Azadlıq mübarizəsi və zəfər sevinci

 
Azadlıq mübarizəsi və zəfər sevinci

Yoruldum artıq çox yoruldum ,sıxıldım hər şeydən ən olmadıq zamanlarda qarşıma həmişə qeyri-mümkün şeylərin qeyri-mümkün insanların çıxmasından.

Bunlarla öz içimdə və çöldə ayrı-ayrı mübarizə aparmaqdan yoruldum.Bilirəm həyat bir tək mənə çətin, bir tək mənə mərhəmətsiz deyil.

Bəlkə də mənim kimi məndən daha da çox yorularaq yaşayan bir çox insan var.Əhəmiyyətli olan bunu hara qədər apara biləcəyim yox olmadan

əvvəlki kimi hər büdrədiyimdə əlimdən tutacaq birinə ehtiyac duymadan yıxıldığım yerdən daha nə qədər qalxa biləcəyəm, özümə məğlub olmadan

daha nə qədər yaşaya biləcəm.Bəli özümə məğlub olmadan , ən əhəmiyyətli olan nöqtə buduru mənim üçün.Hər yorğunluğumda hər çətinliyimdə

özümdə yenidən taqət yaradaraq sil başdan yaşayaraq, hər şeyin öhdəsindən gələ bilmək mənim üçün əhəmiyyətli olandır.

Bəlkə də belə edərək ağrılarımla uduzmalarımla həyatımın ən əhəmiyyətli kadrlarını silirəm amma olsun nəyin nə qədər

əhəmiyyətli oldugunu bu həyatımın sonundakı əldə etmək ümidindən imtina edə bilməyəcəyim zəfərim göstərəcək.Bəli bu zəfər mənim olacaq.

Son nəfəsimi vermək üzərə də olsam bundan imtina etməyəcəyəm, duyğularımı heçə sayan həyatımın hər dəqiqəsində nə etməyim lazım olduğuna

mənim adıma qərar verən insanlardan intiqam almanın zəfər ehtirası deyil.Bu hər şeyə baxmayaraq hər uduzmaya baxmayaraq döyüş meydanın

tərk etməyən bir döyüşçünün qürur məsələsi, məğlub olmasına baxmayaraq məğlub olmağı qəbul etməyən və nə olursa olsun düşməninə,

azad olmasa da azadlığını təmsil edən bayrağını təslim etməyən döyüşçünün döyüşüdür. Haydı düşmən ölkənin döyüşçüləri hücum edin

bir-bir üzərimə hücum edin ki mən zəfəri dadım hücum edin ki damarlarımdan axan, axacaq olan azadlıq rəngi

qorxutsun sizi hücum edinki bu zəfəri sizə verməyəcəyimi anlayın..


Geri dön

Ulya

  • 20 oktyabr 2010 20:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
tesekkurler

Azeri_Gozeli

  • 20 oktyabr 2010 13:34
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}