Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Şiə - hədis toplamağın banisi)

 
Əhli Beyt (ə.s.) » İmam Baqir (ə)  (Şiə - hədis toplamağın banisi)

Şiə - hədis toplamağın banisi

Sevindirici haldır ki, şiələr elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) sağlığından bu sahədə çoxlu sə’ylər etmiş, Əli əleyhissəlamın yolunu davam etdirərək hədis yazıb söyləməkdə qabaqcıl olmuş, hədis sahəsində qiymətli və dəyərli əsərlər yazıb qoymuşlar. Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) hədislərini toplayan ilk şəxs olmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis buyurur, Əli (əleyhissəlam) da onları yazaraq kamil bir kitab halına salırdı. Bu kitab bir-bir İmamlara yetişərək İmam Baqir əleyhissəlamın əlinə çatdı. Bir gün Həkəm ibn Üteybə həmin kitabı İmam Baqir əleyhissəlamın yanında gördü. O, İmam Baqir (əleyhissəlam) ilə bir məsələ barədə mübahisə etmişdi. İmam Baqir (əleyhissəlam) o kitabdan həmin məsələyə aid olan hədisi tapıb ona göstərərək buyurdu: “Bu Əli əleyhissəlamın xətti, Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğudur.”
(Ricali-Kәşşi, sәh.288)

Süyuti Həzrət Əli (əleyhissəlam) və oğlu İmam Həsən əleyhissəlamı hədis yazılmasının tərəfdarlarından hesab edir.
(Tәdribür-ravi fi-şәrhi-tәqribin-nәvav, c.2, sәh.61)

Əgər sünni məzhəbi hədis yazılmasının qadağan olması bid’ətinin nəticəsində yüz il, ya bir az da çox İslami hədisləri yazmayıblarsa, sevindirici haldır ki, şiələr bu sahədə qabaqcıl olmuşlar. Çünki elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə Əli əleyhissəlamdan başqa o Həzrətin dostlarından və Əli əleyhissəlamın tərəfdarlarından biri olan Əbu Rafi’ “Əs-Sünənü vəl-əhkamu vəl-qəzaya” adlı bir kitab yazmış, İslamın müxtəlif sahələrinə – namaz, oruc, zəkat, həcc və mürafiəyə aid əhkam və şər’i məsələləri qeyd etmişdir. Əgər biz bu kitabı səhabələr tərəfindən yazılmış ilk hədis kitabı kimi qəbul etsək, onda onu eyni zamanda bu sahədə olan ilk fiqh kitabı kimi də qəbul edə bilərik.
(Bühusun fil-milәli vәn-nihәl, c.1, sәh.58-73)

Əbu Rafi` bu kitabı o vaxt yazmışdır ki, Peyğəmbərdən (s) hədis nəql edib-yazmaq xilafət tərəfindən böyük cinayət sayılırdı. Amma şiələr isə qorxu və təhlükələrə əhəmiyyət verməyib Əhli-beyti (ə) örnək tutaraq hədislərin qeydi və toplanmasını davam etdirirdilər.
Əbu Rafi’dən sonra şiə yazıçıları elə hədis yazmağın qadağan olduğu ilk çağlarda da, hədis yazmağa başladılar və bu yolla öz rəhbərlərinin sözlərini təhriflərdən qorudular. Bu iş Həzrət Əli əleyhissəlamın dövründən İmam Baqir əleyhissəlamın dövrünədək davam etmiş, İmam Baqir əleyhissəlamın dövründə Ömər ibn Əbdüləziz tərəfindən hədislərin yazılması barədə bəyannamə nəşr edilən ərəfədə İmam Baqir əleyhissəlamın qabaqcıl şagirdləri minlərlə hədis əzbər bilirdilər. Məhəmməd ibn Müslim şiə məzhəbinin böyük şəxsiyyətlərindən, yüksək dərəcəli və fəzilətli hədisçilərdən, İmam Baqir əleyhissəlamın fiqh və hədis sahəsində ən qabaqcıl şagirdlərindən biri olmuşdur. O, Kufə şəhərində anadan olmuş, dörd il Mədinədə qaldığı müddətdə daima İmam Baqir əleyhissəlamla, ondan sonra da, İmam Sadiq əleyhissəlamla daima əlaqə saxlamış və bu iki böyük İmamın hüzurundan istifadə etmişdi. O deyir: “İstədiyim məsələni İmam Baqir əleyhissəlamdan soruşub cavab alırdım. Belə ki, otuz min hədis İmam Baqir əleyhissəlamdan, on altı min hədis isə İmam Sadiq əleyhissəlamdan hədis öyrəndim.
(Əl-İxtisas, sәh.201)

Məhəmməd ibn Müslim “Ərbəəmiətu məs’ələtin” (Dörd yüz məsələ) adlı bir kitab yazmışdı. Bu kitabdakı məsələlər onun İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan eşitdiyi məsələlərin cavabları idi.
(Müәllifüş-şiә fi sәdril islam, sәh.64)

İmam Baqir əleyhissəlamın məktəbinin yetişdirmələrindən biri də Cabir ibn Yezid Cu’fidir. O da Kufə şəhərində anadan olmuş, İmam Baqir əleyhissəlamın elmindən faydalanmaq məqsədilə Mədinəyə köçmüşdür. İmam Baqir əleyhissəlamın gözəl məktəbindən istifadə etməsi sayəsində böyük elmi rütbələrə yüksəlmişdir. Cabir İmam Baqir əleyhissəlamın coşub-daşan elm və bilik bulağından istifadə edərək çoxlu sayda kitab və əsərlər yazıb qoymuşdur ki, bu da şiələrin hədis və maarifi yazmağa olan diqqətinə daha bir sübutdur. Cabirin yazdığı kitablar aşağıdakılardır:

1. Təfsir kitabı;
2. Nadir məsələlər kitabı;
3. Fəzilətlər kitabı;
4. Cəməl (döyüşü) kitabı;
5. Siffeyn (döyüşü) kitabı;
6. Nəhrəvan (döyüşü) kitabı;
7. Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın məqtəl kitabı;
8. İmam Hüseyn əleyhissəlamın məqtəl kitabı.
(Müәllifüş-şiә fi sәdril-İslam, sәh.36)


Geri dön

Repery

  • 21 yanvar 2012 17:06
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH RAZI OLSUN XEBERI BIZLE bolusduyun ucun

--------------------

APPLY

  • 17 yanvar 2012 19:37
  • Məqalə: 30
  • Şərh: 503
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

seadet iwigi

  • 14 yanvar 2012 19:28
  • Məqalə: 4
  • Şərh: 622
  • Bal:
{awards}
ALLAH t.t seni EHLI BEYT eleyhimusselamdan ayri salmasin,inwaALLAH

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

Music Star

  • 14 yanvar 2012 14:46
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

.♣.Chrysalis.♣.

  • 14 yanvar 2012 13:50
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 14 yanvar 2012 12:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun tesekkur

generation

  • 14 yanvar 2012 12:06
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Delya_91

  • 14 yanvar 2012 10:30
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 35
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}