Susuzluq (Hekayə)

 
Susuzluq (Hekayə)

SUSUZLUQ

Yayın isti günlərində insan yalnız susuzluğunu təmin etmək istəyir.
Küçədə rastlaşdığım insanların əlində və ya tutduğu çantasında mütləq sərinləşdirici
suları görmək olur.Kimisi günəşin qızmar istisini dəf etmək üçün ətrafındakıları
belə unudaraq sərin içki şüşəsini başına çəkir,kimisi sərin su şüşəsini üzünə
dayayaraq sanki günəşdən yanar dərisini sərin şüşəylə soyutmaq istəyir.
Mən də soyuq su almaq üçün marketə daxil oldum.Marketdə çoxlu alıcı vardı.
Aldıqları ərzaqların da yanında sərin su.Mən sitrus meyvələri sevdiyim üçün
məhz həmin meyvələrdən hazırlanan şirəni almaq istəyirdim.
Bu zaman maqazaya bir qadın daxil oldu.Bir çiynində zənbil,həmin
əlini açaraq dilənirdi.O,bir əliylə isə bir oğlan uşağının əlindən tutmuşdu.
Qara,hündür,kök həmin dilənçi qadın alıcılara yaxınlaşaraq müxtəlif yalvarışlar,
dualarla nəzir istəyirdi.Əliylə tutduğu oğlan uşağının əynində kirli cırıq ağ mayka,
parğalanmış rezin ayaqqabı vardı.Ayaqqabının dabanları gəzməkdən tamam yeyilmişdi.
Qarabuğdayı yeddi-səkkiz yaşlı həmin oğlan uşağının məsum sifəti vardı.
Alıcılardan kimisi dilənçi qadına qəpik pul verir,kimisi isə yoxdur-deyərək soyuqqanlıqla rədd edirdilər.

Susuzluq (Hekayə)

Satıcı isə hirslə:-ay arvad,çıx get burdan qoy işimizi görək.Rədd ol.
Qadın sanki onları eşitməyərək,alıcılara yaxınlaşaraq:-Balam acdır.
Rəhminiz gəlsin.Satıcı daha da gur səslə:_rədd ol ay qadın.
Elə etmə polis çağırım.Piştaxtanın o tərəfindən sanki qadının üstünə cumacaqdı.
Satıcı üzünü alıcılardan birinə tutaraq:-nə sırtıq şeydi.
Ağzında qızıl dişi,utanmır dilənir.Yaşlı bir alıcı qadın:
-Əşi bunlarda utanmaq abır-ismət nə gəzir?.-deyərək ağzını büzdü.
Bu səs-küy içində mən ancaq kiçik yaşlı oğlana baxırdım.
Onun dodaqları qurumuş,partlamış torpağa bənzəyirdi.
Partlayan dodaqlarda qan ləkəsi vardı.Yazıq oğlan...
Onu o tərəfə bu tərəfə sürüyən anasının arxasınca sanki yerimirdi,sürünürdü...
Gözlərinin içi günəşdə gəzməkdən yaşlı qocaların gözləri kimi yorğun idi.O ancaq soyuq sulara baxırdı.

Maqazada valideyinləriylə gələn onunla yaşıd qız və oğlan yaşıdları da vardı.
Həmin körpələrin gözəl geyimi,qırmızı yanaqları,dodaqları vardı.Həmin uşaqların əlləri su və şirniyyatla dolu idi.
Mən özümü unudaraq bir neçə cür şirniyyat və sərin su alaraq ona yaxınlaşdım.
Onun bərabərində aşağı əyilərək aldıqlarımı ona uzatdım.
Oğlan təəcüb dolu baxışlarla gah mənə,gah da anasına baxırdı.
Mən isə onun gözlərində talehinin yazısı olan çətinlikləri görürdüm.
Onun üzü bir anda təbəssümlə örtüldü.Lakin o mənim ona verdiklərim içərisində
sərin suyu tez alaraq açmaq istəyirdi.Mən tez suyu açaraq ona verdim.
O,suyu başına çəkdi.Mənim isə həmin an gözüm önündən nələr keçirdi.
Gözüm önünə dünyada susuzluqdan əziyyət çəkənlər gəldi.

Susuzluq (Hekayə)

Afrika,Somali vilayətində gündə nə qədər uğağın susuzluqdan ,aclıqdan ölməsi,
göz önümdən keçirdi.Xocalıda öldürülən körpələr meşədə ac,
susuz can verənər ,dünyadakı bütün insanlar su üçün çətinlikləri göz
önümdən keçirdi.Su...susuzluq...Sonuncu peyğəmbərim,dinimdə
atam Məhəmməd(s.ə) peyğəmbər nəvəsi İmam Hüseyn dövründəki susuzluq...
Mən ağlayırdım.Gözümdəki yaşlar üzü aşağı axırdı.Uşaq boş su şüşəsini
əlində tutaraq təəcüblə baxırdı.Amma gözləri gülürdü.
Oradakı uşaqlar kimi...Sevinclə mənə sağ ol dedi.Anası isə dualar edirdi.
Oradakıların təəcüblü baxışı altında ayağa qalxdım...sanki yerimirdim...Sürünürdüm.

Susuzluq (Hekayə)

ELNURƏ AĞAZADƏ


Geri dön

.♣.Chrysalis.♣.

  • 11 yanvar 2012 03:15
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
MARAQLI IDI TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

... Deryam ...

  • 10 yanvar 2012 22:07
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ÇOX GÖZƏL VƏ İBRƏT ALINASI BİR HEKAYƏYDİ.ÇOX SAĞ OLUN .

ALLAH HEÇ BİR BƏNDƏSİNİ ÖZÜNNƏN BAŞQA HEÇ KİMƏ MÖHTAC ETMƏSİN.

--------------------

Delya_91

  • 10 yanvar 2012 21:14
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
maraqli hekayeye gore sagol

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

spice girl

  • 10 yanvar 2012 21:03
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
maraqli idi

generation

  • 10 yanvar 2012 20:17
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
cox super hekayedir thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_TUNAR_MAMEDOV_

  • 10 yanvar 2012 19:32
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler....

--------------------

Elvin007

  • 10 yanvar 2012 19:24
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Ezyete gore Thank!

--------------------
▼►►Proqramming◄◄▼

★Azerbaijan girl★

  • 10 yanvar 2012 19:09
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
maraqliydi twklerrrrrrrr

Ku-ku

  • 10 yanvar 2012 17:37
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqli hekayedi muellife tewekkurler

--------------------

Okush

  • 10 yanvar 2012 17:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler helem oxumamisam vaxtim olanda oxuyacam

winxclub_bloom

  • 10 yanvar 2012 17:12
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
tesekurler maraqli hekaye ucun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}