Bu gün Milli Qəhrəmanlar Muxtar Qasımov və Eldar Məmmədovun doğum günüdür.
Muxtar Cahid oğlu Qasımov 1958-ci il yanvarın 10-da Beyləqan rayonu Kəbirli kəndində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə ata-baba yurdları Ağdama köçüb. O, Xankəndində həkim kimi çalışıb, müharibə başlayandan Ağdam hərbi hospitalında xidmət edib, Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq döyüşlərində hərbi həkim kimi iştirak edib, 1992-ci il iyunun 16-da Naxçıvanik kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub. 1993-cü il fevralın 5-də Milli Qəhrəman adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Eldar Harun oğlu Məmmədov - 1968-ci il yanvarın 10-da Bakı şəhərində anadan olub. O, Bakıda C.Naxçıvanski adına Hərbi Məktəbi, Riqada Ali Hərbi-Siyasi Məktəbi bitirib, SSRİ-nin müxtəlif yerlərində xidmət edib, Qarabağ müharibəsi başlayanda baş leytenant Vətənə qayıdıb, Ağdərə, istiqamətində sücaətlə vuruşub, 1993-cü il fevralın 24-də Kasapet uğrunda döyüşdə düşmənin əsas zərbəsini öz üzərinə götürüb, əsgərlərinin mühasirəyə düşməsinə imkan verməyib, təkbaşına düşmənin xeyli canlı qüvvəsini məhv edib və qəhrəmanlıqla həlak olub. 1994-cü ildekabrın 11-də Milli Qəhrəman adına layiq görülüb.

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description