Bilirdim gəLəcəksən

 
Bilirdim gəLəcəksən

Heç vaxt qayıtmadım.Nə küsdüyüm dostlara, nə ayrıldığım sevgililərə, nə vaxtilə sevmədiyim kitablara, nə də dəbdən düşüb deyə nə vaxtsa sevdiyim mahnılara- heç kimə və heç nəyə heç vaxt qayıtmadım.
Mən biletləri həmişə birtərəfli aldım.
Həmişə "gedən" oldum, həmişə "vəfasız" oldum.
Geri dönmədim, heç vaxt geri dönmədim.
Arabir adamın içindən bütün qayıtmadıqlarına qayıtmaq keçir.
Bəzən az-az çəkdirdiyim şəkilllərə baxıram.
Unutduğum üzləri, adları xatırlayıram.
Bəzisinə gülürəm, bəzisinə kövrəlirəm...
Bəzisini yırtmaq istəsəm də, bəzisinə qayıtmaq istəyirəm...
Arada mənə elə gəlir ki, nə vaxtsa sevgilim olmuş bir qız və ya "qardaşım" dediyim bir dost bu şəkillərdən hansındasa DELETE olunub.Bu şəkillərin yarımçıq hissəsindəki o sevgililər, dostlar arada elə bil ki, hardansa uzaq keçmişdən nəsə deyirlər.
Amma mən uzaqlığın və yadlığın dilini bilmirəm.
Qayıtmaq...
Məsələn, birinci kursa...
Məsələn, bir il əvvələ...
Məsələn, dünənə...
Amma keçmişdəkilər sən qayıdanda sənin onları orda qoyduğun kimi olmaya da bilərlər.
Nə bilmək olar.
Bilmirsən ki, keçmiş sənin qayıtmağına minnətdar olacaqmı ?
Üzünə güləcəkmi ?
"Gəlişini gözləyirdim" -deyəcəkmi ?
Yadıma nəsə düşdü...
Savaşın ən qanlı günlərindən biri...
Əsgər ən yaxın dostunun bir az irəlidə vurulduğunu gördü.
Güllə yağışı yağırdı.
Əsgər komandirin yanına qaçdı və dedi :
-Icazə verin, gedim dostumu gətirim.
- Getməyə dəyər, səncə ? Dostunu vurublar... Yəqin ki, artıq ölüb.Öz həyatını təhlükəyə atma.
Əsgər israr elədi.
"Yaxşı, get"- dedi komandir.
Möcüzə baş verdi.Əsgər o güllə yağışının altında dostuna çatdı və onu götürüb səngərə qayıtdı. Birgə səngərin içinə yuvarlandılar.
Komandir qan içindəki əsgəri yoxladı.Sonra onu səngərə daşıyan dostuna döndü və dedi :
- Sənə həyatını təhlükəyə atmağa dəyməz, demişdim.Bu, onsuz da ölüb.
- Dəydi, cənab komandir, dəydi.
- Necə yəni dəydi ? Görmürsən bu ölüb ?
- Yenə də dəydi.Çünki onun yanına çatanda hələ sağıydı.Onun son sözünü eşitmək mənim üçün hər şey idi.
- Nə dedi ki ? Vəsiyyət-filan elədi ?
- Yox.Vəsiyyət filan eləmədi.Sadəcə dedi ki, bilirdim... bilirdim ki, gələcəksən.
Bəzən adam qayıtmaq istəyir.
Qayıtmaq istəyir saqqız çeynədiyi, şəkillər yığdığı, söyüş öyrəndiyi, gizli siqaret çəkdiyi, məhlədən qız sevdiyi, ayaqqabısı mazlı, saçı jeleli günlərə...
Qayıtmaq istəyirsən bir dostun qəlbini qırdığın anı düzəltməyə, sevgilini öpdüyün günə, bir filmə baxıb ağlamağı bacardığın qədər adam olduğun illərə...
Bəlkə də kimsə o illərin, günlərin hansındasa və harasındasa dayanıb səni gözləyir.
Səni görən kimi gülümsəyib deyəcək : "Qismət, bilirdim gələcəksən..."

Müəllif: Hafiz HACXALIL


Geri dön

Elvin007

  • 12 yanvar 2012 21:20
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
Xeber ucun sagol yeri var!=))[color=#000099][/color]

Xeber ucun sagol yeri var!=))[color=#000099][/color]

--------------------
▼►►Proqramming◄◄▼

generation

  • 12 yanvar 2012 21:10
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
superdir tewekkurler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Elturk

  • 12 yanvar 2012 18:47
  • Məqalə: 16
  • Şərh: 59
  • Bal:
{awards}
Dost qədrini hər kəs bilmir. Qızla oğlanın dostluğu tarix boyu olmuyub olmayacaq! bir qızın qardaşından başqa heç kim ona qardaşlıq edə bilməz. Sevgili bir dənə olur sinəsində ürək daşıyanlarda. Və qeyrət olur ........ qeyrətin nə olduğunu anlayanlarda

--------------------
Bir işə min hümmətimiz var bizim!
Bax, necə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim;
Ay bərəkallah bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

Prank girl

  • 12 yanvar 2012 13:01
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Heç vaxt qayıtmadım.Nə küsdüyüm dostlara, nə ayrıldığım sevgililərə, nə vaxtilə sevmədiyim kitablara, nə də dəbdən düşüb deyə nə vaxtsa sevdiyim mahnılara- heç kimə və heç nəyə heç vaxt qayıtmadım.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Ku-ku

  • 12 yanvar 2012 12:16
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Üzünə güləcəkmi ?
"Gəlişini gözləyirdim" -deyəcəkmi ?
Yadıma nəsə düşdü...
Savaşın ən qanlı günlərindən biri...
Əsgər ən yaxın dostunun bir az irəlidə vurulduğunu gördü.

--------------------

tontonun anasi

  • 12 yanvar 2012 11:39
  • Məqalə: 214
  • Şərh: 2318
  • Bal:
{awards}
Bəzən az-az çəkdirdiyim şəkilllərə baxıram.
Unutduğum üzləri, adları xatırlayıram.
Bəzisinə gülürəm, bəzisinə kövrəlirəm...
Bəzisini yırtmaq istəsəm də, bəzisinə qayıtmaq istəyirəm...


coooooooox xowuma geldi oxudum bilmirem niye ama meni yaman kovreltdi tewekkur edirem

--------------------

Okush

  • 12 yanvar 2012 11:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli idi tesekkur

_Qismet_

  • 12 yanvar 2012 11:24
  • Məqalə: 798
  • Şərh: 799
  • Bal:
{awards}
ilk seh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}