İki ürək, iki könül, iki qəm
Bir sinədə bir döyünür gizlicə,
İki həsrət, iki sevən bəxti kəm
Alovlanır, külə dönür gizlicə.
Xəyallarım pərvanəmdir, ömrüm şəm,
Məhəbbətdən neçə qala hörmüşəm,
Bir gözəlin gözlərindən görmüşəm
Yana-yana məni sevir gizlicə.
Dayan Orxan qəmi-qəmə qatma çox,
Məğrur yaşa, günah işə batma çox,
Ayın günün qədrini bil, yatma çox,
Yavaş-yavaş keçir ömrüm gizlicə....
Bir sinədə bir döyünür gizlicə,
İki həsrət, iki sevən bəxti kəm
Alovlanır, külə dönür gizlicə.
Xəyallarım pərvanəmdir, ömrüm şəm,
Məhəbbətdən neçə qala hörmüşəm,
Bir gözəlin gözlərindən görmüşəm
Yana-yana məni sevir gizlicə.
Dayan Orxan qəmi-qəmə qatma çox,
Məğrur yaşa, günah işə batma çox,
Ayın günün qədrini bil, yatma çox,
Yavaş-yavaş keçir ömrüm gizlicə....
