“Eurovision-2012”nin B planında yenidənqurma işləri qızışır

 
“Eurovision-2012”nin B planında yenidənqurma işləri qızışır

Bakıda yerləşın Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisinə daxil olanda əvvəlcə çaşıb qaldım. İlk olaraq stadionun ərazisini nəhəng tikinti meydançası ilə səhv saldığımı güman etdim. Həqiqətən də Tofiq Bəhramov adına Respublika Stadionun ərazisi nəhəng tikinti meydanını xatırladırdı. Bir vaxtlar azarkeşlər və futbolçuların qaynaşdığı stadionun ərazisində indi fəhlələr vurnuxurdu. Hər yerdə qum, taxta parçaları, çınqıl və s. gözə dəyirdi. Bu da təsadüfi deyil. Axı ölkəmizin bir nömrəli idman qurğusunun əsaslı şəkildə təmir edilərək azarkeşlərin ixtiyarına verilməsi nəzərdə tutulub. Bunun üçün Azərbaycan respublikası prezidenti İlham Əliyevin sərəncamına əsasən 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə on milyon manat məbləğində vəsait ayrılıb.

Stadionun direktoru Akif İsmayılovla söhbətimizdə stadionda işlərin tam sürətlə davam etdiyini öyrəndik. Akif İsmayılov ANS PRESS-ə açıqlamasında arenada söküntü işlərinin artıq başa çatdığını qeyd etdi.

“Hazırda stadionda oturacaqların düzülməsi üçün tribunalarda betonlama işləri görülür. Bundan başqa, Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarının üzərinin örtülməsi işlərinə də başlanılacaq. Bu yaxınlarda ölkəmizə stadionun yenidən qurulmasında lazım olacaq avadanlıqlarla dolu 10-a yaxın konteyner gələcək”, - deyə Akif İsmayılov bildirdi.

Tofiq Bəhramov adına Respublika Stadionunda “Evrovision-2012”nin keçirilmə ehtimalı olduğunu bildiyimizdən Akif İsmayılovdan bunun nə dərəcədə real olub-olmaması ilə maraqlandım. Stadion direktoru məsələyə fevral ayının ortalarında aydınlıq gələcəyini bildirdi: “Bildiyiniz kimi stadionumuz “Evrovision-2012”nun keçirilməsi ilə bağlı B planına daxildir. Musiqi yarışmasının Bayraq Meydanında inşa olunan "Crystall Hall"da keçiriləcəyi bildirilsə də stadionumuz da buna iddialıdır. Bu yaxınlarda “Eurovision”nun təşkilat komitəsinin üzvləri stadionumuzda oldular. Onlar burada görülən işlərin keyfiyyəti və sürətindən razı qalıblar. Fevral ayının ortalarına kimi Bakıda təşkil ediləcək “Eurovision-2012”-in hansı arenada keçiriləcəyinə dair yekun qərar qəbul ediləcək. Bundan sonra isə biz stadionun “Eurovision”un təşkilatçılarının istəyinə uyğun quaracağımızı, yaxud da futbol oyunları üçün hazırlamağa başlayacağımızı müəyyənləşdirmiş olacağıq”.

Akif İsmayılovla söhbətimizdə o da məlum oldu ki, stadionda təmir işlərinin başa çatdırılması martın 30-na planlaşdırılıb. Ancaq müəyyən səbəblərdən bu müddətin bir qədər də uzanması istisna olunmur.

Respublika stadionunun təmirində Cənubi Koreyadan olan mütəxəssislər də iştirak edirlər. Bundan başqa maraqlı məqamlardan biri də budur ki, Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycana ilk dəfə olaraq ot örtüyünün altında qızdırıcı sistemin quraşdırılacağı nəzərdə tutulub. Bunun üçün Almaniyadan xüsusi qızdırıcı qurğu gətiriləcək. Bu qurğu vasitəsilə ilin soyuq vaxtlarında ot örtüyünün ideal vəziyyətdə qalmasına şərait yaranacaq.

Akif İsmayılovdan uzaqlaşaraq stadionda təmir işləri ilə yerində tanış olmaq üçün idman qurğusunun içərisinə daxil olduq. Stadionun ərazisində bir neçə texnika işləyirdi. Stadionda azərbaycanlı fəhlələrlə yanaşı, koreyalı işçilər də gözə dəyirdi. Oradan uzaqlaşaraq təmir işləri ilə tanışlığı davam etdiririk. Bu dəfə stadionun qaçış zolağına düşürük. Burada iş bir qədər də qızğın gedir. İşçilər stadionun ot örtüyünün alt qatına qum səpərək onu hamarlayırlar. Stadionda təmir işlərinin yekunlaşmasına hələ çox qaldığı hiss olunsa da işlərin sürət tempi nikbinliyə əsas verirdi. Get-gedə hava da qaralmağa başlamışdı. Biz stadionun ərazisini yavaş-yavaş tərk eməyimizə baxmayaraq fəhlələr əvvəlki həvəslə çalışmaqda idilər.

Qeyd edək ki, yenidənqurma işlərindən sonra stadionda VİP lojalar quraşdırılacaq və belə yerlərin sayı minə çatdırılacaq. Stadionda oturacaqlarən ümumi sayınagəldikdə isə, yenidənqurma zamanı onların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Hazırda stadion 30 minə yaxın tamaşaçı tutumuna malikdir. Ancaq bu rəqəmin 40 minədək arırılması mümkündür. Hər şeyə “Eurovision-2012”-nin harada keçirilməsi ilə bağlı məsələyə aydınlıq gəldikdən sonra qərar veriləcək.

Ümid edirik ki, Tofiq Bəhramov adına Respublika Stadionunda “Evrovision-2012”nin keçirilib-keçirilməməyindən asılı olmayaraq işlər ən tez zamanda və yüksək keyfiyyətlə görülərək yekunlaşacaq.


Geri dön

LoNeLy_AngeL

  • 12 yanvar 2012 21:36
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
ALLAH qismet elese nece olacagini yashayariq gorerik

Ku-ku

  • 11 yanvar 2012 11:16
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqlidi nece olacaq

--------------------

Dinar Mamedova

  • 11 yanvar 2012 09:59
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
hm bu eurovision sohbeti hele de davam edir

--------------------

.♣.Chrysalis.♣.

  • 11 yanvar 2012 03:03
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
GOREK NECE OLACAQ

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

AY2005

  • 10 yanvar 2012 23:33
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
yaxsi fikirlərdir catdirila bilsə

generation

  • 10 yanvar 2012 22:43
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

winxclub_bloom

  • 10 yanvar 2012 22:05
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
catdira bilecekler?

--------------------

Elvin007

  • 10 yanvar 2012 21:52
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Ezyet gore sagol!

--------------------
▼►►Proqramming◄◄▼

Okush

  • 10 yanvar 2012 21:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkurler

... Deryam ...

  • 10 yanvar 2012 21:49
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Iwler dogrudanda coxxx suretle gedir , gecede iwleyirler fellow inwallah stadionda olar mende gede bilerem winked wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 28

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}