İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

 
İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz.

Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar?

Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?

Buna görəmi hər şey tərs üz olar, içindən çıxılmaz bir hal alar,
keşməkeşli olar, viran olar, xarab olar, betər olar?

Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu
həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi?

Bir çox insan; qışqırıb çağırması, ağlamalı olduğu zaman gözyaşlarını içinə axıdar.

Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular,
danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar.

Gün gəlir bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.

İçimizə atdığımız hər şey yığılaraq irəlidə daha ağır ziyanlara səbəb olur. Sonra məcbur edir orqanları.
Ən başda beynimizi, ürəyimizi, mədəmizi sonra psixologiyamızı, insanlığımızı və daha bir çox şeyi.

İçinə atmaq nədir?

* Qaşlarımızı çatmaq lazım olarkən gülə bilmək,
* Duyğularını tam olaraq izah edə bilməyən, içini
olduğu kimi qarşısına açıb tökə bilməyən kəslərin bilmədən etdikləri şey,

* Dəfələrlə danışıb sözü aydın ola bilməmiş insanın bezməyidir.
İfadə etməkdən bezdirənlərin yaratdığı nəticədir.
Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar dilsizdir.

* Söylədiyimizdə dəyişən bir şey olmayacaq ya da tamamilə itirməkdən qorxarıq.
Buna görə ən çox söyləmək istədiyimiz şeyləri içimizə atarıq.
"Deyiləcək o qədər çox şey vardı ki, tək söz belə edə bilmədim"
deyərkən izah edilən vəziyyətdir bəzən də.

* Özünü izah etməkdən yorulanlar üçün tək qaçış yoludur.
Duyğuları, düşüncələri rahatlıqla qarşı tərəfə söyləyə bilməyib,
qarsınızdakı adama ürəyinizi hamısıyla aça bilməyib bütün hisslərinizi,
beyninizi qucaqlayan bütün detalları ürəyinizin bir küncünə yığmaqdır.

O künc get-gedə böyüyür və bütün ürəyiniz söyləyə bilmədiklərinizlə örtülməyə başlayır.
Ağlaya bilməzsiniz belə, bir növ öz-özünə paylaşmağa öyrəşmək halıdır.
Gözləməkdir əslində. Qarşı tərəf bir an gəlsin görsün susqunluğu istənər.
Görülmədikcə yandırar, qovurar. İncikliklərin, hirsin və
hüznün xaricə vurulmayıb fərdi qutuya gizlənməsidir?

P.S: Siz necə, içinizdə nələri saxlayırsınız?

Bəzən haqqında danışmaq istəməyib içinizdə saxlamaq istədikləriniz olurmu?


Geri dön

1heyat_1desen

  • 19 yanvar 2012 00:04
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
Maraqli---xeberlerdi..ellerinize saliq...TWK

Elvin007

  • 11 yanvar 2012 20:42
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
[color=#3333FF][/color]eber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

.♣.Chrysalis.♣.

  • 11 yanvar 2012 20:27
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
MEN NECE ILDIRKI HER SEYI UREYIMDE SAXLAYIRAM HEC NEYI HEC KIMEDE DEMIREM.CEKINIREM DEMEKDEN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

... Deryam ...

  • 11 yanvar 2012 19:31
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
recourse Hər zaman hər şeyi içində saxlamaq olmur, insanı o qədər bezdirirlər ki, ən yaxının olsa belə həmin an reaksiya verməsən gərək ciddi bir hadisə ola , mən ya ağlayıram heç kim görmür , ya da ki yenə də susurammmmmmmmmmm ................
anlamayana nəyisə anlatmaq daşa nəyisə başa salmaq kimi bir işdir.....................

--------------------

KaYfA_SuRgUn

  • 11 yanvar 2012 18:49
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
MARAQLIDIR COX GOZELDIR THANKS

--------------------

generation

  • 11 yanvar 2012 18:46
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tthhhaaannkkss

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Ku-ku

  • 11 yanvar 2012 18:25
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
* Söylədiyimizdə dəyişən bir şey olmayacaq ya da tamamilə itirməkdən qorxarıq.
Buna görə ən çox söyləmək istədiyimiz şeyləri içimizə atarıq.
"Deyiləcək o qədər çox şey vardı ki, tək söz belə edə bilmədim"
deyərkən izah edilən vəziyyətdir bəzən də.

--------------------

Okush

  • 11 yanvar 2012 18:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli idi eziyyete gore tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 55
Cəmi: 73

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}