Günün qoroskopu (10.01.2012)

 
Günün qoroskopu (10.01.2012)

Vərdişə çevrilmiş üsullar əvvəlki effekti vermir. Ekspromt olaraq yeni həll yolları axtarmaq lazım gələcək.

Yorulmadan öz məqsədlərinə çatmaq istəyənlər hiyləgərliyə əl atmağı, başqalarını ağıllı idarə etməyi, intriqa yaratmağı, öz səhvlərini başqalarının boynuna atmağı bacarmalıdırlar.

Çoxlarının enerjisi tükənmək üzrədir. Bu səbəbdən meteohəssas insanların səhhəti korlana bilər. Bu gün həyat tərzini qəfil dəyişmək məsləhət deyil.

Qoç – Yaxşı formada deyilsiniz. İş həyatının ritminə alışmaq sizə çətindir. Bu isə rəhbərliklə ciddi mübahisələrə səbəb ola bilər. Maliyyə işlərində ehtiyatlı olun, ola bilər ki, pul itirəsiniz, yaxud sizi böyük məbləğdə cərimə edələr.

Şəxsi həyatınızda isə hər şey qaydasındadır. Sizə maraqlı olan adamın rəğbətini qazanacaqsınız. Əgər bu gün yeni bir romanınız başlayarsa, yaxın vaxtlarda sizi maraqlı və xoş hadisələr gözləyir.

Buğa – Həddən ziyadə uğurlu gün olacaq. Sizdə müşahidə etdikləri döyüşkənliyin və mehribanlığın qəribə ahəngi ətrafınızdakıları təəccübləndirəcək. Əvəzolunmaz, nüfuzlu və sevilən lider ola bilərsiniz. Rəqibləriniz sizə mane olmaq istəyəcək, amma tezliklə başa düşəcəklər ki, sizə qalib gəlmək mümkün deyil.

Emosional fon yaxşıdır. Gün ərzində kefiniz yuxarı olacaq, xoşunuza gələn insanlar daim sizi qayğı ilə əhatə edəcəklər. Xanım Buğaları romantik etiraf gözləyir.

Əkizlər – Gün bir qədər maraqsız, bəzi hallarda lap darıxdırıcı görünəcək. Məşğul olduğunuz iş sizi maraqlandırmadığı kimi, kefinizi də pozur. Vacib iş görüşü planlaşdıran Əkizlər üçünsə lap çətin olacaq: dialoqu ciddi məcraya yönəltmək əvəzinə ya əsəbləşəcək, ya da hər şeyi zarafata çevirmək istəyəcəksiniz. Amma unutmayın ki, söhbət çox vacib məsələlərdən gedir.

Axşamı maksimal dərəcədə yaxşı keçirməyə çalışın. Ziyafətə gedin, maraqlı insanlarla tanış olun.

Xərçəng – Bu gün bəxtiniz gətirmir. Əlbəttə, bununla razılaşmaq asan deyil. Amma çarəsi var: sizə kömək edə biləcək birini tapın. Bu zaman intuisiyanıza güvənin: məsələn, əgər adam, sadəcə, xarici görünüşü ilə olsa da, xoşunuza gəlirsə, deməli, o sizə dəstək olmağa yarayır.

Özünüzü qoruyun. Ciddi gərginlik əsəb sisteminizə təsir edə bilər. Mümkün yuxusuzluqdan əziyyət çəkməmək üçün otlardan dəmləmə için, yaxud aromaterapiyaya müraciət edin.

Şir – Görüşlər üçün əla gündür. Ətrafdakılara xoş təsir bağışlayır, özünüzə asanlıqla tərəfdaş və həmfikir toplayırsınız. Rəhbərliklə və nüfuzlu şəxslərlə heç bir anlaşılmazlıq yoxdur. İşgüzar Şirlər karyerada irəliləyə, yaxud da öz peşəkar mövqelərini möhkəmlədə bilərlər.

Şəxsi cəbhədə isə işlər ürəkaçan deyil. Yaxınlarınızla mübahisələr üçün xeyli bəhanəniz var. Xüsusilə də nikahlı Şirlər öz yarıları ilə dil tapa bilmirlər, elə hey köhnə inciklikləri yadlarına düşür.

Qız – İşgüzarlığınız xeyli azalıb, demək olar ki, rəqiblərinizin qarşısında geriləyirsiniz. Rəhbərliklə boş məsələlər üstündə mübahisə edir, neqativ emosiyalarınızı tez-tez və gərəksiz yerə büruzə verirsiniz. Günün ikinci yarısı səhhətiniz qəfil pisləşə bilər, hətta təyin etdiyiniz görüşləri ləğv etmək lazım gələcək.

Köhnə dostlarınızla ünsiyyət isə sizə lazımi dəstək verəcək. Uzaq səfərlər, xüsusilə də sükan arxasında, məsləhət deyil. Alış-veriş və maliyyə xərclərini günün birinci yarısına planlaşdırın.

Tərəzi – Mürəkkəb gündür. Çox sevdiyiniz və dəyər verdiyiniz bir şəxs, ola bilsin ki, ümidlərinizi doğrultmasın. Yaxın keçmişdəki hərəkətlərinizə görə peşmansınız, amma nəticə çıxarmağa tələsmirsiniz. Elə isə çox təəssüf, çünki bir neçə müddət sonra eyni səhvləri təkrar etmək ehtimalınız var.

Ailə üzvlərilə münasibətləriniz korlanır, güzəştə getmək istəmirsiniz. Ancaq bu qədər sərt mövqe tutmaq yaxşı deyil, siz bunu anlayırsınız, vəziyyəti isə dəyişmək istəmirsiniz.

Əqrəb – Uğurlusunuz. İşləriniz rast gətirir. Sərfəli sövdələşmələr mümkündür. İşlə bağlı təklifləri gözüyumulu qəbul edə bilərsiniz. Bir çox Əqrəblər nəinki iş yerlərini və fəaliyyət sahələrini, eyni zamanda yaşadıqları ölkəni də dəyişə bilərlər. Yeniliklərdən qorxmayın, bu sizə ancaq fayda verəcək.

Yeni eşq macərasına başlamaq üçün məqam seçimində azca çətinliyiniz ola bilər. Ümumilikdə isə günün emosional fonu müsbətdir. Əgər ürəyinizin "sahibi" varsa, bu gün həyatınızı daha maraqlı edəcək dostlar tapa bilərsiniz.

Oxatan – Döyüş ruhu və təəssübkeşliklə bu gün qürrələnə bilməyəcəksiniz. Bu günə planlaşdırdığınız işlərin öhdəsindən çətinliklə gəlirsiniz. Köməkçi tapmaq istəyirsiniz, amma kimsəyə etibar edə bilmirsiniz. Maliyyə durumunuz da ürəkaçan deyil. Əgər xərclərinizi azaltmasanız, tezliklə müflis ola bilərsiniz. Filosofyana düşüncələr üçün daha uyğun gündür.

Günün ikinci yarısı səhhətiniz pisləşə, xroniki xəstəlikləriniz baş qaldıra bilər. Dərmandan zəhərlənmə mümkündür. Yalnız həkimin sizə məsləhət bildiyi preparatları qəbul edin.

Oğlaq – Uğur sizə tərəf dönmək niyyətindədir. Sadəcə, ona azacıq kömək etmək lazımdır. Əgər yeni vəzifə məsuliyyətləriniz peyda olubsa, onlara çox diqqətlə və ciddi yanaşın. Yalnız bu halda səhvlərdən qaçaraq layiq olduğunuz mükafatı ala bilərsiniz.

Günün ikinci yarısı ideyalarından öz xeyrinizə istifadə edə biləcəyiniz bir insanla görüş gözlənilir. Məqsədlərinizi düzgün təyin edin. Bunu bacarsanız, sonrası asandır.

Dolça – Bu gündən çətin razı qalasınız. Tam gücünüzlə işləməli olacaqsınız və kimsə də köməyinizə tələsməyəcək. Rəhbərlik sizin təşəbbüslərinizi dəstəkləmir, heç özü də ağlabatan göstəriş vermir – bu isə münaqişə üçün yetərli əsasdır. İnvestorlar və himayədarlarla görüş məsləhət deyil: çox güman ki, eşitmək istəmədiyiniz sözləri deyəcəklər.

Şəxsi münasibətlərə gəldikdə isə burada da mübahisələr və uzunmüddətli küskünlüklər gözlənilir. Bir az vaxta ehtiyacınız var. Bunlara rəğmən, özünüzü yaxşı hiss edəcəksiniz.

Balıqlar – Bu gündən etibarən cümə axşamınadək ömrünüzün elə də xoş olmayan dövrünü yaşayacaqsınız. Məhz bu gün karyeranızla bağlı xoşagəlməzliklər gözlənilir. Uğursuzluqlara hazır olun, iş görüşləriniz istədiyiniz səviyyədə alınmaya bilər. Pulunuzu qənaətlə xərcləyin, çox tezliklə onlar sizə gərək ola bilər.

Şəxsi münasibətləriniz isə könlünüzü açacaq. Valideyn Balıqlar övladlarının müvəffəqiyyətlərinə sevinəcəklər. Ev işlərini heç bir kömək olmadan, rahatlıqla yerinə yetirəcəksiniz. Mətbəxdə eksperiment aparmağa dəyər.


Geri dön

lubov

  • 11 yanvar 2012 12:00
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
tshk smile

_TUNAR_MAMEDOV_

  • 10 yanvar 2012 19:59
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
Əqrəb – Uğurlusunuz. İşləriniz rast gətirir. Sərfəli sövdələşmələr mümkündür. İşlə bağlı təklifləri gözüyumulu qəbul edə bilərsiniz. Bir çox Əqrəblər nəinki iş yerlərini və fəaliyyət sahələrini, eyni zamanda yaşadıqları ölkəni də dəyişə bilərlər. Yeniliklərdən qorxmayın, bu sizə ancaq fayda verəcək.

Yeni eşq macərasına başlamaq üçün məqam seçimində azca çətinliyiniz ola bilər. Ümumilikdə isə günün emosional fonu müsbətdir. Əgər ürəyinizin "sahibi" varsa, bu gün həyatınızı daha maraqlı edəcək dostlar tapa bilərsiniz.

twkler eziyyete gore...

--------------------

Elvin007

  • 10 yanvar 2012 19:58
  • Məqalə: 217
  • Şərh: 3306
  • Bal:
{awards}
Buğa – Həddən ziyadə uğurlu gün olacaq. Sizdə müşahidə etdikləri döyüşkənliyin və mehribanlığın qəribə ahəngi ətrafınızdakıları təəccübləndirəcək. Əvəzolunmaz, nüfuzlu və sevilən lider ola bilərsiniz. Rəqibləriniz sizə mane olmaq istəyəcək, amma tezliklə başa düşəcəklər ki, sizə qalib gəlmək mümkün deyil.

Emosional fon yaxşıdır. Gün ərzində kefiniz yuxarı olacaq, xoşunuza gələn insanlar daim sizi qayğı ilə əhatə edəcəklər. Xanım Buğaları romantik etiraf gözləyir.
obaaa!
Ezyete gore cox sagol ♥Princess♥ duz yazilib!

--------------------
▼►►Proqramming◄◄▼

winxclub_bloom

  • 10 yanvar 2012 17:26
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Xərçəng – Bu gün bəxtiniz gətirmir. Əlbəttə, bununla razılaşmaq asan deyil. Amma çarəsi var: sizə kömək edə biləcək birini tapın. Bu zaman intuisiyanıza güvənin: məsələn, əgər adam, sadəcə, xarici görünüşü ilə olsa da, xoşunuza gəlirsə, deməli, o sizə dəstək olmağa yarayır.

--------------------

DEMET_AKALIN

  • 10 yanvar 2012 17:08
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
TESEKKURLER______________QOC.BU GUNUME SUKUR MIN SUKUR

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

_ROCK_STAR_

  • 10 yanvar 2012 16:16
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
oxudum tesekkur

.♣.Chrysalis.♣.

  • 10 yanvar 2012 16:04
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Balıqlar – Bu gündən etibarən cümə axşamınadək ömrünüzün elə də xoş olmayan dövrünü yaşayacaqsınız. Məhz bu gün karyeranızla bağlı xoşagəlməzliklər gözlənilir. Uğursuzluqlara hazır olun, iş görüşləriniz istədiyiniz səviyyədə alınmaya bilər. Pulunuzu qənaətlə xərcləyin, çox tezliklə onlar sizə gərək ola bilər.

Şəxsi münasibətləriniz isə könlünüzü açacaq. Valideyn Balıqlar övladlarının müvəffəqiyyətlərinə sevinəcəklər. Ev işlərini heç bir kömək olmadan, rahatlıqla yerinə yetirəcəksiniz. Mətbəxdə eksperiment aparmağa dəyər.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

generation

  • 10 yanvar 2012 15:23
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
thanks... lol

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

RoMaNTiK SerSeRi

  • 10 yanvar 2012 15:21
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
INANMIRAMEEE BUNLARA AMA YENEDE OXUDUM:)

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_SVETLANA_777_

  • 10 yanvar 2012 15:09
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
Əkizlər – Gün bir qədər maraqsız, bəzi hallarda lap darıxdırıcı görünəcək. Məşğul olduğunuz iş sizi maraqlandırmadığı kimi, kefinizi də pozur. Vacib iş görüşü planlaşdıran Əkizlər üçünsə lap çətin olacaq: dialoqu ciddi məcraya yönəltmək əvəzinə ya əsəbləşəcək, ya da hər şeyi zarafata çevirmək istəyəcəksiniz. Amma unutmayın ki, söhbət çox vacib məsələlərdən gedir.

Axşamı maksimal dərəcədə yaxşı keçirməyə çalışın. Ziyafətə gedin, maraqlı insanlarla tanış olun.

SAG OL CANIM PRINCESSIM

--------------------
<p></p>

lamiye19

  • 10 yanvar 2012 15:04
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
tewekkur . burcum buga .oxudum inwallah duz olar yazilanlar
winked

duz cixir hele ki. wink

--------------------
ozunden bawqa hec kese inanma
cunki inandigin insan gun gelecek
sene arxadan zerbe vuracaq.......................

Gulen

  • 10 yanvar 2012 15:01
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
Oğlaq – Uğur sizə tərəf dönmək niyyətindədir. Sadəcə, ona azacıq kömək etmək lazımdır. Əgər yeni vəzifə məsuliyyətləriniz peyda olubsa, onlara çox diqqətlə və ciddi yanaşın. Yalnız bu halda səhvlərdən qaçaraq layiq olduğunuz mükafatı ala bilərsiniz.

Okush

  • 10 yanvar 2012 14:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Şir – Görüşlər üçün əla gündür. Ətrafdakılara xoş təsir bağışlayır, özünüzə asanlıqla tərəfdaş və həmfikir toplayırsınız. Rəhbərliklə və nüfuzlu şəxslərlə heç bir anlaşılmazlıq yoxdur. İşgüzar Şirlər karyerada irəliləyə, yaxud da öz peşəkar mövqelərini möhkəmlədə bilərlər.

Şəxsi cəbhədə isə işlər ürəkaçan deyil. Yaxınlarınızla mübahisələr üçün xeyli bəhanəniz var. Xüsusilə də nikahlı Şirlər öz yarıları ilə dil tapa bilmirlər, elə hey köhnə inciklikləri yadlarına düşür.



tesekkurler eziyyete gore

tontonun anasi

  • 10 yanvar 2012 14:43
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Oxatan – Döyüş ruhu və təəssübkeşliklə bu gün qürrələnə bilməyəcəksiniz. Bu günə planlaşdırdığınız işlərin öhdəsindən çətinliklə gəlirsiniz. Köməkçi tapmaq istəyirsiniz, amma kimsəyə etibar edə bilmirsiniz. Maliyyə durumunuz da ürəkaçan deyil. Əgər xərclərinizi azaltmasanız, tezliklə müflis ola bilərsiniz. Filosofyana düşüncələr üçün daha uyğun gündür.

Günün ikinci yarısı səhhətiniz pisləşə, xroniki xəstəlikləriniz baş qaldıra bilər. Dərmandan zəhərlənmə mümkündür. Yalnız həkimin sizə məsləhət bildiyi preparatları qəbul edin.

--------------------

KaYfA_SuRgUn

  • 10 yanvar 2012 14:32
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
TWKKKKKK,, MARAQLIDIR XEBERE UCUN TWKK

--------------------

Ku-ku

  • 10 yanvar 2012 14:29
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Balıqlar – Bu gündən etibarən cümə axşamınadək ömrünüzün elə də xoş olmayan dövrünü yaşayacaqsınız. Məhz bu gün karyeranızla bağlı xoşagəlməzliklər gözlənilir. Uğursuzluqlara hazır olun, iş görüşləriniz istədiyiniz səviyyədə alınmaya bilər. Pulunuzu qənaətlə xərcləyin, çox tezliklə onlar sizə gərək ola bilər.

Şəxsi münasibətləriniz isə könlünüzü açacaq. Valideyn Balıqlar övladlarının müvəffəqiyyətlərinə sevinəcəklər. Ev işlərini heç bir kömək olmadan, rahatlıqla yerinə yetirəcəksiniz. Mətbəxdə eksperiment aparmağa dəyər.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 442
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 28
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}