Bakının Yeni Suraxanı qəsəbəsində qeyri-adi hadisə baş verib.
ANS TV-nin məlumatına görə, limon ağacı həm həcmcə çox böyük,
həm də əl formasını xatırladan limonlar verib. Bu qeyri-adi hadisə Əliyevlər
ailəsində baş verib. Ailə bu hadisənin ötən il may ayının 18-də İmam
Əlinin xatirəsinə verdikləri ehsan süfrəsindən sonra baş verdiyini deyirlər.
“Bu limon 2 əl formasını xatırladır. Sanki iki əl bir-biri ilə xudahafizləşir.
Bu, Allahın möcüzəsidir. Təklikdə də, bu limonlar əl formasını xatırladır”,
- deyə ev sahibəsi Aycamal Əliyeva bildirib.
Qeyd edək ki, Əliyevlər ailəsi limonların verilən ehsan süfrəsinin Allah
tərəfindən qəbul edilməsi kimi dəyərləndirirlər.