Gənclərin intihar etməsinə səbəb nədir?

 
Gənclərin intihar etməsinə səbəb nədir?

İnsanların intihar etmələrilə bağlı dəfələrlə yazılıb, müzakirələr aparılıb. Lakin son zamanlar intihar hallarının kəskin artması bizi bir daha bu mövzuya qayıtmağa məcbur etdi. İlk öncə özünü öldürməyə çalışan 23 yaşlı Orxan Kazımov haqqında danışaq. Orxanla tanış olan zaman o artıq ikinci həyatını yaşamaqda idi. Yəni özünü öldürməyə cəhd edən Orxan ölümün pəncəsindən güclə qurtarmışdı. İçdiyi zəhər qan ilə bütün bədənini sıradan çıxarmışdı. 3 aya yaxın xəstəxanada yatan Orxanın intihar etməsinə səbəb ailəsində yaranan problemlər olub.
“Atamla anam boşandı. Başladı məhkəmələrdə ev bölgüsü üzrə əməliyyatlar. Artıq bu vəziyyətdən bezmişdim. Əsgərlikdən təzəcə gəldiyim bir vaxt idi. Əsgərlikdə fikirləşirdim ki, gələn kimi sevdiyim qızla ailə quraram. Amma evdə yaranan problem bütün planlarımı alt-üst etdi. Həmin anlar depressiyaya düşdüm. Çətin dövr yaşadığım bir anda sevdiyim qız da başqasına ərə getdi. Əslində onu deyil, bəxtimi qınayırdım. O gün həyatın bitdiyini düşünürdüm. Əlimə düşən “kislatanı” ağzıma atdım və ... Gözümü açanda isə həyatda olduğumu gördüm. Əslində sevinirəm ki, ölmədim” söyləyən Orxan bundan sonra həyatını ancaq yaxşılıqlarla keçirəcəyini bildirdi.
İntihara səbəb olan əsas amillərdən birinin ailə problemləri ilə bağlı olduğunu vurğulayan Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev ailədə olan zorakılığın, məcburiyyətin uşaqlarda dözümsüzlük yaratdığını və intiharla nəticələndiyini bildirib: “Bəzi ailələrdə uşağa zor tətbiq edərək onun uşaqlıq illərini əlindən alırlar. Bəzən ailədə münaqişə halları, valideynlərin davası, uşağın döyülməsi onları bütün bu problemlərdən çıxış yolu kimi intiharı seçməyə vadar edir. Uşaq intiharı məsələlərinə kompleks yanaşmaq lazımdır. Bunu qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir".
Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatırı Gəray Gəraybəyli açıqlamasında intihar hallarının konkret hansısa faktorun üzərində dayanıb, onu intiharın əsas səbəbi kimi göstərməyi doğru saymır. “Düşünürəm ki, son dövrdə gənclər arasında intihar hallarının artması ən çox cəmiyyətdə sosial gərginliklə əlaqədardır. Dünyada baş verən hadisələri, əvvəlki illərə nisbətən son vaxtlar gərginliyin daha da artması, stress və qorxular təbii ki, bizim cəmiyyətə də təsir edir. Bundan da şübhəsiz həyat təcrübəsi az olan gənclər əziyyət çəkir” söyləyən baş psixoloq yenə də bütün hallarda valideynləri uşaqlara diqqətsizlikdə qınadı.
İntihar hallarının çoxalması ilə əlaqədar “Təmiz dünya” təşkilatının rəhbəri Mehriban Zeynalova açıqlamasında intiharların əsas səbəbini ailələrdə yaşanan problemlərdə gördüyünü bildirib. Onun fikrincə, Orxanın da əhvalatı elə belə əhvalatlardandır. “İntihara səbəb sevgi uğursuzluğu, ailədə yaranan münaqişələr, sosial-iqtisadi problemlər, ümidsizlik, qorxu və zorlanma amilləri ola bilər. Özünə qəsd hallarının əsas səbəbini ailə problemlərində görürəm” söyləyən Mehriban Zeynalova intiharın əsas günahını valideynlərin məsuliyyətsizliyində görür.
Gənclər arasında intihar məsələsinə münasibət bildirən təhsil naziri Misir Mərdanov açıqlamasında problemlərin əsasən ailədən qaynaqlandığını bildirib. Nazirin fikrincə, problemin kökündə valideynlərin məsuliyyətsizliyi durur.
Məsələ ilə əlaqədar psixiart Nadir İsmayılov açıqlamasında gənclərin ictimai-siyasi gərginliyin, ədalətsizliklərin artdığı bir məqamda daha çox intihara sövq olduqlarını bildirdi. Psixoloqun fikrincə, ekoloji gərginlik, informasiya zənginliyi sadalanan problemlərə əlavə olunanda, intihar halları daha da genişlənir.
“Bu yaxınlarda iki intihar halı baş verib. Biri qız, biri oğlan. Oğlan özünü bağda, qız isə yataq otağında asıb. İkisinin də intihar etməsinə səbəb birbaşa valideynlərin övladlara soyuq münasibətdə olmasıdır. Ata var həftələrlə uşağını görmür. Mən bütün valideynlərə uşaqları ilə maraqlanmağı, onlarla məşğul olmağı tövsiyyə edirəm” deyən Nadir İsmayılov həssas, təlqinə inanan, iradəsi zəif olan insanların daha çox intihara meyilli olduğunu qeyd etdi.
Məsələ ilə əlaqədar “Fatihə” Ruhi Yüksəliş Mərkəzinin rəhbəri Fatihə xanım açıqlamasında insanların düşdüyü bu halı “dejavyu” adlandırdı, yəni yaddaşın qarışması, mürəkkəbləşməsi. “Bu izahedilməz bir hissdir. Hazırda gənclər arasında geniş yayılmış suisid virtual xəstəlikdir. İntiharın daha əsas səbəbi “emo”luğa meylli olmaqdır. Buna zəif iradəli insanlar məruz qalır. İnternet vasitəsilə ünsiyyətdə olmaq astral dünyadakı alçaq varlıqlarla əlaqəyə və onlar tərəfindən idarə olunmaqdır. İntihara daha bir səbəb ətraf mühitin təsiri rol oynayır, ailə vəziyyəti və dostlar”, - deyə Fatihə xanım bildirdi.
Problemlə bağlı fikir bildirən “Karvan” jurnalının şef redaktoru İsmayıl Əhmədov səbəbindən asılı olmayaraq bütün intihar hallarını İslam dini nöqteyi-nəzərindən pisləndiyini vurğulayıb. “İntihar edən insan axirət günü məhşərdə, sorğu-sualda tutduğu əmələ heç bir səbəb göstərə bilməz. İntihar edənlə birgə intihara səbəb olan, intihara vadar edən şəxs də günah qazanmış olur. Bəlkə də ən böyük günah intihara səbəb olan kəslərin payına düşür. Burada da ən böyük məsuliyyət cəmiyyətin, valideynlərin üzərinə düşür” söyləyən İsmayıl Əhmədov bütün valideynlərin uşaqlarına nəzarək etməyə borclu olduğunu bildirib.
Problemlə əlaqədar Tibb Universitetinin dossenti Rəşid Mahmudov da müsahibəsində son zamanlar intihar hallarının çoxaldığını etiraf etdi. “Bu hal ona görə çoxalır ki, gənclər ədalətsizlik halları ilə çox qarşılaşır. Cavanlarda özünə qəsd bəzən eşq-məhəbbətlə də bağlı olur. Gənclərə qoyulan qadağalar, onların başlı-başına buraxılması və digər hallar da gəncləri intihara sövq edə bilər. Mən valideynlərə məsləhət bilərdim ki, həddi buluğa çatmayan uşaqlara qarşı çox diqqətli olsunlar. Onlara qadağalar qoymasınlar, onları əsəbləşdirməsinlər”
Məsələyə münasibət bildirən Hacı Şahin Həsənli açıqlamasında intiharın bütün dinlərdə pisləndiyini qeyd edib. “İntihar bütün dinlərlə yanaşı, İslamda da böyük günahlardan sayılır. Qurani-Kərimin “Bəqərə” surəsində də var ki, Allah ağır əzab vədəsi verir intihar edənlərə. Özünü öldürməyin kökündə inamsızlıq dayanır” deyən Şahin Həsənli də bu məsələdə valideynlərin birbaşa məsuliyyət daşıdığını bildirib.


Geri dön

elfida

  • 8 iyun 2011 13:41
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
kislata iceni ecelin elinden qurtarmaq olmaz yeqin ki hekimler xeyli sey gosteribler belay

--------------------
varligim yoxlugumdanda pisdir

_RONALDO_

  • 2 aprel 2011 23:34
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
movzuya gore sagol

--------------------

Ulya

  • 22 oktyabr 2010 12:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

OK

  • 21 oktyabr 2010 21:21
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrr

--------------------

sevgi yalandir

  • 21 oktyabr 2010 14:28
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}