Klassik Süngər Biskviti

 
Klassik Süngər Biskviti

Klassik Süngər Biskviti
Essentials of Baking, Williams-Sonoma kitabından adabtə edilmişdir

Qeyd: Qənnadçılar biskvit bişirəndə xüsusi metodla hazırlanan biskvit unundan istifadə edirlər. Mən sizə onun evdə hazırlanma qaydasını reseptdə izah edəcəyəm. Bu un biskviti yumuşaq və yüngül edir. Stəkan bir çay fincanı (servis çaşka kimi) qədər tutur.

1 stəkan biskvit unu (resepti aşağıda verilir)
5 ədəd iri yumurta - ağı sarısından ayırılmış - mütlər otaq temperatunda olmalıdırlar!
1 stəkan şəkər tozu
yarım çay qaşığı vanil ekstraktı (duru vanil)

Əvvəlcə biskvit ununu hazırlayın. Bunun üçün sizə adi əla növ buğda unu və qarğıdalı nişastası lazım olacaq (basqa nişastalar olmaz). Bir stəkan unu ölçün, sonra isə üstündən 2 xörək qaşığı un götürüb un qabınıza geri qoyun. Bu 2 xörək qaşığı un sizə lazım olmayacaq. Qalan una 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edin. Sonra un və nişasta qarışığını ən az 5 dəfə ələyin. Nə qədər çox ələsəniz, biskvit ununuz o qədər yüngül olacaq və nəticədə biskvitiniz də elə olacaq. Beləliklə 1 stəkan biskvit ununuz hazırdır. Kənara qoyun.

Sobanı 180C-dək qızdırın. Biskvit mütləq qızdırılmış sobada bişməlidir!

Diyametri 23 sm olan yumru biskvit formasının dibini və kənarlarını yağlayın. Formanın dibinə eyni diyametrdə kəsilmiş perqament kağızı sərin. Perqament kağızını da yağlayın. Sonra isə formanın həm dibinə, həm kənarlarına bir az un səpin. Artıq gələn unu formanı silkələyərək boşaldın. Formanı kənara qoyun.

İri dərin qabda yumurta sarılarıyla yarım stəkan şəkər tozunu mikserlə kütlənin rəngi açılanadək və kütlə qatılaşanadək çalın, təxminən 5 dəqiqə. Vanil ekstraktını əlavə edib qarışdırın. Kənara qoyun.

Ayrı iri qabda yumurta ağlarını orta-yüksək sürətə qurulu mikserlə yumuşaq köpüklər əmələ gələnə və kütlə üç qat artanadək çalın. Sonra isə yavaş-yavaş qalan yarım stəkan şəkər tozunu buraya əlavə edib, köpüklər bərkiyənədək çalın. Kütlənin hazır olub olmadığını belə yoxlayın - Qabı alt-üst tutun. Əgər kütlə tökülmürsə və qaba yapışıbsa, ağlar hazırdır.

İndi isə rezin spatula (qənnadı yastı qaşıq) və ya taxta qaşıqla ağların üçdə bir hissəsini sarılara əlavə edib, yavaşca qarışdırın. Sonra biskvit ununun yarısını da əlavə edib qarışdırın (MİKSERLƏ DEYİL!). Sonra ağların üçdə bir hissəsini də əlavə edib qarışdırın. Qalan unu da əlavə edib qarışdırın. Axırda isə qalan ağları əlavə edib kütlələr bir birinə yaxşı yedirilənədək qarışdırın. Qarışdırmağı sərt hərəkətlə deyil, yumuşaq hərəkətlə edin. Çox qarışdırmayın, yoxsa şişi yatar.
Alınan kütləni formaya töküb, üstünü hamarlayın. Sobanın orta yerində təxminən 20-30 dəqiqə bişirin. Hazır biskvitin üstünə barmağınızla basdığınızda, biskvit geti qalxmalıdır. Kibritlə biskvitin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz olmalıdır. Deməli biskvitiniz hazırdır. Sobadan çıxardın.
Çıxardan kimi, formanın kənarı boyu bıçağ gəzdirin ki, biskvit formadan ayrılsın. Sonra isə biskviti soyuma telinə endərin (şəkildə gördüyünüz tel). Perqament kağızını soyub çıxardın. Sonra biskvitini çevirin. Biskvit tortlarda istifadə edilmədən əvvəl tamamilə soyumalıdır. Soyumuş biskviti büküb otaq hərarətində 2 gün saxlaya bilərsiniz, buzluqda isə 2 həftə.


Geri dön

✰Dгeaм✰

  • 21 yanvar 2012 20:55
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Dadlidir.Sagol.Deneyecem.Tesekkurler.

LoNeLy_AngeL

  • 19 yanvar 2012 17:26
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
beh beh dadli gorunur...

ЛаЛыЧкА

  • 15 yanvar 2012 18:09
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
sadelik gozellikdir))))

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

.♣.Chrysalis.♣.

  • 14 yanvar 2012 14:17
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
ehh nus olsun bisirenlere

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

generation

  • 13 yanvar 2012 14:35
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore tewekkruelr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_SVETLANA_777_

  • 13 yanvar 2012 13:34
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
nus olsun)))

--------------------
<p></p>

_ROCK_STAR_

  • 13 yanvar 2012 13:08
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
qesey gorsenir hazirlayacam resepde gore twk

J ♥ S

  • 13 yanvar 2012 11:58
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
J & S ∞♥....

Elvin007

  • 13 yanvar 2012 11:55
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Ezyete gore Thank!

--------------------
▼►►Proqramming◄◄▼

Ku-ku

  • 13 yanvar 2012 11:30
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
twk recepti goturdum

--------------------

Okush

  • 13 yanvar 2012 11:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meselehetinize gore tesekkur

tontonun anasi

  • 13 yanvar 2012 11:04
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
MEN BUNU HAZIRLIYA VILIREM TEWEKKURLER

--------------------

Delya_91

  • 13 yanvar 2012 10:48
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
ne dadli gorunur,lap biskivit istedim e

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

KaYfA_SuRgUn

  • 13 yanvar 2012 10:45
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
COX GOZELDRI TESEKKURLER XOSUMA GELDI smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 62
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}