Anaya və Ataya qarşı məsuliyyətimiz

 
Anaya və Ataya qarşı məsuliyyətimiz


Quran, insanlara, özlərinə ibrət götürmələri və yaradılış məqsədini yaxşı qavramaları məqsədiylə endirilmiş bir kitabdır. Bir tərəfdən öz həyatımıza diqqət yetirərək yaxşı bir müsəlman olmağa çalışarkən, ən böyük məsuliyyətlərimizdən biri də ailəmizə qarşı olan məsuliyyətlərimizdir. Bizi körpəlikdən böyüdüb, hər cür ehtiyacımızı qarşılayaraq, əmək verən ana-atamızın axirət həyatını qurtarmaq üçün məşğul olmaq da onlara olan minnət borcumuzdur. Quran, ana və atanı, iman etməyə və namaz qılmağa etina etdirməyi və onlara çox yaxşı davranmağı müxtəlif ayələrdə vurğulamışdır.

"Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de. (İsra surəsi - ayə 24)

Ailəmizin bizi qorumaq üçün zaman-zaman etmək istədiyimiz şeylərə müdaxilə etməyə çalışdıqlarını görürük. Bunlar xoşumuza gəlməsədə, bizim yaxşılığımızı onlar qədər kimsənin düşünə bilməyəcəyini bilməliyik. Diqqət yetirməyimiz lazım olan nöqtə, bu kimi vəziyyətlərdə onlara incidici bir cavab verməmək, dediklərini etməyə çalışmaq, əgər bir şeyi səhv anlamışlarsa da, onlara bunu gözəl bir dillə izah etməkdir. Əslində çoxumuz buna diqqət yetirmirik. Mən də, bir yoldaşımın, anasıyla mübahisə etməkdən qaçmaq və onu incitməmək üçün "ana xaiş edirəm mənə uf dedirtmə, məni günaha salma" deyərək otağına keçdiyini eşidənə qədər, buna lazım olan diqqəti göstərməmişdim...

"Rəbbin yalnız Ona ibadət etməyi və validenlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşaıb qocalığın ən düşkün çağına yetərsə, onlara "Uf" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! (İsra surəsi, ayə 23)"

Bu mövzuda ayırd etməyimiz lazım olan əhəmiyyətli bir nöqtə, ətrafımızdakı ALLAHa və dinə qarşı xeyr işlənməsinə mane olmağa çalışan insanlara qarşı rəftardır. Quranda da " inkarçılar birliyi" olaraq təbir edilən bu gurupa, əgər öz yaxınlarımız da daxil isə, avtomatik olaraq onlara qarşı münasibətimiz də fərqli olmalıdır. Quranda bu tip insanların ailəmizdən də olsa, əgər ki doğru yola girmələri üçün məşğul olduğumuzda anlamırlarsa, xeyr işlənməsinə və müsəlmanların birlikdəliyindən narahat olub mane olmağa çalışırlarsa, yoldaş edilməmələri əhəmiyyətlə vurğulanmışdır..

"(Ya Rəsulum!) de: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, yoldaşlarınız, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşununza gələn məskənlər sizə ALLAHdan, Onun Peğəmbərindən və ALLAH yolunda cihaddan daha əzizdirsə, ALLAHın əmri gəlməyincəyə qədər gözləyin. ALLAH fasiqləri doğru yola yönəltməz! (Tövbə surəsi - ayə 24)


Geri dön

HaYaliM

  • 1 oktyabr 2011 15:10
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
gözel ifa ücün tesekkür edirem

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Gun_and_Ay :)

  • 29 oktyabr 2010 17:17
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
twk ALLAH RAZI OLSUN )))

Ulya

  • 20 oktyabr 2010 21:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel movzudu.Allah razi olsun

Grace_Angel

  • 20 oktyabr 2010 19:37
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------

Azeri_Gozeli

  • 20 oktyabr 2010 13:24
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Baby_Love

  • 19 oktyabr 2010 23:24
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}