Hicablı dilənçi qız və indiki gənclərimiz

 
Hicablı dilənçi qız və indiki gənclərimiz


Bu yaxınlarda metronun 20 Yanvar stansiyasının yaxınlığında dayanacaqda dayanıb, avtobus gözlərkən, qəribə bir mənzərəylə rastlaşdım. Hansı ki, bu mənzərə cəmiyyətimizin ən böyük və aradan qaldıra bilmədiyimiz problemlərindən biridir. Bu gün bu problemi sizlərə nəql etməklə yanaşı Azərbaycan gəncinin bu günkü düşüncə tərzindən də söz açacağıq.

Dayancaqda durduğum bir neçə dəqiqə ərzində 9 – 10 yaşlı, əyninə uzun ətək geymiş, başına hicab bağlamış, lakin ağzındakı saqqızı tez – tez püskürdərək partladan, gödəkçəsinin cibini tərpədərək (deyəsən cibində qəpik pullar var idi - Z), şaqqıldadan qız uşağının bir neçə avtobusa minməyə cəhd etdiyini, lakin sürücülərin nəlayiq söyüşlərlə bu uşağı təhqir edib, düşürdüklərini gördüm. Bir vətəndaş olaraq, az yaşlı qız uşağına deyilən nəlayiq söyüşlər məni narahat etməyə bilməzdi. Balaca qızcığaza yaxınlaşaraq: - Sizi nədən avtobusa minməyə qoymurlar, - dedim. Qızcığaz üzümə tərs – tərs baxaraq ağzındakı saqqızı püskürüb, partladandan sonra belə cavab verdi:

- Sənə nə var ədə?! Get, işinlə məşğul ol da...

Qızcığazın sözləri içimdən məni qıcıqlandırsa da: “Nəhlət sənə kor şeytan” – deyib, sakit səslə:

- Ay canım, adam özündən böyüylə də beləmi danışar, - Dedim

Qız yenə də eyni minvalla cavab verdi:

- Bah, gözüm aydın, böyük olub, neyləmisən ki?.. Ədə, bu dəqiqə nə qədər sənə ağır söz deməmişəm, sürüş burdan...

Mən artıq anladım ki, bu balaca qızcığaz valideyn himayəsindən və tərbiyyəsindən kənar düşən bir dilənçidir. Odur ki, onunla bir az da mülayim rəftar edib, cibimdən bir manat çıxarıb, ona uzatdım ki, danışdıra bilim. Qız manatı görüb gözləri dörd açıldı, pulu əlimdən dartıb, cibinə qoydu: - Əmi,Allah sənin canını sağ eləsin, ürəyində nə arzun varsa, həyata keçsin. Allah balalarını saxlasın, - dedikdə, onun sözünü kəsib: - Mənim balam – zadım yoxdu. Sən mənə de görüm, sənin ailən var, - deyə sual etdim. Bir anlıq qızcığazın üzünün ifadəsi yenidən dəyişərək, bayaqkı halına qayıtsa da, sonradan nə düşündüsə, üzünə yenidən yazıq ifadəsi verərək, cavab verdi. Düzü, bu az yaşlı qızın bayaqdan bir neçə dəfə üz ifadələrini dəyişməsi məni təəccübləndirmişdi.

- Əmi, məndən iki yaş balaca bir qardaşım var (bu arada özünün 12 yaşında olduğunu qeyd edir - Z), anamız rəhmətə gedib. Atam da özünə təzə arvad alıb, bizə baxmaq üçün evdə qoyub, Ursyetə gedib. Təzə anamızda gündə qardaşımla məni döyərək, evə pul gətirməyimizi tələb edir. Nə etməliyik, gedib pozğunluq (Bu yerdə qeyd edim ki, qızcığaz “pozqunluq” sözünü elə kobud tərzdə dedi ki, bu üzdən də onu bura yazmaq istəməyib, bu sözlə əvəz etdim - Z) etməkdənsə, dilənib, aprıb o, ifritəyə veririk ki, bizimlə işi olmasın.

Balaca qızcığaz onu da qeyd etdi ki, artıq bir ilə yaxındır ki, atasının üzünü görmür. Amma dediyinə görə hər ay analığına pul yollayır. Mənim: - Atanıza, analığınızın başınıza açdığı oyunlar barədə məlumat vermisinizmi, - sualıma balaca qızcığaz: - Kül onun da başına, bəgəm, bizə qulaq asır? Deyir, anovuz nə dedi, sözünə qulaq asın. Biz də nə edək, qulaq asırıq da... - deyə cavab verdi. Adını deməməyə israr edən bu balaca qızcığazdan nə qədər məni evlərinə aparmağı rica etsəm də, dinləməyib, dayanacaqda duran avtobusların birinin arxa qapısından oğlan cəldliyi ilə atılıb, içəri keçərək, getdi.

Bu gün şəhərin hansı tərəfinə yön alsaq, bu balaca qızcığazlarla və oğlan uşaqlarıyla çox raslaşacağıq. Bu bizim ağrılı yerimizdir ki, bu yaşda uşaq oxuyub, təhsil almaq əvəzinə, çöllərə düşüb, dilənməklə məşğuldu və onun gələcək taleyi nəinki valideynlərini heç kimi düşündürmür. Bununla da gələcək Azərbaycan gəncinin həyatını qaraltmış oluruq. Bu gün orta məktəbdə oxumayıb, təhsil almayan, valideyn himayəsindən məhrum olan bir uşağa hansı milli ruhu, vətənpərvərliyi aşılaya bilərik?! Azyaşlı uşaqların təhsil almaq əvəzinə dilənçilik etməsinə görə kimdir günahkar?! Günahkarları sadalayası olsaq, uzun çəkəcək. Əslində günah işlədən də, bu günaha sövq edənlər də göz önündədirlər.

Bir az da Azərbaycan gəncliyinin bu günündən söz açmaq istəyirəm. Əsas problemlərimizdən biri də budur ki, müasir Azərbaycan gəncliyinin əksəriyyəti milli mentalitetimizi, milli mənliyimizi, bizim avropalı yox, bir şərqli olduğumuzu unutmaq üzrədir və bəlkə də daha doğrusu unudub. Bu yaxınlarda “facebook” şəbəkəsində dostlarla milli dəyərlərimizin müzakirəsi zamanı biri, dəyərlərimizi müdafiə etdiyim üçün məni istedadsız və “kolxoz” adlandırdı. Özünü isə “feminist” kimi qələmə verərək, dəyərləri, milli mentaliteti qəbul etmədiyini bildirdi. Bu gün həmin gənc kimi neçə - neçə gənclərimizin də mövcud olduğu problemidir ki, mən yenidən bu mövzunu da qabartmaq qərarına gəldim. Bəzi avropa adını eşidib, özünü görməyən gənclərimiz var ki, “avropalaşmağı” dəyərlərini, dilini danmaqla təsəvvür edirlər. Amma daha anlamırlar ki, avropanın özü də mədəniyyəti məhz şərqdən öyrənib. Düşünürəm ki, hansısa başqa bir millətin mədəniyyətini təbliğ edən bir insan öncə öz millətinin tarixini, mədəniyyətini o qədər mükəmməl bilməlidi ki, daha sonra hansısa özgə bir millətin mədəniyyətini öyrənib, həmin mədəniyyətdən pis nümunələri yox, yaxşı bir nümunələri bizim üçün örnək gətirməlidir. Amma təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün öz tariximizi, mədəniyyətimizi bilməyən gənclərimiz var ki, özlərini “avropalı” kimi göstərərək, kənardan baxanlar üçün çox mənfi imic yaradırlar. Əsası da odur ki, bu gənclərin əksəriyyəti Biləcəridən o yana keçməyib. Sadəcə efirdə gördüklərinə və eşitdiklərinə əsaslanaraq, hərəkət edirlər. Bununla yanaşı bəzi “avropalı” gənclərimiz də var ki, ümumiyyətlə ana dilindən imtina ediblər, ana dilində danışanlara da “çuşqa” deyirlər. Amma daha anlamırlar ki, “çuşqanın” yekəsi özləridir ki, müqəddəs ana dilindən imtina ediblər. Düşünürəm ki, geni saf olan bir insan belə ola bilməz. Mən öz doğma ana dilini, milli dəyərlərini danan, “avropa” dəyərlərinə söykənən gənclərin qanına şübhəylə yanaşıram. Bu gün erməni bizim başlıca düşmənimiz olmaqla yanaşı, ermənidən də təhlükəli və qorxunc düşmənlərimiz mövcuddur. Məncə həmin bu düşmənlərin sırasına “avropalı” gənclərimizi də əlavə etmək olar. Çünki bu gün Azərbaycan torpaqları işğal altında olan bir dövlətdir. Bu məqamda bizim üzərimizə düşən əsas yüklərdən biri də budur ki, gənclərimizdə milli dəyərlərimizə dilimizə qarşı məhəbbət oyadaq. Amma bunu nə dərəcə bacarırıq?! Deyim ki, bu yöndə işlərimiz çox zəifdir. Hər hansı bir orta məktəb şagirdinə və ya universitet tələbəsinə yaxınlaşıb, Sovet hökumətinin Qələbə gününü soruşsaq, dərhal: - 9 May, - cavabını verəcəkdir. Amma ardınca Şuşanın işğal gününü soruşacağıqsa, gözlərini döyüb, baxacaqlar. Bu da o demək deyil ki, həmin gəncə bu barədə məlumat verilməyib. Verilib, hətta orta məktəb kitablarının hər birinin üz qabığının iç hissəsində “QAN YADDAŞIMIZ” başlıqlı işğal olan torpaqlarımızın tarixləriylə düzülmüş siyahısı var. Sadəcə bu günkü Azərbaycan gəncliyinin əksəriyyətini Qarabağ yox, televiziya kanallarında yayımlanan şou – proqramlar və peyk antennasıyla yayımlanan əxlaqsız seriyallar düşündürür. Bu vəziyyət bu gün Azərbaycanda kütləvi hal alıb və buna heç bir ictimai qınaq yoxdur. Keçmişə nəzər salarıqsa, bu gün ictimai qınağın çox zəif və demək olar ki, olmadığının şahidi olarıq. Qarabağ boyda dərdi olan bir millətin televiziyaları şou – proqramlar yayımlamaq əvəzinə, Qarabağla bağlı sənədli və bədii filmlər yayımlamış olsaydılar, daha yaxşı olardı. Bu təklifi onların özünə etdikdə: - Biz xalqın tələbatına uyğun verlişlər yayımlayırıq, - deyə cavab verirlər. Amma tamamilə yalan danışırlar. Çünki bu gün Qarabağla bağlı heç bir istər sənədli, istərsə də bədii filmə sponsurluq edən yoxdur. Çünki sponsuru da verdiyi pulun dəyərini geri götürmək maraqlandırır. Elə düşünür ki, Qarabağla bağlı bir verlişə sponsurluq etməkdənsə, hansısa şou xarakterli bir verlişə sponsurluq edib, pul buraxsa, daha əlverişli ola bilər. Bununla da Azərbaycan tamaşaçısının zövqünü korlayırlar. Bu üzdən də mən günahı tamaşaçıda yox, müəyyən imkanlı şəxslərdə görürəm ki, onlar Qarabağ uğrunda öz aşıb – daşan pullarından istifadə etmirlər. Bununla da sanki dildə yox, əməldə “BİZ QARABAĞI İSTƏMİRİK” – deyirlər.

Bu yaxınlarda Şuşa adlı bir hekayəm geniş oxucu auditoriyası olan internet saytların birində dərc olunmuşdu. Həmin hekayəyə bir neçə oxucu şərhləri aldım. Onların arasında Günay Muradova adlı bir oxucu: - “Sizin işiniz – gücünüz yoxdur, qarabağlılar qalıb bir kənara, siz Qarabağ dərdi çəkirsiniz” – deyə yazırdı. Bax, bu gün bizim ən böyük faciələrimizdən biri də içimizdə olan regionçuluq hissidi ki, zaman – zaman torpaqlarımızı itirə - itirə gələrik və bu gün də geniş dünya arenasında Qarabağın bizim olmasıyla bağlı heç bir əsaslı sübut gətirə bilmirik. Çünki bizim içimizdə milli ruh kəsadlığı, regionçuluq və manqurtluq xəstəliyi var. Bu kimi düşünən insanlar anlamırlar ki, Azərbaycan dörd divardan ibarət olan bir evdir. Bu evin üç divarı artıq sökülüb. Bu gün bir divar üzərində ayaqda qalan evimizin üç divarını bərpa etməsək, sabah bir divarımız da uçulub dağılacaqdır. Bu üç divarın bərpası isə ümumxalq şəkilində olmalıdır. Nə yazıq ki, xalqımızın bəzi geninə şübhə etdiyim şəxsləri bunu anlamırlar ki, Qarabağı istəməyən, Bakını, Şəkini, Gəncəni də istəməyəcəkdir. Yeganə millətik ki, “Haralısan?” ifadəsini işlədirik. Amma düşmənimiz olan ermənilər üçün bizim bakılı, şəkili, qarabağlı olmamız yox, azərbaycanlı olmamız maraqlıdır. Biz isə vahid Azərbaycan ətrafında birləşib, düşmənlərimizə qarşı vuruşa bilmirik. Mən bunu bir faciə adlandırıram. Bu faciənin qarşını almaq üçün yenə də ümumxalq şəkilində mübarizə aparmalıyıq. Bir filosof deyir: “Bir milləti məhv edib, yer üzündən silmək istəyirsənsə, həmin millətin dilini əlindən al”. Düşünürəm ki, ilk mübarizəmiz Azərbaycada, Azərbaycan dilində danışaq olmalıdı. Bu gün zənnimcə bizim millətə bu qədər azadlıq gərək deyil. Çünki müəyyən insanlar bu azadlıqdan xalqımızın, dövlətimizin, milli dəyərlərimizin əleyhinə istifadə edirlər. Əgər biz dilimiz ətrafında bir az senzura yaradarıqsa, o zaman insanlarımızın da özünə qayıtymasına səbəb ola bilərik. Nəyə görə axı Azərbaycanda yaşayan rus, ingilis, alman mənim vətənimdə yaşaya – yaşaya, çörəyimi yeyib, suyumu içib, havamdan uda – uda mənim dilimi öyrənmir, amma mən onunla danışmaqdan yana onun dilini öyrənirəm?! Niyə, axı biz öz ölkəmizdə ana dilimizdə danışaraq, onları da məcbur etmirik ki, bizim dilimizi öyrənsinlər?! Niyə axı, niyə?! Bu yerdə rəhmətlik şairimiz, əsl vətəndaş, dilini, millətini sevən Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini xatırlamasaq, günah olar.

Qalxıb şah dağına söz istəyirəm,

Çatsın hay – harayım dinləyənlərə.

Mən nankor deyirəm, nacins deyirəm,

Öz ana dilini bilməyənlərə.


Gerçəkdən də öz ana dilini bilməyən birinə nacinsdən başqa bir ad vermək olmaz. Yuxarıda da qeyd etdiyim kimi belə insanlar çox təhlükəli düşmənlərdilər. Bu düşmənlər sərhəddə pusquda duran erməni əsgərindən də təhlükəlidirlər. Çünki bunlar öz içimizdən müstəqilliyimizə, dövlətçiliyimizə, dəyərlərimizə balta sancanlardı. Amma bütün bu fikirlərimə son olaraq onu da əlavə edim ki, mən heç də xarici dilin öyrənilməsinin əleyhinə deyiləm. Çünki düşmənə qalib gəlmək üçün onun dilini ondan da mükəmməl səviyyədə bilmək gərəkdir. Ən azından biz ingilis, rus dillərini mükəmməl səviyyədə öyrənərək, xaricə səfərlərimiz zamanı öz sözümüzü xarici vətəndaşlar arasında da deyib, dərdimizi anlada bilərik. Amma bu o demək deyil ki, biz bu dilləri öz vətənimizdə danışıq dili kimi istifadə edək. Hansı xarici bir ölkədə görmüsünüz ki, öz ana dilləri dura – dura başqa bir dildə danışalar?! Cavab olaraq deyim ki, bu hal Azərbaycandan başqa heç bir ölkədə yoxdur. Hansı ölkəyə səfər edəriksə, məcburuq ki, onların dilini öyrənək. Çünki onların insanları başqa dilləri bilsələr də danışıqda ana dillərindən istifadə edirlər. Yeganə bizik ki, yuxarıda da vurğuladığım kimi şəhərdə gördüyümüz rusla, rus dilində, ingilislə də ingilis dilində danışırıq. Bu üzdən də ölkəmizdə qonaq olan əcnəbilərdə də dilimizə maraq oyada bilmirik. Çünkü hələ heç özümüzdə dilimizə qarşı maraq oyanmayıb. Zəngin və şirin dili olduğu təqdirdə ən böyük günahkarlar bəzi evlərində əcnəbi dildə danışan valideynlər və dilimizi şagirdə, tələbəyə sevdirməyi bacarmayan müəllimlərdi ki, bu gün bəzi “avropalı” gənclərimiz ana dilində danışmır, danışanlara isə “çüşqa” deyə müraciət edirlər. Bunla da Ana dilini unudub, əcnəbi millətin dili zənn edirlər.

10 Oktyabr 2010

Bakı şəhəri
.


Geri dön

nilayka

  • 3 may 2011 20:37
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
smile

--------------------

Ulya

  • 22 oktyabr 2010 12:02
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
super yazidi.ellerine sagliq

Azeri_Gozeli

  • 21 oktyabr 2010 13:44
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------

Afran007

  • 21 oktyabr 2010 12:55
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Cox elaa movzudu twkrler

Milawka

  • 21 oktyabr 2010 11:58
  • Məqalə: 75
  • Şərh: 580
  • Bal:
{awards}
SADECE 1 SOZ DICEM ELLERINE SALIK COOOX TEESSUFLER OLSUN KI BU YAZDIGLARIN BU GUN BIZIM VETENIMIZDE YAWANIR

MiYasKa KrEoZi

  • 21 oktyabr 2010 01:25
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
TeshEkkuRLer maRaqLI xebERe gOre fellow

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}