Üzdəki Qırışlar

 
Üzdəki Qırışlar


Qırışlar tez və ya bir az gec də əmələ gələ bilər. Bu, həm orqanizmin ümumi vəziyyəti, dərinin xüsusiyyəti, həm də gözün qıyılması, tez-tez qaşqabağın sallanması və s. kimi vərdişlərin nəticəsində yarana bilər. Üzün qırışmasına bəzən insanın sənəti də təsir edir. Belə ki, yazı işi ilə məşğul olan adamda buxaq tez əmələ gəlir. Belə hallarda üzə qulluq, xüsusən də kompres əsas rol oynayır.
İsti kompresdən sonra üzü soyuq su ilə yumaq yaxşı təsir göstərir.
Kompres üçün dəsmalı dörd qatlayıb, ortasını qaynar suda isladın. Sonra qıraqlarından tutub burun və sıxın. Dəsmalı çənənin altından keçirib başın üstündə bağlayın. Kompresdən əvvəl də, sonra da üzə yağlı krem çəkmək lazımdır. İsti kompresdən sonra meyvə və tərəvəzdən, mayadan, ya da yumurta ağından maska eləmək olar. Bundan sonra isə üzü soyuq su ilə yumaq yaxşı təsir göstərir.
Qırışların qarşısını almaq üçün əzvay (aloye) şirəsindən qoyulan islatma (həftədə 2-3 dəfə, 10 dəqiqə) da çox yaxşı təsir göstərir. Əzvayı əvvəl 14 gün 10 dərəcə temperaturda qaranlıq yerdə saxlamaq, sonra əzib suyunu çıxartmaq lazımdır. Səhər yağlı krem çəkilmiş üzü və boynu duzlu su (1 stəkan suya 1 çay qaşığı duz) və ya çobanyastığı (1 xörək qaşığı çobanyastığı çiçəyinə 1 stəkan su) dəmləməsi ilə yumaq çox xeyirlidir.
Axşamlar isə üzü, dərisinin növündən asılı olaraq, hər hansı bir losyonla silmək məsləhətdir.

Dərinin tonusunu aşağıdakı otlardan düzəldilmiş məhlulla qaldırmaq olar:
1 çay qaşığı çobanyastığı, 1 çay qaşığı nanə, 1 çay qaşığı qoyunqıran, 1 çay qaşığı cökə çiçəyi götürün və 2 stəkan qaynar suda dəmləyin. Sonra onu soyudun, tənzifdən süzün, ona 1 xörək qaşığı odekolon (çiçəkli) tökün. Bu məhlulla üzünüzü hər gün səhər və axşam silin.
Axşamlar üzünüzü başqa bir məhlulla da silə bilərsiniz. Onu belə hazırlamaq olar: 1 çay qaşığı balı 1 stəkan ilıq suda həll edin. Soyuyandan sonra ona yarım limonun şirəsini əlavə edin.

Vaxtsız qırışların qarşısını almaq üçün xalq təbabətində arpa ununun kəpəyindən də istifadə edirlər. Belə ki, 1 xörək qaşığı kəpəyə, 1 xörək qaşığı qatıq əlavə edib qarışdırın və 15-20 dəqiqəliyə üzünüzə çəkin, sonra otaq temperaturlu su ilə yuyun.
Başqa bir maska: bildiyimiz kimi mətbəximizdə cəfəri çox əvəzsiz bir bitki növüdür. Qırışları aradan qaldırmaq üçün cəfəridən həm qida, həm də maska kimi istifadə etmək lazımdır. Bunun üçün 1 dəstə cəfərini 2 stəkan suda 5-10 dəqiqə qaynadıb, sonra soyutmaq və ondan losyon kimi, yaxud soyuducuda buz halına salmaq tez-tez (gündə 5-6 dəfə) üz üçün istifadə etmək məsləhət görülür. Vaxtsız qırışların qarşısını almaq üçün xalq təbabətində arpa ununun mayasından da istifadə edilir. Mayanı 15-20 dəqiqəliyə üzünüzə çəkin, sonra otaq temperaturlu su ilə yuyun.
Əgər sizdə çənə altında qırışlar, ya da buxaq əmələ gəlirsə və çöhrəniz formasını itirirsə, gecələr çənə altından tənziflə bağlamaq olar. Bu, çənəaltı əzələlərə rahatlıq yaradır. Lakin fikir vermək lazımdır ki, tənzif altında qalan dəridə qırış olmasın və tənzif bərk bağlansın.
Qırışmış üzə masaj da yaxşı təsir edir. Bunu kosmetika kabinetlərində etdirmək daha yaxşı olardı.
Alındakı qırışların qarşısını almaq üçün yumurta ağından maska etmək lazımdır. Yumurta dərini dartır, alını qırışdırmaq vərdişini yox edir.
Qırışmış üzə duzlu məhlul (1 stəkan suya 1 çay qaşığı duz) yaxşı təsir göstərir. Barmaqları, ya da dəsmalın ucunu bu məhlula batırıb 3-5 dəqiqə döyəcləmək lazımdır.
Axşam əl-üzünüzü yuyandan sonra boğazınızın dərisinə krem çəkin və dörd qat qatlanmış dəsmalın ortasını duzlu suda isladıb boğazınızı yüngülcə döyəcləyin.
Qırışmış dəriyə su proseduraları yaxşı təsir göstərir. Buna dənizdə çimmək, təzyiqli duş aiddir. Təzyiqli duşu vannada çimərkən də düzəltmək olar. Bunun üçün əl duşunu təzyiqlə açıb, 30-40 sm məsafədən üzə, boyuna yönəltmək lazımdır

. Bunu gah isti, gah da soyuq su ilə etsəniz, daha yaxşı olar.


Geri dön

enigmatic_girl

  • 15 fevral 2012 16:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
hele cavaniq lazim deyil... wink

--------------------

LoNeLy_AngeL

  • 25 yanvar 2012 16:49
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
qirishlara gore ehtoyac yoxdu amma qarshisini almaq ucun elemey pis olmaz yeqin,zamaninda)

.♣.Chrysalis.♣.

  • 15 yanvar 2012 11:00
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
MARAQLI MESLEHETLERDI TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

ЛаЛыЧкА

  • 15 yanvar 2012 10:54
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
hele qiriw zad yoxdu inwALLAH olmazdaa))

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

test1

  • 14 yanvar 2012 23:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
plastik emelyat olun. wink

generation

  • 14 yanvar 2012 23:46
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
thankssss

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

FeFe

  • 14 yanvar 2012 23:42
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
axira kimi oxumaqa sebrim catmadi ama xeber ucun tewekkurler

--------------------
╔♥═╗╔╗
╚╗╔╝║║♥═╦╦╦═╗♥
╔╝╚╗♥╚╣║║║║╠╣
╚═♥╝╚═╩═╩♥╩═╝

sharm

  • 14 yanvar 2012 23:05
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
maraqli idi twk

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

APPLY

  • 14 yanvar 2012 23:04
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
cox tewekkur

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

ibn xatun_2011

  • 14 yanvar 2012 21:36
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
HƏR BİR XANIM ÖZÜNE HƏR ZAMAN QULLUQ ETMELİDİR....

--------------------

Delya_91

  • 14 yanvar 2012 20:45
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

KaYfA_SuRgUn

  • 14 yanvar 2012 20:35
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
MARAQLIDIR TESEKKURELR THANKS

--------------------

Music Star

  • 14 yanvar 2012 20:29
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
cox tewekkur

--------------------

tontonun anasi

  • 14 yanvar 2012 20:20
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
COOOOOX WUKUR HELE GENCEM QIRIWLARIM YOXDU HACAN OLSA BU MESLEHETLERI EDEREM TEWEKKURLER

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 61
Cəmi: 91

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}