“Pavlova” Tortu

 
“Pavlova” Tortu

“Pavlova” Tortu

8 pay üçün

Tortun hazırlanma qaydasını AZRU TV-də izləyə bilərsiniz.

Bizeni hazırlamaq üçün:
4 ədəd iri yumurtanın ağı (otaq tempraturunda olmalı və qətiyyən soyuq olmamalıdır!)
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı qarğıdalı nişastası
1 fincan / 190 qr rafinə edilmiş – xırdalanmış şəkər tozu /əgər yoxdursa o zaman mətbəx kombaynında xıradalamq olar,lakin şəkər pudrasına çevrilməməlidir/
Yarım çay qaşığı tam vanil ekstraktı

Krem üçün:
Yağlılığı 35-40% olan 300 ml qaymaq /mütləq soyuq olmalıdır/
1 çay qaşığı şəkər tozu

Üzərini bəzəmək üçün:
Qarışıq giləmeyvələrdən təzə moruq və qaragilə, nanə yarpağı və şəkər pudrası.

Hazırlanması:

Soba 100 C dərəcə tempraturda qızdırılır. Bize bişiriləcək list /tava/ sobanın orta rəfində yerləşdirilir.

Böyük,təmiz və quru qabın içərisinə yumurtanın ağı tökülür,köpüklənənədək orta sürətlə mikser vasitəsiylə çalınır.
Üzərinə alma sirkəsi və qarğıdalı nişastası əlavə edilir. Təxminən 3 dəqiqə ərzində yumşaq köpük qalxana kimi yenidən çalınır.
Şəkər tozu az –az, hər dəfə 1 qaşıq tökülməklə əlavə edilir və kütlə bərkiyənəcən daha 5 dəqiqə çalınır. Kütlənin hazır olub-olmadığını bilmək üçün mikserin çəlgəlləriylə kütlədən bir qədər götürülür,əgər qarışıq axmırsa və bərk vəziyyətdə miskerin çəngəlində qalırsa deməli hazır hesab olunur. Sonda vanil ekstraktı əlavə edilib kütləyə qarışdırılır.
Listin /tavanın/ üzərinə perqament kağızı yerləşdirilir. 25 sm diametrlik boşqabın ağız hissəsi perqament kağızının üzərinə qoyulub qələmlə dairə çəkilir. Kağızı o biri üzünə çevrilməlidir. Alınmış dairəvi forma bize üçün lazım olacaq. Belə ki, hazır bize kütləsi qaşıqla götürüb səliqəylə perqament kağızının üzərinə həmin dairə formasınca yayılmalıdır. Orta hissə isə bir qədər çökək olmalıdır. Çünki sonradan bizenin ortasına krem qoyulacaq.
Qapağı açılmadan ,1 saat 40 dəqiqə ərzində bize bərkiyənədək bişirilməlidir. Yadda saxlamaq lazımdır ki- bizenin rəngi ağ olmalıdır! Bize bişdikdən sonra soba söndürülür və qapağı açılmadan heç olmasa 2 saat tam soyuyanadək bize sobada qalmalıdır. Bişmiş bizenin üzəri kövrək, içərisi zefir kimi yumşaq olur.

Sonra bizeni sobadan çıxarıb səliqə ilə perqament kağızından ayırmaq və altlıqlı lövhə sini /podstavka/ üzərinə qoymaq lazımdır.

Bu arada, krem hazırlamaq üçün orta ölçülü qabda qaymaq və şəkər tozu qatılaşana kimi mikserlə çalınır. Hazır krem qaşıqla bizenin ortasına eyni bərabərlikdə əlavə olunur. Üzərinə qarışıq giləmeyvələr- moruq və qaragilə qoyulur, nanə yarpağı ilə bəzədilir. Meyvələrin üzərinə az miqdarda şəkər pudrası səpilir.

Diqqət! Tort hazırlanandan dərhal sonra sevris edilməlidir. Çünki çox qalıdıqda bize üzərindəki kremin təsirindən sovrulur və kəsdikdə isə büzüşəcək.


Geri dön

LoNeLy_AngeL

  • 19 yanvar 2012 17:25
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
nese elede yaxshi gorunmur,pis gorunur..goresen nece olar?)

ЛаЛыЧкА

  • 15 yanvar 2012 18:07
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
qeweng gorunurr winked

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

.♣.Chrysalis.♣.

  • 14 yanvar 2012 14:14
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
beh beh ..........

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

generation

  • 13 yanvar 2012 14:30
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tewekkruelr suoer

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_SVETLANA_777_

  • 13 yanvar 2012 13:33
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
nus olsun hamiviza )))

--------------------
<p></p>

_ROCK_STAR_

  • 13 yanvar 2012 13:07
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
yemiwwem bu tortdan chox dadlidir tesekkurler

Elvin007

  • 13 yanvar 2012 11:51
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Xeber ucun sagol dadli idi!

--------------------
▼►►Proqramming◄◄▼

J ♥ S

  • 13 yanvar 2012 11:49
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
J & S ∞♥....

tontonun anasi

  • 13 yanvar 2012 11:43
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
TEWEKKURLER DADLI GORUNUR

--------------------

Okush

  • 13 yanvar 2012 11:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox sagolun qeseng gorunur. amma menlik deyil

Ku-ku

  • 13 yanvar 2012 11:27
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
tewekkurler hazirlamaga caliwaram

--------------------

Delya_91

  • 13 yanvar 2012 10:50
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
ee bugun ne olub e,dadli xeberler gorurem(((

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}