
Düzə əyri baxdıq,səhvi düz bildik.
Ağlamaq yerinə danışdıq,güldük.
Səcdə əvəzinə pula əyildik,
Bağışlaya bilərsənmi,Sən bizi?

Ac yerinə, axtarmışıq şöhrəti,
Vəzifədə, adda gəzdik qüdrəti,
Etdiyimiz işə qoyduq minnəti,
Bağışlaya bilərsənmi,Sən bizi?

Narahat eyləyir çoxunu azan,
Özünə qazmırmı, quyunu qazan?
Ey insan yaradıb,ona bəxt yazan,
Bağışlaya bilərsənmi,Sən bizi?

Kərəminə şübhə deyil,bu sual,
Məhçər günü nə nağıldı,nə xəyal,
O gün ki, qarşısında duracayıq lal,
Bağışlaya bilərsənmi,Sən bizi?

Rəhimliyə hər əməli bir yükdü,
Dünyaya bağlanma, ipi çürükdü.
Sənin rəhmin günahlardan böyükdü,
Bağışlaya bilərsənmi,Sən bizi?
Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























