Əsərlərdən sətirlər

 
Əsərlərdən sətirlər


Mən çiynimi çəkdim. Yalan danışmaq istəmirdim. Yüksəklikdə spirtli içki adama başqa cür təsir edir. Keçirdiyim stresdən və tualet kabinəsindəki məzəli məcaradan sonra heç yalan danışmaq istəmirdim. Belə hallarda başa düşürsən ki, həyat insana bəxş edilmiş ən qiymətli hədiyyədir və onu hər an itirə bilərsən.

Mükafatları nəzərə alanda bir az artıq çıxırdı. Amma hamısını üst-üstə gələndə yenə də görürdüm ki, Sovet höküməti əməyim sayəsində mənə qəpik-quruş verir. O vaxtlar belə bir lətifə də var idi. Təsəvvür edin ki, guya siz işləyirsiniz, biz də guya sizə maaş veririk.

Bir işin ki, axırı olmayacaqdı, əvvəlcədən başlamağın nə faydası vardi?

Bir də görürsən, ərköyünlük, şıltaqlıq, dəlisovluq eləmək istəyirəm, ya da əksinə romantik, sentimental, dərdli-sərli görünmək ehtiyacını duyuram, yaxud ciddi və müasir qadın obrazına girməkdən zövq alıram.Müxtəlif insan xarakterlərini və tiplərini xasiyyətimə uyğunlaşdırdıqca özümə təkcə Zaurun gözüylə yox, həm də öz gözlərimlə baxıram. Hər zaman da yeni, bir balaca qəribə, məntiqsiz və məlum çerçivələrə sığmayan qadın təəssüratı bağışlamaqdan həzz aliram.

Əqidəsi, mənliyi olmayan kişi fahişə qadından da betərdir!

Dünya bu kafirlərin dalında durub, it itin ayağın basdamır, neyləyə bilərdilər onlar?

Heç kim, heç kim insanı özündən, daxilindəki təkliyindən ayıra bilməz. Insan bu dünyaya tək gəlib, tək getdiyi kimi həyatı boyu da təkdir. Sadəcə qismətdənmi, ya təsadüfdənmi ömrüboyu cürbəcür insanlarla rastlaşır, ünsiyyət qurur və bəzən zənn edir ki, bu münasibətlər onu təkliyindən ayırır. Əsla! Heç kəs insanı daxilindəki tənhalıqdan qurtara bilməz! Ona görə də hərə təkbaşına qərar çıxarmalıdır: insan qalabalığı içində qeyb olmalı, izdihamda yayılmalı, yoxsa təkliyi mütləq həqiqət kimi qəbul edib hər şeydən və hamıdan uzaqlaşmalıdır....
Tənhalıqdan qorxsam da, ondan qaçsam da, anlayıram ki, ətrafımı adamlarla doldurmağım özümü aldatmaqdır. Onsuz da, bu adamlar ömrümün hansısa hissəsini ifa etmək üçün lazımdır, partiyalarını çalıb tədricən yox olacaqlar...Sonra isə konsert qurtaracaq.
Çünki bu dünyada əbədi heç nə yoxdur. Əbədi olan yalnız insanın içindəki sonsuz tənhalıqdır.

....Nə üçün insanlar seçib sevdiklərinin varlığına ürəkdən sevinə bilmir, daha geniş qəlbli olub yaxınlarını sadəcə onların təkrarolunmazlığına, qəribəliyinə, mürəkkəbliyinə və eyni zamanda sadəliyinə görə qiymətləndirmir? Axı hər bir insan fərddir və dünyada ondan daha heç yerdə yoxdur. Bəs onda nə üçün onu mütləq dəyişdirmək, vərdişlərinə, təsəvvürlərinə, özünə uyğunlaşdırmaq, bənzətmək, adiləşdirmək, bayağılaşdırmaq lazımdır?
Bəlkə heyvanların qırmızı kitabı kimi, insanların da qırmızı kitabı olmalıdır? Və bu kitaba başqalarından fərqli adamları nadir ekzemplyarlar kimi salıb onları həmin o kökü kəsilmiş heyvanlar kimi qorumaq gərəkdir?


Geri dön

Ulya

  • 22 oktyabr 2010 11:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol gozel yaziya gore

Azeri_Gozeli

  • 21 oktyabr 2010 15:25
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
TEWEKKUR

--------------------

MiYasKa KrEoZi

  • 21 oktyabr 2010 01:49
  • Məqalə: 35
  • Şərh: 699
  • Bal:
{awards}
"Heç kim, heç kim insanı özündən, daxilindəki təkliyindən ayıra bilməz. Insan bu dünyaya tək gəlib, tək getdiyi kimi həyatı boyu da təkdir." DoGRuDuR fellow

TeshEkkuRLer maRaqLI xebERe goRe..

--------------------

sevgi yalandir

  • 20 oktyabr 2010 19:27
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}