Gəl yuxuma sevgilim

 
Yenə axşam düşdü. Yuxum gəlir. Yatmağa hazırlaşıram. Bu gün səni yuxuma dəvət edirəm. Gəl yuxuma. Yuxumun gəldiyi kimi gəl. Çox vaxt dəvətsiz gəlirsən. Dəvətsiz gəlişin daha maraqlı olur. Gözləmədiyin bir şeyin birdən olması kimi. Bu gün istəyirəm yuxuda Bakını gəzək səninlə. Tək ikimiz, başqa heç kim olmasın.

Gəl yuxuma sevgilim

Özüdə axşam gəzək. Qaranlığın işığa hakim olduğu axşamda. Çoxdandır arzusunda olduğumuz axşam gəzintisini edək. Səhərə kimi gəzək, özüdə ki, əl-ələ.Doyunca gəzək. Dənizin qırağına gedib, iri bir daşın üstündə oturub, dalğaların səsinə qulaq asaq. Əllərindən bərk-bərk yapışım. Sən isə başını çiynimə qoy.

Gəl yuxuma sevgilim

Səmada bir az bulud, seyrək dağılmış ulduzlar və birdə ortadan bölünmüş ay olsun. Bu cür aya baxanda sən gəlirsən ağlıma. Həmin vaxt sən həm ağlımda həmdə yanımda olması üçün, səmada ortadan bölünmüş ayın olmasını istəyirəm. Bu gözəllikləri seyr edək, doyunca seyr edək. Lap səhərə kimi. Mən həm sənin həmdə səmanın gözəlliyini seyr edim. Ətraf sakitçilik olsun heç kim olmasın. Çünki, insan kütləsi arasında gəzməyi çox xoşlamıram. Özün bunu yaxşı bilirsən. Sakitçilik daha yaxşıdır, səni daha yaxşı eşitmək üçün. Saat anlayışı olmasın, unudaq saatı. Vaxt bizə yox biz vaxta hakim olaq. Sonra boş bir parka gedək. Narın yağış başlasın. Parkdakı fanarlardan düşən işıqda rəqs eyləsin xırda yağış damlaları. İslanmaq qorxumuz olmasın. Xəstlənmək qorxumuz heç olmasın. Əl-ələ gəzək narın yağışın altında. Elə bir rahatlıq gəlsin ki, gəzməkdən də yorulmayaq.
İçərişəhərin ara küçələrinin hamısını bir-bir gəzək. Qala divarlarındakı hansısa bir daşın üzərinə sevgimizi həkk edək. Yazının altında da ayın tarixini yazaq və söz verək ki, hər dəfə bura gələndə bu yazıya baxacağıq.

Gəl yuxuma sevgilim

Saçlarını oxşuyum, gözlərinə baxım doyunca. Gülümsə. Gözlərində xoşbəxtlik görünsün. Dərtlər yoxa çıxsın, qeybə çəkilsin. Telefonda mahnımıza qulaq asaq. Küləkdən gözünün üstünə tökülmüş saçlarını əlimlə qirağa çəkim, üzün daha yaxşı görünsün.

Gəl yuxuma sevgilim

Bax yenə yazdım səndən özüdə yenə gecə olanda. Nə bilim bəlkə də darıxmaq ilə əlaqədardır və gecə daha çox darıxır insan. Fikir versən görərsən ki, bu yazımda orfoqrafiya normalarından kənara çıxmamışam. Bilirsən niyə? Çünki, səndən yazanda özümü tanınmış yazıçı kimi hiss edirəm və elə bilirəm ki, hansısa bestsellerimin ən maraqlı yerini yazıb çapa göndərirəm. Səndən yazmaq bu qədər zövq verir mənə.
Səni Sevirəm...


Geri dön

enigmatic_girl

  • 16 yanvar 2012 19:09
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Evet guzel....... feel

--------------------

Elvin007

  • 14 yanvar 2012 21:31
  • Məqalə: 217
  • Şərh: 3306
  • Bal:
{awards}
Ezyete gore sagol!

--------------------
▼►►Proqramming◄◄▼

generation

  • 14 yanvar 2012 18:43
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tewekkurlerrrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

R.O.C.K

  • 14 yanvar 2012 17:10
  • Məqalə: 0
  • Şərh: 53
  • Bal:
{awards}
hazir yuxuva gelmiwken,dukandan corekde alsin.haahaahaa...thanks

rena6300

  • 14 yanvar 2012 16:50
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
cox xosuma geldi supeeeeeeeeeer

..:MeleK kiz:..

  • 14 yanvar 2012 16:14
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
awkimi her gun gorurem

Analia

  • 14 yanvar 2012 14:50
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
Səndən yazmaq bu qədər zövq verir mənə.
Səni Sevirəm...

_TUNAR_MAMEDOV_

  • 14 yanvar 2012 14:45
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
cooox sag ol....dogrudan maraqli idi...

--------------------

Angelito

  • 14 yanvar 2012 14:39
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Dənizin qırağına gedib, iri bir daşın üstündə oturub, dalğaların səsinə qulaq asaq. Əllərindən bərk-bərk yapışım. Sən isə başını çiynimə qoy.

Music Star

  • 14 yanvar 2012 14:37
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
emeye hormet

--------------------

tontonun anasi

  • 14 yanvar 2012 14:14
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Bu gün istəyirəm yuxuda Bakını gəzək səninlə. Tək ikimiz, başqa heç kim olmasın.
COOOOOOOOOOOOOOX GOZEL LAP KOVRELTDI MENI

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}