Həzrət Süleyman (ə)

 
Həzrət Süleyman (ə)

Allah-təala Davuda Süleyman adlı bir övlad əta etdi. Süleyman atasının yanında böyüdü. Ata övladına gözəl əxlaq öyrətdi. Onu ibadət, xeyirxahlıq və Allaha şükr yolunda tərbiyə etdi.
Süleyman böyüdü və yeniyetmə yaşına çatdı. O, ağıllı və imanlı bir cavan oldu. Allah-təala Süleymanın üstünlüyünü göstərmək istədi. İstədi insanlara çatdırsın ki, o, atası Davudun varisidir.
Bir gecə camaat yuxuda rahat yatmışdılar. Əkinçilər və bütün çobanlar yuxuda idilər. Bir qoyun sürüsü öz tövləsindən çıxıb, üzüm tarlasına tərəf getdi. Qoyunlar üzüm salxımlarını yeyib, əkin sahələrini dağıtdılar.
Səhər vaxtı üzümlərin sahibi yuxudan oyanıb, bağa və öz üzüm tarlasına tərəf gedərkən qoyunlar hələ tarladaydılar. Kişi qəzəbləndi. Üzünü qoyunların sahibinə tutdu və qoyunları tarlanı otladıqları üçün onu ittiham etdi. Bununla da onların arasında ziddiyyət və qarşıdurma yarandı. Qoyunların sahibi dedi:
-Peyğəmbərin yanına gedərik və ondan bizim aramızda hökm etməsini istəyərik.
Tarla sahibi yolda qoyunların sahibinə dedi:
-Sən öz qoyunlarını saxlamalısan ki, istədikləri yerə gedib, otlamasınlar.
Qoyunların sahibi dedi:
-Sən də gərək öz tarlanı qoruyasan.
Tarla sahibi dedi:
-Mən yalnız gündüzlər tarlanı qoruya bilirəm. Amma, gecələr heç kəs qoyunlarını otlağa aparmır.
O anda Davudun sarayına çatdılar. Peyğəmbər camaat arasında qəzavət və hakimlik üçün oturmuşdu. Növbə üzümlərin sahibinə çatdı. O, Davudun yanına gəldi və hadisəni o həzrətə söylədi. Davud macəraya qulaq asdı. Bu məsələ barəsində öz hökmünü bəyan edib, buyurdu:
-Qoyunların sahibi öz qoyunlarını tarla sahibinə verməlidir. Çünki, qoyunları əkin tarlasına ziyan vurmuşlar.
Allah-təala Davud oğlu Süleymanın elm və biliyini aşkar edib, onu insanlara peyğəmbərin varisi kimi tanıtdırmaq istədi. Ona görə də Süleymanın qəlbinə yeni bir hökm ilham etdi. Süleyman atasına dedi:
-Ey Allahın peyğəmbəri! Bir incə və zərif hökm də var.

Həzrət Süleyman (ə)

Davud buyurdu:
-Oğlum! Nə hökm?
Süleyman dedi:
-Tarla sahibi qoyunları bir il müddətinə onların sahibindən alar və onların yunundan, südündən və balalarından istifadə edər. Qoyunların sahibi də tarlanı təhvil alar ki, qoyunlarının əkin sahələrinə vurduğu ziyanları düzəltsin.
Davud Süleymanın hökmünə sevindi və anladı ki, Allah-təala Süleymanın elm və biliyini insanlar üçün bəyan etmək istəyir və onlara anlatmaq istəyir ki, o, Davudun varisi və canişinidir. Ona görə də Davud Süleymanın hökmünü icra etdi. Həmin hökm o zaman eləcə icra olunurdu.
Davudun hakimiyyəti qırx il çəkdi. O, bu müddət ərzində Allahın fərmanları ilə hökm edirdi. Xeyir, bərəkət və əmin-amanlıq onun hakimiyyəti altında olan yerlərdə yayılmışdı. Davud özünü ölüm ərəfəsində gördükdə Süleymanı özünə varis və canişin elan etdi. Allah-təala Süleymanı onun nümayəndəliyinə seçdi. Çünki, Süleyman rəftar, əxlaq və insanpərvərliyində atası Davud kimi idi.
Süleyman ölkə idarəsinin və hakimiyyətinin məsuliyyətinə başlayanda imanlı bir cavan idi. O, öz ordusunun qüdrət və gücünü artırdı; Amma, başqa ölkələri işğal etmək və ölkəsini genişləndirmək üçün yox, Allah hökmlərini yerdə yaymaq üçün.
Süleyman peyğəmbərlik, elm, bilik və padşahlıq neməti ilə bəhrələnmişdi. Allah-təala Süleymanın təvazökarlığının və şükrünün artdığını gördükdə onun güc və qüdrətini də artırdı. Onun ölkəsinə xeyir-bərəkət bağışladı. Bu bərəkətlər hər yeri bürüdü. Allah-təala Süleymana ondan başqa heç kəsə əta etməyəcəyi nemətlər bəxş etdi. Çünki, o, Allaha şükr edirdi.
Allah-təala küləkləri onun ixtiyarına qoymuşdu. Onlara əsmək fərmanı verdikdə əsirdilər. Allah-təala cinləri də onun itaətinə gətirmişdi. Onlar həzrətin fərmanlarına əməl edirdilər. Cinlər dənizlərin diblərinə batmışdılar və oradan xəzinə, mirvari və mərcan çıxarırdılar. O həzrət üçün gözəl mə`bədlər düzəldirdilər.

Həzrət Süleyman (ə)

Süleyman bir hökumət bərpa etmək fikrində idi; Allaha iman gətirənlərin arxası olacaq bir dövlət. Ona görə də Allahdan istədi ki, elm və bilik sirlərini onun üçün açsın. Allah-təala elm və biliyin, quşların və heyvanlarının dilinin sirlərini ona öyrətdi. Ona görə də əkinçilik genişləndi. Sədlər düzəldildi. İnsan və cinlərdən ibarət olan böyük bir qoşun Süleymanın fərmanını yerinə yetirirdilər. Onlar Abnus taxtası, qızıl, fil sümüyü, yaqut, zümrüd və minlərlə qiymətli daşlar əldə etməklə əsrarəngiz gözəlliyə malik olan bir taxt düzəltdilər. Həmçinin qorxulu və taxt üstündə oturmuş iki şir və qanadlarını açmış iki kərkəs heykəli düzəltdilər.
Allah insan və heyvanı yaratmışdır. O hər şeyi yaradandır. Biz öz ətrafımıza baxdıqda çoxlu məxluq görürük. Kiçik məxluqlar bizim yaxınlığımızda yaşayırlar. Bəzi məxluqlar bizim yanımızdan ötdükdə hiss etmirik. Əgər diqqətlə baxmasaq, onları görə bilmərik. Məsələn qarışqa.
Qarışqalar ictimai şəkildə yaşayırlar. Onlar özləri bir millətdirlər. İşləyir, çalışıb-vuruşur və özlərini müdafiə edirlər. Onların yaşayışı nizam-intizam üzrə və əməklədir. Yayda yemək məhsullarını hazırlayıb, qışa saxlayırlar. Bu kiçik məxluqun Süleymanla eşitməli bir əhvalatı vardır:
Bir gün Süleyman öz ordusuna Allah yolunda mübarizə üçün sərkrdəlik edirdi. Ordunun yolu qarışqaların yaşadığı bir yerdən keçirdi. Atların dırnağının səsi yeri lərzəyə gətirmişdi. Qarışqalar adətləri üzrə orada fəaliyyətdə idilər. Onların bəziləri yeyinti məhsulları toplayır, bəziləri isə yuvaların içində işləyirdilər.
Orada kiçik bir qarışqa da işləyirdi. O birdən yerin titrədiyini hiss etdi. Bildi ki, Süleymanın qoşunu həmin yerə tərəf hərəkət edir. Qarışqa dayanıb, qışqırmağa başladı. O, qarışqalara xəbərdarlıq edərək dedi:
-Ey qarışqalar! Süleymanın ordusu yoldadır. Tez öz yuvalarınıza qayıdın. Yoxsa onun əsgərləri etinasız olaraq sizi ayaqları altında əzəcəklər.
Qarışqa ağacın başına çıxıb, üfüqə baxırdı. Bu zaman Süleyman və onun ordusu yaxınlaşdılar.
Süleyman o qarışqaya baxdı. Qarışqanın xəbərdar edən fəryad səsləri eşidilirdi.
Allah-təala Süleymana qarışqanın dilini öyrətmişdi. Ona görə də həzrət onun sözlərinə təbəssüm etdi. Həzrət öz miniyindən düşdü. Allaha səcdə edib, başını göyə qaldırdı və dedi:

Həzrət Süleyman (ə)

«İlahi! Mənə və ata anama bəxş etdiyin nemətlər üçün sənə şükrlər olsun! Mənə ilham və sənin razılığına səbəb olan saleh işlər görməkdə müvəffəqiyyət ver! Məni öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et!»
Süleyman fərman verdi ki, əsgərlər o yerə daxil olmayıb, başqa bir yolla getsinlər. Qarışqalar qorxu və dəhşət içində idilər. Çünki, onların yuvalarının çoxu atların dırnaqları və əsgərlərin ayaqları altında dağılacaqdı.
Amma, o qarışqa macəranı onlara xəbər verdi. Onlar sevinib, Allahdan Süleyman və onun ordusu üçün qələbə istədilər.
Süleymanın ordusu Allah yolunda mübarizə etmək üçün öz yolunu davam etdirdi. Qarışqalar qayıdaraq rahat və təhlükəsiz o yerdə işləməyə başladılar.
Süleymanın ordusu imanlı insanlardan təşkil olunmuşdu. İnsanlardan əlavə cinlər və quşlar da ona qulluq edirdilər. Məsələn, şanapipik quşu su tapmaq üçün onun ordusuna kömək edirdi.
Şanapipik quşu Allahın ona verdiyi hissiyyatla bilirdi ki, filan yerdə yerin altında su vardır. Ona görə də ora enirdi. Sonra isə işçilər gəlib, oranı qazır və su çıxarırdılar.
Bir gün həzrət Süleyman əsgərlərinə bir fərman verdi. İmanlı insanlar, cin və quşlar toplaşdılar. Həzrət öz böyük hakimiyyəti barəsində danışaraq buyurdu:
-Bütün bunlar Allahın hədiyyəsidir. Allah şükr edənlərə ruzi bəxş edir.
Allah quşların dilini bizə öyrətmişdir. O hər şeyi bizə əta etmişdir.
Bu zaman Süleyman gördü ki, hələ şanapipik gəlməmişdir. Şanapipikdən başqa bütün quşlar orada idilər.
Allahın peyğəmbəri soruşdu:
-Niyə şanapipiyi görmürəm? O deyəsən burada yoxdur.
Quşlar bir-birlərinə baxıb, öz-özlərinə dedilər:
-Şanapipik böyük bir səhvə yol vermişdir.
Süleyman buyurdu:
-Onu yaxşı tənbeh edəcək, ya da başını bədənindən ayıracağam. Amma, əgər olmamağının səbəbini ağlabatan bir üzrlə izah etsə işim olmayacaqdır.
Bir neçə gündən sonra şanapipik göründü. Quşlar baş verən hadisəni ona xəbər verdilər. Şanapipik öz canı üçün alim padşahın əzabındən qorxurdu.
Amma, doğrusu şanapipik harada idi? O, Süleymanın yanına gedərək hadisəni xəbər verəndə biz də məsələni öyrənəcəyik.
Şanapipik bildi ki, canı təhlükədədir. Əgər ağlabatan üzrü olmasa ölümlə hədələnmişdir.

Həzrət Süleyman (ə)

Şanapipik saraya tərəf uçdu. O, sarayın yaxınlığında yerə endi. Gözətçilərdən icazə alıb, saraya girdi.
O, başını aşağı salaraq gedirdi. Qanadlarını mərmər daşların üzəri ilə sürüyürdü. Bunların hamısı peşimançılıq və üzr əlaməti idi.
Allahın peyğəmbəri soruşdu:
- Şanapipik, harada idin?
Şanapipik başını qaldırdı. O öz həyəcanlı səfərinin macərasını Süleymana bəyan etdi:
-Mən Səba ölkəsinə getmişdim. Sənin üçün mühüm xəbərlər gətirmişəm. Böyük millət və bir ölkə gördüm. O ölkəyə bir qadın başçılıq edir. O, əzəmətli bir taxtın üzərində oturur.
Süleyman onun həyəcanlı xəbərlərinə qulaq asdı. Şanapipik dedi:
-O xanımın adı Bilqeysdir. Allahın əvəzinə günəşə səcdə edir. O tərəfin insanlarının hamısı günəşə ibadət edirlər. Həqiqətən Şeytan onları aldadıb, vəsvəsə etmişdir ki, guya günəş varlıq dünyasının mənbəyidir.
Süleyman nigaran oldu. O dedi:
-Nəyə görə yerdə və göylərdə olanları çıxaran, aşkar edən, gizlətdiyiniz və aşkar etdiklərinizi bilən, ondan başqa heç bir mə`bud olmayan və əzəmətli ərşin pərvərdigarı olan Allaha səcdə etmirlər?
Şanapipik o yerlərdə gördüklərindən danışdı. Süleyman ona nəzər salıb, buyurdu:
-Tezliklə doğru və ya yalan dediyini biləcəyəm.
Süleyman bu sözü deyib, Səba padşahına bir məktub yazmaq üçün yerindən qalxdı. Şanapipik etdiyi işə görə cəzalanmayacağını bilib, öz taleyi barədə arxayın oldu. O, istirahət etmək və səfərin yorğunluğunu çıxartmaq üçün Süleyman padşahdan icazə istədi. Sabah isə həzrətin məktubunu ora aparacaqdı.
Bütün quşlar şanapipiyin kəşfi barəsində danışırdılar. Çünki, o, heç bir cin və insanın etmədiyi qəribə bir səfər etmişdi. Hətta Süleyman da Allahın yerinə günəşə pərəstiş edən belə bir millətin və ölkənin olmasından xəbərsiz idi.
Səhər vaxtı şanapipik Süleymanın sarayına gəldi. Məktubu özü ilə apardı. O məktub qızıl bir zərfə qoyulmuş və möhürlənmişdi. Şanapipik yenidən uçdu. Fələstindən Yəmənə doğru gedən uzun və uzaq məsafələri qət etdi.
Bu gün xəritəyə baxdıqda bu səfərə təəccüb edirik. Şanapipik bu səfəri necə yerinə yetirmişdir? Necə səhraları qət etmiş, başı göylərə çəkilən dağ silsilələrindən keçmişdir?

Həzrət Süleyman (ə)

Şanapipik çoxlu yerlər qət etdi. O, Allah hökmlərinin, tövhid və yeganəpərəstliyin yayılması üçün bu səfərin çoxlu çətinliklərinə dözdü.
Şanapipik Yəməndə Səba ölkəsinə çatdı. Günəş doğan vaxt Yəmənin qüdrətli hökmdarı Bilqeysin sarayına daxil oldu.
Bilqeys yuxudan oyanmışdı. Günəşin pəncərədən saçdığını gördü. Günəşə səcdə etdi. O, hər gün səhər onun namazını yerinə yetirirdi. O anda şanapipik pəncərədən daxil olub, məktubu padşahın taxtının üstünə atdı. Bilqeys gördü ki, taxtın üstündə bir şey parlayır. Qızıl bir zərf vardı. Onu açdı. Gözü gözəl xətlə yazılmış bir məktuba düşdükdə isə təəccüb etdi.
Şanapipik padşaha baxırdı. O, məktubu oxumaqla məşğul idi. Təəccüblə şanapipiyə baxdı. Bu quş mühüm bir tapşırıq üçün belə bir uzaq məsafələri necə qət edə bilər?
Bilqeys öz vəzirlərini topladı. Çünki, ölkənin taleyi ilə əlaqəsi olan bir hadisə qarşıya çıxmışdı. Vəzirlər və dövlət işçiləri toplaşdılar. Bilqeys taxtından qalxdı. Əlində bir məktub vardı. Çox diqqətlə dedi:
-Ey böyüklər! Mənə çox əhəmiyyətli bir məktub göndəriblər. Bu məktub Süleymandandır. Orada belə yazılmışdır:
«Bağışlayan və mehriban Allahın adı ilə.
Tövsiyəm budur ki, mənə qələbə çalmaq fikrinə düşməyin. Haqqa təslim olduğunuz halda mənim tərəfimə gəlin».
Bu sözləri eşitməklə saraya qorxulu bir sükut çökdü. Fələstindəki bir padşah onları necə hədələyir?! O, Allahın yerinə onların günəşə pərəstiş etmələrini məhkum edir, onlardan Allaha təslim olmalarını və yalnız ona ibadət etmələrini istəyir.
Bilqeys dedi:
-Ey böyük və şərafətli insanlar! Bu əhəmiyyətli iş barəsində öz fikirlərinizi söyləyin. Mən heç bir əhəmiyyətli işi sizin məşvərət və məsləhətiniz olmadan yerinə yetirməmişəm.
Bilqeys bu barədə münasib bir qərar qəbul etmək məqsədilə məşvərətə başladı. Ona görə də onlara dedi:
-Mən öz rəyimi bəyənən insan deyiləm. Bu elə bir məsələdir ki, bütün məmləkətimizin taleyi buna bağlıdır. Ona görə də gərək münasib cavab üçün fikirləşək.
Sərkərdələrin başında döyüş havası vardı. Ona görə də şücaətlə dedilər:
-Bizim kifayət qədər qüvvəmiz, çoxlu döyüş qüdrətimiz vardır. Amma, yenə də qərar sizindir. Bizim ordumuz çox güclüdür. Biz öz torpaqlarımızı qoruya bilərik.
Bilqeys ağıllı bir qadın idi. Qərara gəlməzdən qabaq iş barəsində düşünərdi. Ona görə də dedi:
-Padşahlar abad bir məntəqəyə daxil olduqda onu viran edib, dağıdarlar. Oranın böyük və izzətli insanlarını xar edərlər. Bəli, onların işi belədir. Biz gərək Süleyman kimliyi barədə fikirləşək. O da başqa padşahlar kimi zalımdırmı? Yoxsa doğrudanda peyəğəmbərdir?
Bəlkə o, bizim ölkəmizə sahib olmaq istəyir? Bəlkə də bizə xeyirxahlıq etmək istəyir?
Vəzirlər dedi:

Həzrət Süleyman (ə)

-Ey xanım! Biz bunu necə öyrənə bilərik?
Bilqeys dedi:
-Mən tezliklə ona bir hədiyyə göndərəcəyəm. Bu zaman dediklərimiz barəsində onun fikrini öyrənə bilərik. Bizim nümayəndələrimiz o ölkəni yaxından görəcək və Süleyman padşahın məqsədləri ilə tanış olacaqlar.
Dövlət işçiləri padşahın təklifini bəyəndilər. O qərara aldı ki, Süleyman üçün bir hədiyyə göndərsin. Şanapipik yaxından dövlət işçilərinin iclasına şahid idi. O, Bilqeysin qərarını eşitdi və Fələstinə tərəf uçmağa başladı. Şanapipik uçaraq uzaq məsafələr qət etdi. O yalnız istirahət üçün bir az dayanırdı.
Nəhayət şanapipik Fələstinə yetişdi və son hadisələri çatdırmaq üçün cəld Süleymanın yanına getdi.
Şanapipik dedi:
-Səba ölkəsinin dövlət işçilərinin bəzisi indicə bura doğru gəlirlər.
Süleyman o heyəti Allahın dininə necə razı salması barəsində düşünürdü. Fikirləşirdi necə onlara başa salsın ki, günəşə ibadət etmələrinin heç bir faydası yoxdur.
Bu iş üçün ən yaxşı yol öz hakimiyyətinin əzəmət və böyüklüyünü və Allahın ona verdiyi qüdrəti göstərmək idi. Camaat onun ətrafında namaz qılsınlar. Yırtıcı heyvanlar onun qulluğunda olsunlar. Quşlar ətrafında fırlansınlar. Cinlər gecə-gündüz bina tikmək və dənizlərin dibini axtarmaqla məşğul olsunlar.
Süleyman bilirdi ki, gələn heyət olmağa razı salmaq üçün özləri ilə qiymətli hədiyyələr gətirib, deyəcəklər ki, Səba məmləkəti sizinlə münasib əlaqələr qurmağa və hər il müdrik Süleymana hədiyyələr göndərməyə hazırdır. Bəlkə də Bilqeys hədiyyə göndərməklə Süleymanı yoxlamaq istəyirdi.
Əgər Süleyman hədiyyəni qəbul etsə və ona görə sevinsəydi, deməli o da başqa padşahlar kimi bir padşahdır. Bu halda Səba məmləkəti Süleymanın, günəşə ibadəti tərk etmək istəyindən boyun qaçıra bilərdi.
Amma, hədiyyələri qəbul etməsəydi, mənası bu idi ki, o, padşah deyildir. O həqiqətən peyğəmbərdir. Peyğəmbərlər tərəfindən isə heç bir qorxu yoxdur. Çünki, onlar heç kəsə zülm etməzlər.
Bilqeys heyəti göndərən zaman belə düşünürdü.
Atlılardan təşkil olunmuş Səba heyəti yetişdi. Onlar Süleyman üçün qiymətli hədiyyələr gətirmişdilər. Allahın peyğəmbəri olan Süleyman hökmranlığının ilahi bir hakimiyyət olduğunu başa salmaq üçün və Səba ölkəsindən üstünlüyünü bildirmək üçün çox qəribə bir təntənə ilə onları qarşıladı.
O heyət orada durmuş şir və pələngləri gördükdə az qaldı ki, ağılları başlarından çıxsın. Onlar o həzrətin yaxınlığında sıra və səliqə ilə uçuşan quşları görür və diqqətlə Süleymanın əsgərlərinə baxırdılar.

Həzrət Süleyman (ə)

O həzrət taxtın üzərində oturmuşdu. Bütün padşahlıq əzəmət və cəlalı ilə belə təvazökar bir insan idi. Onun gözlərindən məhəbbət və iman yağırdı.
Heyət üzvləri hədiyyələri təqdim etmək üçün qabağa gəldilər. Amma, öz hədiyyələrindən xəcalət çəkdilər. Çünki, bu hədiyyələr Süleymanın böyük hökuməti qarşısında çox dəyərsiz bir şey idi.
Burada heç kəsin gözləmədiyi bir hadisə baş verdi.
Süleyman onların hədiyyələrini qəbul etmədi. Çünki, hədiyyə iki ölkə arasında münasib əlaqə yaratmaq üçün deyildi. O daha çox rüşvətə bənzəyirdi. Onlar bunun vasitəsilə Süleymanı sakitləşdirmək və öz adət-ənənələri barəsində onu razı salmaq istəyirdi.
Süleyman narahat olaraq buyurdu:
-Mənə hədiyyə ilə köməkmi edirsiniz? Allahın mənə bəxş etdikləri sizə bəxş etdiklərindən daha yaxşı və daha üstündür. Yalnız sizlər belə dəyərsiz şeylərlə sevinirsiniz.
Sonra Süleyman o heyətin başçısına buyurdu:
-Onların yanına qayıt və bildir ki, qarşısında müqavimət göstərə bilməyəcəkləri bir ordu ilə onlara tərəf gəlirik. Onları xar və zəlil edib, torpaqlarından çıxaracağıq.
Süleymanın sözləri döyüşlə hədələmək idi. O, Səba camaatından qızıl-gümüş istəmirdi. İstəyi yalnız yeganə Allaha iman gətirmək idi. O, qızıl və mal-dövlət həvəsində olan bir padşah deyildi. O, Allahın peyğəmbəri idi. İnsanların xeyrini istəyən bir peyğəmbər idi. O istəyirdi ki, camaat Allaha iman gətirib, bütpərəstlikdən əl çəksinlər.
Allah insanı yaratmaqla ona izzət bağışlamışdı. Elə isə nə üçün insan daşa ibadət, bütə, günəşə və aya səcdə etməlidir. Halbuki, Allahın yanında insanın məqamı digər məxluqlarından məqamından ucadır. Allah insanın azad yaşamasını və ondan başqa heç kəsdən qorxmamasını istəyir.
Süleyman o heyətlə belə danışdı. Onlar Süleymanın əzəməti, onun böyük hakimiyyəti, təvazökarlığı və Allah üçün səcdəsi qarşısında mat-məəttəl qalmışdılar.
O heyət Yəmənə qayıtdı. Onlar özlərinin dünyanın ən böyük ölkəsinə və zamanın ən böyük padşahının yanına etdikləri səfər barəsində Bilqeysə məlumat verdilər.
Bilqeys fikirləşdi ki, əgər öz qərarında dayanıb, inadkarlıq göstərsə mütləq döyüş baş verəcəkdir. O öz-özünə dedi:
«Süleyman padşah deyil. O peyğəmbərdir. Özüm şəxsən ora gedəcəyəm».
Bilqeys fikirləşdi ki, gedib orada baş verənləri yaxından görsün. Bəlkə şimaldakı o ölkə ilə münasib əlaqələr qura bilər və bununla da iki ölkə arasındaki döyüş və müharibə baş verməz.

Həzrət Süleyman (ə)

Ona görə Süleymanın ölkəsinə səfər etmək istədiyini bildirdi.
Səbada dövlət işçilərinin çoxu padşahı belə qərara gəlməkdən çəkindirdilər. Amma, heç bir faydası olmadı.
Bilqeys qorxmaz və ağıllı bir qadın idi. O, məsələ barəsində çox fikirləşdi. Amma, özü şəxsən ora getməkdən savayı yaxşı bir yol tapmadı. O, sür`ətlə səfər tədarükünü gördü. Çoxlu əsgər və kənizlərin müşayiəti ilə öz ölkəsindən çıxdı.
Müdrik peyğəmbər olan Süleyman öz dövlət adamları ilə iclas qurmuşdu. Süleyman Səba padşahının Allah dinini qəbul etməsi və onun öz faydasız əqidələrinə yenidən nəzər salması barədə fikirləşirdi. O, bu məqsədinə çatmaq üçün çox qəribə və maraqlı bir qərar qəbul etdi: Bilqeys Fələstinə çatmazdan qabaq onun taxtının Yəməndən gətirmək.
Mö`minlərin, cinlərin, minlərlə quş və yırtıcı heyvanlarla keçirdiyi böyük iclasda Süleyman soruşdu:
-Səba padşahının taxtını kim gətirə bilər?
Bu iş asan deyildi. Şanapipik onu yerinə yetirə bilməzdi. Bir cin ayağa qalxdı və dedi:
-Ey peyğəmbər, mən yerinizdən qalxmazdan qabaq taxtı gətirərəm. Hə, siz yerinizdən qalxmazan əvvəl.
Süleyman imanlı insanın üstünlük və fəzilətini göstərmək istədi. Ona görə də üzünü Asəf ibni Bərxiya adlı bir mö`min kişiyə tutub dedi:
-Asəf, sizin fikriniz nədir?
O dedi:
-Mən də onu gətirə bilərəm.
-Nə vaxta qədər?
-Gözünüzü qırpmazdan əvvəl, bir anın içində.
İradə və iman ruhunun toplaşdığı bir anda.
Hamı Asəf ibni Bərxiyanı tanıyırdılar. Onun imanına, xalisliyinə, Allaha olan məhəbbətinə və insansevərliyinə bələd idilər.
Allah öz imanlı bəndəsinə lütf və ehsan edəndir. Bir hadisə baş verdi:
Hamı gördü ki, Səba padşahının taxtı böyük qonaq otağında onların qarşısındadır. Taxt çox əzəmətli idi. Qara taxtalar, qızıl-gümüş və cəvahiratla bəzədilmişdi. Hər bir nöqtəsində Yəmən əqiqi parlayırdı. Tavanın rəngli şüşəsinin arxasından saçan günəş şüası onun gözəlliyini daha da artırırdı.
Süleyman Bilqeysin taxtında dəyişikliklər aparmağı əmr etdi. O, Bilqeysi yoxlamaq istəyirdi. Görəsən o, bu hadisənin qarşısında nə edəcəkdi?!
Quşlar xəbər verdilər ki, Bilqeys yaxınlaşmışdır. O, bir neçə saatdan sonra müqəddəs torpağa çatacaqdır.
Qonaq otağına aid olan işlər sona çatmış və saray bəzədilmişdi. Onun əzəmət və cəlalı daha daha da artmışdı.
Səba padşahının taxtı çoxlu zinətlərlə əhatə olunmuşdu.

Həzrət Süleyman (ə)

Süleymanın taxtı padşahın qapısının yaxınlığında yerləşirdi. Bilqeys padşahlıq sarayına daxil olarkən, orada bir dünya əzəmət və təntənə gördü.
Salona daxil olduqda gördü ki, Süleyman öz taxtı üzərində oturmuşdur. Orada, əsgərlərin yanında şir və quşlar da gözə dəyirdi. Çox maraqlı bir cəmiyyət idi. Əsgərlərin biri Bilqeysin taxtına işarə edərək ona dedi:
-Sənin taxtın belədirmi?
Padşahın gözü taxta düşdükdə az qaldı qışqırsın ki, hə, bu onun taxtıdır. Amma, bu məsələni necə deyə bilərdi?
Cavab verməzdən qabaq fikirləşdi və dedi:
-Deyəsən odur, mənim taxtıma çox oxşayır. Bəlkə də mənim taxtımın özüdür. Bilqeys anladı ki, Süleymanın peyğəmbərliyinin böyük və əzəmətli bir əlaməti qarşısında qalmışdır. Amma, heç bir söz demədi.
Ürəyi imanla doldu və Allaha təslim oldu. Gördü ki, Süleyman əxlaqi cəhətdən, təvazökarlığı, baxışı və namazda hərəkətləri baxımından padşahlara oxşamır.
Süleyman danışanda sözlərində istilik, məhəbbət və rahatlıq hiss olunurdu.
Qarşılama mərasimi sona çatdıqda Bilqeysin yoldaşları ona dedilər ki, Süleymanın, onun iqaməti üçün ayırdığı saraya getməlidirlər.
Padşah ora tərəf getdi. Əsgərlər onu əhatəyə almışdılar. Gözətçilər qapıların ağzında dayandılar. Bilqeys böyük zala daxil oldu.
Cavan və imanlı qızlar onu müşayət edir və hörmət əlaməti olaraq onun arxasınca hərəkət edirdilər. Hələ ayağını zala qoymamış, ona aid olan otaqla zalın qapısı arasında böyük bir hovuz gördü. Güman etdi ki, su ilə dalğalanır.
Ona görə də islanmasın deyə öz paltarını topladı. O, ayağını yavaşca hovuzun içinə qoydu.
Burda onu müşayət edən cavan qızların biri gülümsündü və dedi:
-Bu saf və şəffaf büllurdan düzəlmiş bir saraydır.

Həzrət Süleyman (ə)

Bilqeys Süleymanın əzəmət və hakimiyyətində başqa bir əlamət müşahidə etdi. Nur in`ikası və büllurların şəffaflığı elə idi ki, insan onun su dalğasından hovuz olduğunu güman edirdi.
Bilqeys dedi:
-İnsan belə bir hovuz düzəltməyə qadir deyil.
Bir qız cavab verdi:
-Hə, bu hovuz cinlər tərəfindən düzəldilmişdir.
Bilqeys astaca dedi:
-Doğrudan da cinlərin vasitəsi ilə düzəlmişdir.
Onun qəlbində Allaha iman daha da artdı. O, uzun illər idi ki, öz dini əqidələri barəsində fikirləşirdi, qəlbən günəşin Allah olduğuna inanmırdı.
Həqiqi Allah heç vaxt gizlənməz. O həmişə vardır. Amma, Bilqeys bu məsələni aşkar surətdə deyə bilmirdi. Çünki, o məmləkətin bütün insanları günəşə ibadət edirdilər. Əgər günəşin Allah və mə`bud olmadığını desəydi, onun hakimiyyəti bir an da davam gətirməzdi.
Amma, indi həqiqəti öz gözləri ilə görmüşdü. O öz qəlbi ilə Allahı müşahidə etmişdi; insanları sevən Allahı. O bildi ki, Allah hər şeyi insanın ixtiyarına qoymuşdur. Odur ki, insanın Allahdan başqa birisinə səcdə etməsi düzgün deyildir.
Bu varlıq dünyasına hökumət edən imanlı bir insandır. Küləyə əsmək əmrini verən, cin, quş və heyvanların onun ixtiyarında olduğu bu Süleyman insandır. Amma, o da Allaha şükr və tə`zim edir.
Bilqeys səmaya baxaraq mülayim səslə dedi:
«İlahi! Mən özümə zülm etmişəm. İndi isə Süleymanla birgə aləmlərin rəbbi olan Allaha iman gətirdim».
Səba padşahı Bilqeys ilk dəfə olaraq Allaha səcdə etdi. Onun bütün əsgərləri də səcdə etdilər. Süleyman şükr səcdəsini yerinə yetirdi. Həqiqətən, o, Allah məhəbbətini sərgərdan ürəklərə daxil etməyə nail olmuşdu.
Cinlər Süleymanın güc və qüdrətindən qorxurdular. Çünki, yalnız o həzrət onları iman ölkəsinə xidmət üçün hazır etmişdi.
Uzun illər keçdi. Onlar Süleyman üçün mə`bədlər düzəldir, dəryalarda bataraq mirvari və mərcan çıxarırdılar. Cinlər güman edirdilər ki, insandan güclüdürlər. Amma, Bilqeysin taxtını gətirmək yarışında, onu bir anın içində Yəməndən Fələstinə gətirməklə imanlı insan qələbə çaldı.
Onlar həmişə güman edirdilər ki, Allahın çox məxluqlarından üstündürlər. Çünki, onlar başqalarının agah olmadığı məsələrdən agah idilər.
Allah-təala onlara anlatmaq istədi ki, əgər Allah onlara ilham etməsə heç bir şey bilməzlər.
Süleyman sarayında öz əsasına söykənmişdi. Cinlər eləcə işlə məşğul idilər. Onlar hər dəfə Süleymanı gördükdə o həzrətin əzəməti ürəklərini bürüyür və daha artıq təvazökarlıqla işləyirdilər.

Həzrət Süleyman (ə)

Süleyman Allah üçün namazını qurtardı və cinlərin işinə nəzarət etmək üçün öz ibadət mehrabını tərk etdi.
O əsasına söykənərək səhnəyə tamaşa edirdi. Cinlər işləyirdilər. Allah-təala iradə etmişdi ki, o anda Süleymanın ruhunu alsın və onun ruhu səmaya qanad çalıb, Allaha tərəf getsin.
Süleymanın bədəni bir neçə gün o halda qaldı.
Cinlər hər dəfə daxil olduqda Süleymanı görür və öz müxtəlif işləri ilə məşğul olurdular.
Heç kəs məsələnin həqiqətini dərk etmirdi. Hamı Süleymana baxır və onun ayaq üstə durduğunu görürdü.
Allah-təala özünün cin və insandan olan bəndələrinə başa salmaq istəyirdi ki, qeyb aləmindən onların xəbərləri yoxdur.
Qarışqalar mərmər döşənəcək üzərində sürüşürdülər. Heç kəs onların olmasını hiss etmirdi.
Allah-təala iradə etmişdi ki, həqiqəti öz zəif məxluqlarının birinin vasitəsi ilə bəyan etsin.
Qarışqa yerin üzərində sürünməklə özünü Süleymanın əsasına çatdırdı. Əsanın taxtadan olduğunu hiss etdi. Ona görə də onu çeynəməyə başladılar. Süleyman isə eləcə əsasına söykənmişdi.
Qarışqalar öz işlərində artıq sə`ylə çalışırdılar. Cinlər də çalışırdılar. Bir neçə həftədən sonra qarışqalar əsanın bir hissəsini nazikləşdirdilər. Bu zaman böyük bir hadisə baş verdi:
Süleyman yerə yıxıldı. O, mərmər döşəmənin üzərinə düşdü. Hamı onun çoxdan dünyasını dəyişdiyini və canını tapşırdığını bildi. Cinlər bildilər ki, qeybdən xəbərləri yoxdur. Onlar Süleymanın ölümünü bilmədiklərinə görə bütün bu müddətdə eləcə işlə məşğul olublar.
Əgər o qarışqalar olmasaydılar onlar hələ çox işləyəcəkdilər.
Mö`minlər Süleymanın ölümünə görə qəm-qüssəyə batdılar. Amma, cinlər sevindilər. Çünki, onlar insana xidmət etmək işindən azad olmuşdular. Beləliklə, Süleymanın hakimiyyəti sona çatdı. Çox qəribə bir məmləkət... İnsan, cin və heyvanların bərpa etdiyi maraqlı bir mədəniyyət...
Salam olsun Süleymana; müdrik peyğəmbərə; Allaha şükr edən iman məmləkətinin padşahına.


Geri dön

ELVIN90

  • 20 yanvar 2012 16:11
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
TESEKKUR MUELLIFE

B_A_H_A_R

  • 18 yanvar 2012 19:22
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR BILMIRDIM BUNLARI

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

_TUNAR_MAMEDOV_

  • 14 yanvar 2012 14:00
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI ucun... SAVE eledi,, oxuyacam...

--------------------

.♣.Chrysalis.♣.

  • 14 yanvar 2012 13:56
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
MARAQLI XEBERIN UCUN COX SAG OL

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

BALAM

  • 13 yanvar 2012 22:28
  • Məqalə: 1
  • Şərh: 22
  • Bal:
{awards}
thank you thank you

--------------------
.........................

generation

  • 13 yanvar 2012 21:00
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

seadet iwigi

  • 13 yanvar 2012 20:41
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
ALLAH t.t ecrini versin,inwaALLAH.

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

Prank girl

  • 13 yanvar 2012 20:39
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ilk serh menden Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

YaKiWiKLi SeRSeRi

  • 13 yanvar 2012 20:02
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
BUYUTUN SERHLERINIZ wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}