Quran bir möcüzədir

 
Quran bir möcüzədir

Quran Allah tərəfindən İslam peyğəmbərinin (s) qəlbinə nazil edilmiş səmavi kitabdır. O 23 il ərzində göndərilmişdir. Quran 114 surədən ibarətdir. Bu səmavi kitab insanları qəflət yuxusundan oyatmaq, onları ətraflarındakı təhlükələrdən xəbərdar etmək, yol verdikləri şirk və günahları onlara xatırlatmaq məqsədi izləyir. Bəli, Quran insanın agahlıq mənbəyi, qəlb və ruhun paklıq səbəbidir. Onda bəyan olunmuş maarif və inanclar, isbat yolları, ictimai qanunlar, insanın tərbiyəsi üçün nəzərdə tutulmuş proqramlar böyük bir həqiqətdən danışır. Qeyri-adi məzmunlu bu kitabın dərs oxumamış, yetərsiz bir mühitdə ərsəyə gəlmiş bir şəxs tərəfindən bəyan olunması əslində onun Allah tərəfindən göndərildiyini göstərir. Mühüm vəzifələrimizdən biri budur ki, doğru yol göstərən bu kitabdan lazımınca faydalanaq, onu taxçalardan, qəbristanlıqlardan, falçıların əlindən xilas edib, bəşəriyyətin xilası üçün istifadə edək.

Quran bir möcüzədir

Quranın hökmləri

1. Quran yazılarını murdarlamaq haramdır.
Əgər onun yazıları murdarlanarsa, dərhal suya çəkilməlidir.
Əgər Quranın yazı olmayan hissələri və cildi murdarlanarsa və bu
murdarlıq Qurana hörmətsizlik sayılarsa, onu suya çəkmək lazımdır.

2. Bədənin istənilən bir yeri ilə Quran yazılarına,
Allahın adlarına təharətsiz, dəstəmazsız toxunmaq haramdır.

3. Quran oxunarkən ətrafdakılarla söhbətdən çəkinmək,
onu dinləmək lazımdır. Əgər həmin söhbət Qurana hörmətsizlik sayılarsa, caiz deyil.
Amma Quran oxunan vaxt insandan bir söz soruşulsa, cavab verə bilər.

Sual: Quranı qan və leş kimi murdarların üzərinə qoymaq olarmı?
Cavab: Bu iş haramdır. Hətta həmin murdar şey qurudursa da,
bu işi görmək olmaz. Quranı murdar şeyin üzərindən götürmək vacibdir.

Sual: Quranı kafirlərin, məsihi və yəhudi kimi kitab əhlinin əlinə vermək olarmı?
Cavab: Əgər onun murdarlanmaq və hörmətsizliyə məruz qalmaq qorxusu yoxsa,
qarşı tərəfin hidayəti məqsədi ilə bu işi görmək olar.
Bir şərtlə ki, onlar həqiqətən də, Qurandan bəhrələnmək istəsinlər.

Sual: Murdar cövhərlə Quran yazmaq olarmı?
Cavab: Bu iş haramdır. Həmin yazını məhv etmək lazımdır.

Sual: Quran ayələri və Allahın adlarını dəstəmazsız yazmaq olarmı?
Cavab: Əgər bədən həmin yazıya toxunmazsa, eybi yoxdur.

Sual: İnsan Quran yazılmış kasetlərə dəstəmazsız toxuna bilərmi?
Cavab: Eybi yoxdur. Bir şərtlə ki, bu iş hörmətsizlik sayılmasın.
Lövhəyə Quran yazarkən yerə tökülən tozlara da dəstəmazsız toxunmaq olar.

Sual: Quranın tərcüməsinə dəstəmazsız toxunmaq olarmı?
Cavab: Quranın istənilən bir dildə tərcüməsinə dəstəmazsız toxunmaq olar.
Amma Allahın istənilən bir dildə yazılmış adları və
sifətlərinə vacib ehtiyata əsasən dəstəmazsız toxunmaq haramdır.

Sual: Dəstəmazsız halda məsumların adına toxunmaq olarmı?
Cavab: Müstəhəb ehtiyata əsasən, bu iş görülməməlidir.
Belə bir hərəkət məsumlara hörmətsizlik sayılarsa, haram olar.
Dünyaya gələn insana məsumların adı qoyularsa, həmin adların yazısına dəstəmazsız toxunmaq olar.

Sual: Uşaqların, psixi xəstələrin Qurana toxunmasının qarşısını almaq vacibdirmi?
Cavab: Əgər onların Qurana toxunması hörmətsizlik sayılmazsa, mane olmaq vacib deyil.

Sual: Quran oxunan zaman danışmaq olarmı?
Cavab: Quran oxunan vaxt söhbətdən çəkinib onu dinləmək yaxşıdır.
Əgər ətrafdakılar bir şey soruşarsa, onlara cavab verməyin eybi yoxdur.

Quran bir möcüzədir

Quranın vacib səcdəli surələri

Qurani-kərimin dörd surəsində vacib səcdəli ayə var. İnsan özü həmin ayələri oxuyarsa və ya bir başqası oxuyanda eşidərsə dərhal səcdə etməlidir. Səcdədə zikr demək də müstəhəbdir. Bu səcdə yaddan çıxarsa, yada düşən kimi onu yerinə yetirmək lazımdır. Həmin səcdə üçün dəstəmaz, qüsl, üzüqibləyə dayanmaq, bədənin paklığı, libasın paklığına ehtiyac yoxdur. Amma səcdə edilən yer qəsbi olmamalıdır.

Həmin ayələrlə tanış olaq:

1. Surə 32, "Səcdə”, ayə 15;
2. Surə 41, "Fussilət” (Ha, mim, Səcdə), ayə 37;
3. Surə 53, "Nəcm”, ayə 62;
4. Surə 96, "Ələq”, ayə 19

Sual: Əgər bir şəxs ətrafda səcdə ayəsi oxunan vaxt onu dinləmədiyi halda eşidərsə, səcdə etməlidirmi?
Cavab: Xeyr.

Sual: Əgər səcdə ayəsini oxuyan büluğ həddinə çatmamış uşaqdırsa və ya
Quran oxumaq məqsədi olmayan yuxulu bir adamdırsa, səcdə etmək lazımdırmı?
Əgər səcdə ayəsi radiodan eşidilərsə, səcdə etmək vacib olurmu?
Cavab: Əgər büluğ həddinə çatmamış uşaq səcdə ayəsi oxuyarsa,
səcdə etmək lazımdır. Əgər Quran oxuyanın səsi birbaşa yayımlanarsa,
yenə də səcdə etmək vacibdir. Quran oxumaq məqsədi olmayan bir şəxsdən
həmin ayəni eşidərkən səcdə etmək vacib deyil. Əgər səcdə ayəsi
lent yazısından eşidilərsə vacib ehtiyata əsasən səcdə etmək lazımdır.

Sual: Əgər insan səcdə ayəsini həm özü oxuyursa, həm də bir başqasından dinləyirsə, bir səcdə etmək bəsdirmi?
Cavab: Bəli.

Sual: Namazda səcdə ayəsi oxumaq olarmı?
Cavab: Vacib ehtiyata əsasən, namazda bilərəkdən
səcdə ayəsi olan surədən oxumaq namazı batil edir. Namaz vaxtı həmin
ayələri dinləmək də onları oxumaq hökmündədir. Amma namaz qılanın
həmin ayələri dinləmək məqsədi yoxsa, ixtiyarsız şəkildə
həmin ayələri eşidirsə, namazı düzgündür və səcdə lazım deyil.

Zillət Bizlərdən Uzaqdir...!


Geri dön

B_A_H_A_R

  • 19 yanvar 2012 22:30
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

_TUNAR_MAMEDOV_

  • 10 yanvar 2012 19:50
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI ucun

--------------------

Mervecik

  • 10 yanvar 2012 17:10
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Cox gozel ve qiymetli xeberdi...allah razi olsun ellerinize sagliq

111_Shawmn Michaelais_111

  • 10 yanvar 2012 16:50
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Allah razi olsun bacim

--------------------


Dalga

  • 10 yanvar 2012 16:33
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Cox gozel ve maraqli xeberdir.Allah gunahlarimizi bagisdasin.AMIN Tesekkur edirem

--------------------

.♣.Chrysalis.♣.

  • 10 yanvar 2012 15:42
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI SOZLERDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

... Deryam ...

  • 10 yanvar 2012 15:29
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ÇOX GÖZƏL DƏYƏRLİ MƏLUMATLARDI.
ALLAH RAZI OLSUN

--------------------

generation

  • 10 yanvar 2012 15:26
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi osluyn

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

tontonun anasi

  • 10 yanvar 2012 14:49
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
ALLAH HAMIMIZIN BILMEDEN ETDIYIMIZ GUNAHLARIMIZI BAGIWLASIN

--------------------

Okush

  • 10 yanvar 2012 14:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler Allah razi olsun

romantik_awk

  • 10 yanvar 2012 14:28
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
. Bədənin istənilən bir yeri ilə Quran yazılarına,
Allahın adlarına təharətsiz, dəstəmazsız toxunmaq haramdır.

--------------------

J ♥ S

  • 10 yanvar 2012 14:25
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER

--------------------
J & S ∞♥....

KaYfA_SuRgUn

  • 10 yanvar 2012 14:25
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
ALLAH RAZI OLSU !! XEBER UCUN TWKK

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}