Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Məsihi yepiskopu ilə münazirə)

 
Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Məsihi yepiskopu ilə münazirə)

Məsihi yepiskopu ilə münazirə

Hişamın sarayının İmam Baqir əleyhissəlamın elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir (əleyhissəlam) bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi: Hişamın İmam Baqir əleyhissəlama qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o Həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir (əleyhissəlam) öz əziz oğlu ilə saraydan çıxdı, sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki, bunlar xristian keşiş və rahibləridir. Öz adət-ən’ənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını, elmi çətinliklərini həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (əleyhissəlam) namə’lum şəxs şəklində camaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər tə’yin edib onlara tapşırdı ki, gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki, həddən artıq qocalıb əldən düşmüş yepiskop gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra camaatı nəzərdən keçirdi. İmam Baqir əleyhissəlamın siması onu özünə cəlb etdiyi üçün üzünü İmam əleyhissəlama tutub soruşdu: “Biz xristianlardansan, yoxsa müsəlmanlardansan?”

Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Məsihi yepiskopu ilə münazirə)

İmam Baqir (əleyhissəlam): “Müsəlmanlardanam.”
— Onların alimlərindənsən, yoxsa nadanlarından?
— Nadanlardan deyiləm.
— Əvvəl mən sual edim, yoxsa sən soruşursan?
— İstəyirsinizsə, siz soruşun.
— Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, Cənnət əhli yeyib-içəcək, ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?
— Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O, anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur.
— Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz?
— Mən belə demədim, mən dedim ki, nadanlardan deyiləm.
— Başqa bir sualım var.
— Buyurun!

Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Məsihi yepiskopu ilə münazirə)

— Hansı əsasa görə deyirsiniz ki, Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi?
— Bəli, onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məş`əlin alovundan bir neçə məş`əl yandırsanız da, birinci məş`əlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək.
Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və dedi: “Camaat, dini mə’lumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki, məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha, daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam, məni daha öz aranızda görməyəcəksiniz.” Bunu deyib yerindən qalxaraq kənara çıxdı.


Geri dön

APPLY

  • 17 yanvar 2012 19:58
  • Məqalə: 30
  • Şərh: 503
  • Bal:
Dəyərli məlumtlara görə tşklər

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

Repery

  • 12 yanvar 2012 14:30
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Prank girl

  • 11 yanvar 2012 19:26
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

generation

  • 11 yanvar 2012 18:53
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

KaYfA_SuRgUn

  • 11 yanvar 2012 18:41
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKURLER!!

--------------------

.♣.Chrysalis.♣.

  • 11 yanvar 2012 17:32
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
maraqli idi secilmis xeberime elavee etdim

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Ku-ku

  • 11 yanvar 2012 16:17
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Okush

  • 11 yanvar 2012 15:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun eziyyete gore tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 45

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}