəlamın münazirələri)


Geri dön

Repery

  • 12 yanvar 2012 14:32
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH razi olsun

--------------------

.♣.Chrysalis.♣.

  • 10 yanvar 2012 16:21
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
MARAQLI XEBER UCUN TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

generation

  • 10 yanvar 2012 13:07
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Dinar Mamedova

  • 10 yanvar 2012 10:50
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Okush

  • 10 yanvar 2012 10:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun eziyyete goe tesekkur maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}