H.O.S.T-la müsahibə

 
H.O.S.T-la  müsahibə

- Salam. Oxuculara özünüzü təqdim edin.

- Fərhad Şabanov. Məni daha çox feck kimi tanıyıblar. Çünki H.O.S.T`da rep oxuyan vaxtlarda bu ləqəbdən istifadə edirdim. Dostlarım məni “fək” deyə çağırdıqları üçün bu ləqəbi seçmişdim.

- H.O.S.T sizin üçün nədir?

- H.O.S.T mənim üçün ailədir, dostluqdur. Bəli, hər şey dostluqdan doğmuşdu. Daha sonra anlaşılmazlıqlar oldu və dostlarımızın bəziləri getdi. Hətta gedənlərdən bəziləri 3-cü şəxslərə yerli-yersiz açıqlamalar verdi. Guya H.O.S.T əvvəl müxalif idi, ancaq indi dəyişiblər. Bu açıqlamaların heç biri reallığı əks etdirmir. Hər şeyin öz vaxtı və yeri var. Mən düşünürəm ki, H.O.S.T Azərbaycanda inqilab etdi. Azərbaycanda ortaq düşüncə və həyat tərzi anlayışı yox idi. H.O.S.T müəyyən dərəcədə bunu etdi. Mənə görə əsl inqilab budur. Beyinləri, düşüncəni dəyişdirmək. Boş-boş arzular qurmaq deyil, mitinq deyil. Azərbaycanda xaos yaratmaq istəyən insanların da beynini dəyişmək lazımdır. Mən hal-hazırda H.O.S.T`un səhnə fəaliyyətindən uzaqlaşmışam. Çünki Ankarada olmağım ortaq iş görə bilmə imkanını əlimizdən alır. Həm də təhsil aldığım sahədə professionallaşmaq istəyirəm. Ona görə H.O.S.T`a 3-lük olaraq baxmaq lazımdır. Ancaq “feck H.O.S.T`dan çıxdı” kimi xəbərlərlə bunu reklam etməyədə ehtiyac duymadıq. Bu H.O.S.T`un ortaq qərarı idi. Bununla həm də H.O.S.T haqqında yeni əfsanələrin doğmasının qarşısını aldıq. Bir daha deyirəm ki, H.O.S.T mənim ailəmdir və ailəmi, dostlarımı atmaq kimi bir fikrim heç vaxt olmuyub və olmayacaq. İstər səhnə arxasında, istər başqa işlərdə məni yenə H.O.S.T`la birgə görə biləcəksiniz.

- Bu gün ki, Azərbaycan gəncliyinin vəziyyəti sizdə necə təəssürat yaradır?

- Ümumiləşdirmək istəmirəm bütün gəncləri. İntellektual səviyyəsi yüksək olan gənclərlə yanaşı dünaydan xəbəri olmayan gənclər də var təəssüf ki. Məncə Azərbaycanda ümumiyyətlə ən böyük problem cəmiyyətdə orta təbəqənin yox deyiləcək qədər az olmasıdır. Bunu istər maddi, istərsə də intellektual səviyyəyə aid etsək yalnış olmaz.

- Bildiyimiz qədəriylə siyasətlə maraqlanırsız. Bəs sizin siyasi baxışınız necədir?


- Özüm liberal düşüncəli insanam. Düşünürəm ki, ən yaxşı idarəetmə sistemi demokratiya deyil. Çünki avara ilə alim arasında fərq olmalıdır. Platonun dövlət kitabında müdafiə etdiyi ideal dövlət modeli mənə görə də ən yaxşı modeldir. Məncə filosofların yəni alimlərin idarə edəcəyi dövlət ən ədalətli dövlət sistemidir.

- Türkiyə ilə Azərbaycan arasında mənfi və müsbət fərq nədə görürsünüz?

- Bunun haqqında bir kitab yazmaq olar. Ona görə bu suala veriləcək istənilən cavab yetərsiz qalacaq.

- Hansı janrda filmləri xoşlayırsınız?

- Həyatın içindən olsun və düşündürücü olsun janrın fərqi yoxdu. Heç sevmədiyim fantastik və alien janrıdır.

- Bəs son vaxtlar hansı filmləri izləmisiniz? Və sizi sarsıdan film olubmu?

- Təəssüf ki, sarsıdan filmlər çox az olur. Məsələn, “Amores Perros” filmi çox təsir etmişdi. “Babel”də həmçinin. Bundan başqa “The Shawshank Redemption”da əla filmdi. Seriallara da baxıram. “Lost”u çoxdan izləmişdim. İndi də “Prison Break”ı çox böyük maraqla izləyirəm. Hərdən də “How I Met Your Mother”.

- Ən çox sevdiyiniz musiqi janrı hansıdır?

- Fərq qoymuram janrlar arasında. Ən çox dinlədiyim rock, rap və jazz.

- İnternetdən gündə neçə saat istifadə edirsiniz?


- İşim internetlə bağlı olduğu üçün demək olar ki, günün yarısı internetin qarşısında keçir.


- Sosial medianı (bloqlar, facebook, twitter və s.) çap mətbuatına rəqib kimi görürsünüzmü?

- Çap mətbuatına sosial medianı rəqib görmürəm. Nə facebook, nə də başqası. Çap mətbuatının Azərbaycanda 2 rəqibi var: Bir küçədə semiçka satan xalalar, bir də şəhərlərarası dayanacaqlardakı tualetlər.

- Facebook-da neçə dostunuz var?

- 309.

- Hamının dostluğunu qəbul edirsiniz?

- Xeyr, etmirəm. Həyatda necəyəmsə facebook-da da elə davranıram. Ona görə düşünürəm ki, həyatda heç vaxt qarşılaşmadığım, tanış olub söhbət etmədiyim insanın facebook profilimdə nə işi var. Çox dostluq təklifi gəlir amma qəbul etmirəm. Bu özündən razılıq və ya başqa bir şey kimi başa düşülməsin, sadəcə olaraq tanımıram və qəbul etmirəm. Ancaq twitter profilim açıqdır, istəyən ordan izləyə bilər.twitter.com/#!/farxaddd

- Siz harada daha xoşbəxtsiniz? Ofisdəki iş otağınızda, yoxsa evdə?

- Məni xoşbəxt edən divarlar və ya rəngli masalar deyil. Ətrafımdakı insanlardır. Bu insanlardan işdə də var, evdə də. Ankarada da, Bakıda da.

- Bəşəriyyətin gələcəyini hansı rəngdə görürsünüz?

- İnsanın sonu qara torpaq olduğuna görə bəşəriyyətin sonu da qara olar. Bəşəri elə insani deməkdir.

- Dünyanı dəyişmək üçün sizcə nə etmək lazımdır?

- Hələ H.O.S.T`dan öncə bizim uşaqlıqdan ən böyük məqsədimiz dünyanı dəyişmək idi. Sonra illər keçdi, biz dəyişdik, dünya isə hələ olduğu kimi qalır.

- Son illər Azərbaycanda yeni nəsil yazarların kitabları çap olunur. Hansısa əsərləri oxumusunuz?

- Ancaq Qaraqanı oxumuşam.

- Bakının hansısa bir xüsusiyyəti üçün darıxdığınız an olub? Əgər olubsada məhz hansı üçün?

- Ankarada dəniz olmadığı üçün, daha çox dəniz. Bakıdan daha çox isə ailəm və dostlarım üçün.

- Boş vaxtlarınızda əyləncəyə üstünlük verirsiz yoxsa intellektual nəsə?

- İkisinə də. Hər şeyi qədərində sevirəm.

- Özünüzü daha çox harda rahat hiss edirsiniz? Bakıda yoxsa Ankarada?

- Əlbəttə Ankarada. Bakıda cəmiyyətin əksəriyyətinin məqsədi başqalarını narahat etməkdir. Çünki bekarçılıqdı. Nə qədər uzaq olsan da, yenə də narahat olursan. Həm də Bakıda H.O.S.T`a görə tanınmağın mənfisi var. İstər-istəməz insan özünü sərhədləyir.


- Bildiyimizə görə indi hekayə yazmaqla məşğulsunuz. Daha çox nələrdən ilhamlanıb yazırsınız?


- Hekayə yazmıram son vaxtlar. Ədalət qəzetində həftəlik köşə yazısı yazıram. Oxumaq istəyənlər “Ədalət” qəzetini ala bilərlər və ya “Ədalət” qəzetinin internet səhifəsini izləyə bilərlər. www.adalet-az.com/v4/İlhamlanmağa gəldikdə isə, yazar üçün boş otağın 4 divarı da ilham qaynağı ola bilər. Hər şeydən ilhamlanıram.

- Ən çox vaxt sərf etdiyiniz əyləncə?

- Film, play station və canlı musiqi.

- Ən çox əsələrini oxuduğunuz yazıçılar?

- Tolstoy, Orvel, Stefan Kinq, Kafka, Dostoyevski, Koelyo… Bu siyahını uzatmaq olar, ilk ağlıma gələn bunlar oldu.

- Bakıya gəldikdə ilk ağlınızda yaranan təəssürat?

- Basa-bas.

- Bildiyimiz qədəriylə, siz məqalədə yazırsız. Deyəsən jurnalist olmaq istəyirsiz?

- Hal-hazırda Ankarada “Turk Time” internet xəbər portalında editor vəzifəsində çalışıram. Bununla yanaşı yuxarıda qeyd etdiyim kimi, “Ədalət” qəzetində həftəlik köşə yazısı yazıram. Jurnalist olmaq üçün daha nə etmək lazımdır ki?


- Dünyada hansı idmançı ilə idmandan başqa mövzulardan söhbət etmək sizə maraqlı olardı?

- Məhəmməd Əli yəqin ki. Ona qarşı uşaqlıqdan çox böyük hörmətim var.

- Həyatınızda hansı gözlənilməz hədiyyələr olub?

- H.O.S.T`un “Reinkarnasiya” konsertindən bir neçə hədiyyə və məktublar almışdım. Bunları hələ də saxlayıram, çünki dəyərlidir bunlar mənim üçün. İnsanlara gördüyün işlə sevgi və pozitiv enerji ötürürsən, qarşılığını aldıqda isə xoşbəxt olursan.

- Bakıda olduğunuz vaxt dostlarla görüşməyə vaxt olur?

- Bakıda çox az vaxt keçirtdiyimə görə çalışıram ki, Bakıda olduğum müddətdə dostlarım və ailəm arasında bu vaxtımı ədalətli bölüm.


Geri dön

by vasal

  • 24 yanvar 2012 22:07
  • Məqalə: 1
  • Şərh: 54
  • Bal:
yekdiler bunlar host qrupu

LoNeLy_AngeL

  • 20 yanvar 2012 20:19
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
H.O.S.T superd

By DOĞRU

  • 17 yanvar 2012 23:23
  • Məqalə: 22
  • Şərh: 122
  • Bal:
{awards}
)
Bi` şey diyil

--------------------
‎"Şeytana niye kızıyorsun ? Bir iyilik yap da o sana kızsın."

Analia

  • 14 yanvar 2012 16:03
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
- Xeyr, etmirəm. Həyatda necəyəmsə facebook-da da elə davranıram. Ona görə düşünürəm ki, həyatda heç vaxt qarşılaşmadığım, tanış olub söhbət etmədiyim insanın facebook profilimdə nə işi var. Çox dostluq təklifi gəlir amma qəbul etmirəm. Bu özündən razılıq və ya başqa bir şey kimi başa düşülməsin, sadəcə olaraq tanımıram və qəbul etmirəm.
bu sozleri cox gozeldi

son damla

  • 14 yanvar 2012 15:20
  • Məqalə: 29
  • Şərh: 524
  • Bal:
{awards}
supersizzzzz

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

ЛаЛыЧкА

  • 14 yanvar 2012 14:39
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ancaq xowuma gelen mahnilarina qulaq asiram

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

_TUNAR_MAMEDOV_

  • 14 yanvar 2012 13:04
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

Delya_91

  • 14 yanvar 2012 08:20
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Host,Qaraqan superdi,yeni-yeni onlari dinlemeye baslamisam,ama uzunomurlu olacaq

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

.♣.Chrysalis.♣.

  • 14 yanvar 2012 01:52
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
cox da qulaq asmiram onlara

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

V_I_P

  • 14 yanvar 2012 01:22
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurler...amma menim bu qurupdan xowum gelmir....xebere gore twkkkkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

winxclub_bloom

  • 14 yanvar 2012 00:55
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
tesekkurler maraqli xeber ucun
[color=#FF0000][/color]

--------------------

HaMuSHaN

  • 13 yanvar 2012 23:12
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
hmm oxudum twk yaxwidi ..

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

KaYfA_SuRgUn

  • 13 yanvar 2012 23:07
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
COX MARAQLIDIR THANKS

--------------------

_awik_kiz_

  • 13 yanvar 2012 23:03
  • Məqalə: 0
  • Şərh: 429
  • Bal:
{awards}
cox sevirem ..::: HoSt:::.. qrupunu nece defe qonsertlerine getmiwem bunu cox boyuk maraqla oxudum thanks

SLIM SHADY

  • 13 yanvar 2012 23:02
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
tesekkurler,eladi

--------------------
I'm clue and stan

meri

  • 13 yanvar 2012 22:59
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
Müsahibəsini oxudum,Dərin düşüncəyə malik. savadlı. intelektual səviyyəli bir insan kimi qəbul elədim.

ibn xatun_2011

  • 13 yanvar 2012 22:44
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
ONLARI TANIMASAM DA.... MUSAHİBƏLƏRİNİ ÇOX BEYENDİM.....VƏ ÇOX MARAQLA OXUDUM....

--------------------

generation

  • 13 yanvar 2012 22:40
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
mende xosluyuram H.O.S.T. qrupunu cox super qrupdur hamisini xoslayiram

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

ZAC EFRON

  • 13 yanvar 2012 22:37
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
sagol xeber4un manilardaki maraqli cvb larini burdada verib)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 61

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}