NƏ GÖZƏLDİR...

 
NƏ GÖZƏLDİR...

Qızğın qumlarda uzun uzun yatdıqdan sonra bədəni dənizin sərinliyinə buraxmaq...
Səhərlər qızarmış çörək qoxusuyla oyanmaq...
Bir həkim müayinəxanasının qapısından şübhələri dağıtmış olaraq sevinclə çıxmaq...
Yaz istisində,bir günorta yuxusunun şirinliyini buz kimi bir dilim qarpızla atmaq...
Bir bağçanın qarşısından keçərkən hiss etdiyiniz ev yeməyinin qoxusu...
Səhər oyanıb o gün tətil olduğunu xatırlamaq...
"Artıq bitdi"deyərkən size zeng etməsi...
Yaşlı ana atanızın hələ döydüyünüz qapının arxasında ya da xəttin o biri ucunda olması.
NƏ GÖZƏLDİR...


Sobadan yeni çıxmış çörəyin qoxusu...
Bir küncdə bir-birinə sarılmış yatan pişik balaları...
Evinizdən,bişməkdə olan ətli bibər dolması qoxusunun yayılması...
Soyuqdan titrəyərkən əlinizə alovlandırılan bir stəkan çay...
Bir gününüzdə çoxdandır geymədiyiniz pencəyinizin cibindən pul çıxması...
Uzun,isti bir çinar altı.
Səhərdən bəri ayağınızı vuran ayaqqabıları çıxardığınız an...
Mənasiz bir səbəblə küsdüyünüz yoldaşınızla barışmanız...
NƏ GÖZƏLDİR...



Səbirsizliklə gözlədiyiniz bir xəbərin gəlməsi...
Ağrının dayanması...
İllər sonra bir gün bir yerdə,uşaqlığınızda ananızın sizin üçün etdiyi peçenyelərə rast gəlmək...
Yağışdan sonra,doğan günəş...
Buz kimi küçədən isti evə girmək...
Yorğunkən yatağa uzanmaq...
Tutduğunuz komandanın əzəli rəqibini məğlub etməsi...
NƏ GÖZƏLDİR...

Yuyulmuş,ütülənilmiş,xoş ətirli iy verən yataq dəstlərinin qoynunda yatmaq...
Bir qayığın kənarına oturaraq ayaqlarınızı dənizə sallamaq...
Ən sevdiyiniz yeməyin ilk loxmasını ağızınıza aldığınız an...
Ən əhəmiyyətlisi,nəfəs almaq,danışmaq,eşitmək,getmək,görmək,anlamaq...
NƏ GÖZƏLDİR...



Və nə gözəldir
Yoldaşlarınızdan,sevdiklərinizdən,sevgilinizdən
Eşidəcəyiniz isti bir Salam...


Geri dön

Filiz

  • 14 mart 2011 15:37
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
xebere gore tewekkurler love

swat_505

  • 14 mart 2011 14:50
  • Məqalə: 0
  • Şərh: 131
  • Bal:
{awards}
cooxxxxxxxxx tewekkurlerrrrrrrrrrr

Ulya

  • 20 oktyabr 2010 21:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol gozel yaziya gore

Azeri_Gozeli

  • 20 oktyabr 2010 13:18
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}