Sevgin bir Günəşdir!

 
  • 21.10.2010, 11:52
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Sevgin bir Günəşdir!

Bir anlığa düşünürəm...
Sabah acılarkən biz Günəşin doğmasını seyr edirik...
Onun şüalarını, istiliyini, işığını görür və hiss edirik...
Külək də əsir, yarpaqlar pıçıldaşır...
Bütün aləm canlı və qaynardır.
Buna sevinirikmi?
Günəşi salamlayırıqmı - Nə yaxşı varsan deyə?
Axşam olarkən yola saldığımız, qaranlıq tərəfdə itməsini seyir etdiyimiz Günəşə yaxşı yol demişikmi?
Bir sabah onu bir daha görməyə biləcəyimiz ağlımıza da gəlməyib, deyilmi?
Onu itirmək qorxusu olmayıb qəlbimizdə.

Sevgin bir Günəşdir!

Sevgi də bir Günəşdir.
Bizi yaşadan və həyatımıza rəng qatan.
Sabahlar oyanmağımıza, gecələr uyumağımıza nədən olan...
Yuxularımızın qonağı...
Bu sevgi adlı günəşin istisiylə qəlbimiz ovunur, mehrlənir, sakitləşir...
Hardasa səni sevən birinin olması necə də xoşdur...
O qədər təbii və gözəldir ki, onu itirə bilmək ağlımıza da gəlmir.
Hər gün ona - Nə yaxşı ki, varsan - deməyi unuduruq bəzən.

Sevgin bir Günəşdir!

Hər kəsin bir günəşi var.
Buludlar arxasında gizlənsə belə qəlbimizə dolacaq qədər parlaq.
Nə qədər uzaq olsa belə varlığını hiss etdirəcək qədər yaxın.
Hər kəsin bir günəşi var.
Bəzən görünməz olsa da yoxluğunu unutdurar bir gəlişiylə.
Bəzən yandırsa da yenidən can verər ilıq nəfəsiylə.
Onu görərkən yalnız bir şey düşünürsən - Yaxşı ki varsan!
Onu sevməyə də, gözləməyə də dəyər!


Geri dön

Ulya

  • 22 oktyabr 2010 12:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol gozel yaziya gore

Azeri_Gozeli

  • 21 oktyabr 2010 13:40
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler love

--------------------

Milawka

  • 21 oktyabr 2010 12:59
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}



MİNNETDARAM BELKE DUZDU BU SÖZDER AMMA MEN HELE Kİ GÖRMÜRƏM YƏQİN BULUDLARİN ARXASİNDA GİZLƏNİB NƏVAXSA CİXACAG winked

OK

  • 21 oktyabr 2010 11:55
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
TSK

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}