Azərbaycan tələbələrinə xoş xəbər!

 
Azərbaycan tələbələrinə xoş xəbər!

- Azərbaycan Boloniya prosesinə tam qoşulubmu?

- Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulub və Boloniya bəyannaməsinə imza atıb. Bu proses ilk illərdə bir neçə ali məktəbin bəzi ixtisaslarında tətbiq edildi.Boloniya bəyannaməsinin əsas müddəalarından biri tədrisin təşkilində kredit sisteminin tətbiqi, tələbələrin mobilliyini təmin etmək, diplomlara əlavələrin verilməsi kimi məsələlər öz əksini tapıb. Biz də gələcəkdə diplomlarımızın xaricdə tanınması, tələbələrimizin təhsillərini xaricdə davam etdirmələri və ən əsası təhsildə keyfiyyəti artırmaq üçün kredit sistemini tətbiq edirik. Azərbaycan bu sistemi 2006-cı ildən tətbiq etməyə başlayıb. Təbii ki, hazırda tətbiq etdiyimiz sistemin təkmilləşdirilməsinə ehtiyac var. Biz bu işə ali təhsil müəssisələrinin mütəxəssislərini cəlb etdik və problemləri müzakirə etdik.

- Sistemin tətbiq olunmasında hansı problemlər var idi və həlli yolları hansılardır?

- Məsələ ilə bağlı seminarlar keçirildi, nazir və universitet rektorlarının iştirakı ilə müzakirələr aparıldı. Həmin əsasnamənin təkmilləşdirilməsinə dair təkliflər aldıq. Hazırda o təkliflər əsasında işləyirik, yəqin yaxın vaxtlarda yeni əsasnamə təsdiq olunacaq.Əslində burada problem deyil, yeniliklər tətbiq olunacaq. Məsələn, birinci olaraq ali məktəblərdə yay semestri təşkil olunacaq. Kredit sistemində bir fəndən akademik borcu olan tələbə həmin fənni 1 semestr ərzində yenidən dinləməli olacaq. Amma əvvəllər tələbə hər hansı bir fəndən qeyri-kafi qiymət alırdısa, 2-3 gündən sonra dekanlıqdan təyinat alıb yenidən imtahan verirdi. Lakin Boloniya prosesi tələbələrə yalnız 4 ilə bakalavr təhsili almaq məcburiyyəti qoymur. Belə ki, tələbələrə kömək məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla 1 aylıq yay semestri təşkil olunacaq. Beləliklə, tələbə kəsiri olduğu fəndən 1 ay boyunca dərs alacaq və imtahanı verərək və akademik borcunu ödəyəcək.Bundan başqa, tələbələrin akademik borca görə universitetdən xaric olunma halları məhdudlaşdırılır, yəni tələbə bir fənni qavrayanadək qiymət ala bilməyəcək. İstəyir 4 il, 5, 6, 7 il təhsil alsın. Amma burada bir məqam var, əgər tələbə dövlət sifarişli yerdə təhsil alırsa, 4 ildən sonra alacağı təhsilə görə ödənişi özü etməli olacaq.

- Yay məktəbində dərs deyəcək müəllimlərin maaşları necə veriləcək?

- Bu məsələ həmin problemlərdən biri idi, lakin o da öz həllini tapdı. Belə ki, yay semestrləri könüllü olacaq. Əgər tələbənin imtahandan kəsiri varsa, semestr ərzində onu ödəyirsə, bu ödənişsiz, yəni pulsuzdur. Yay semestri isə könüllüdür, buraya gəlmək də olar, gəlməmək də. Amma yay semestrinə gələn tələbə onun pulunu özü ödəməli olacaq. Məsələn, tələbə illik 60 kredit yığmalıdırsa, misal üçün riyaziyyat ixtisası 1500 və ya 1800 manatdırsa, bunu bölürük 60-a, 1 kredit 20-30 manatdırsa, 3 kredit 1 semestrdə 90 manat olacaq.

- Boloniya prosesi təhsil sistemimizə başqa hansı yeniliklər gətirib?

- Bir universitetdə təhsil alan tələbə, digər universitetdə də bu və ya digər fəndən təhsil ala biləcək. Məsələn, tələbə Bakı Slavyan Universitetində Jurnalistika fakültəsində təhsil alır və Bakı Dövlət Universitetində həmin fakültənin hər hansı bir fənnini öyrənmək istəyir, buna da icazə veriləcək. Və ya tələbə xarici ölkənin hansısa universitetində həmin fənni götürə bilər. Lakin bu, tələbənin öz hesabına həyata keçirilir.Bu sistemdə ardıcıllıq tələb edən ixtisaslar var. Elə fənn var ki, onu keçməsən, digər fənni götürmək olmaz. Tələbəyə 4 ildə keçiriləcək fənlərin seçimində sərbəstlik verilir. Hər bir fənnin qarşısında yazılır ki, bu fənni götürdükdə mütləq digər fənni də verməlisən. Amma elə fənn var ki, onun qarşısında belə şərt yazılmayıb və tələbə bu seçimdə sərbəstdir.Tələbə semestrdə 30 kredit yığmalıdır. Bakalavr təhsilini 4 ildən tez qurtarmaq istəyən tələbə gərək əla qiymətlərlə oxusun və fənləri yuxarıdan götürüb 3 il yarıma bitirsin. Qeyri-müvəffəq oxuyan tələbələrə aşağıdan fənlər götürməyə icazə verilir, yəni 38 kreditə qədər götürmək icazə verilir ki, o da 4 ilə təhsilini qurtara bilsin.Yeniliklərdən biri də odur ki, tələbə eyni zamanda başqa ixtisas üzrə də təhsil ala bilər. Məsələn, eyni zamanda jurnalistikada təhsil alan tələbə bir neçə fənn də götürməklə bunu reallaşdıra bilər, onda həmin tələbəyə diplomdan əlavə xüsusi sertifikat və ya onu təsdiq edən sənəd verilir.

- Yeniliklər nə vaxt tətbiq olunacaq?

- Yəqin ki, qaydalar təsdiq olunandan sonra, sentyabın 1-dən tətbiq olunacaq.

- Bəs kredit sistemində mühazirələrin tələbələr tərəfindən məcburi dəftərlərə yazılması nə üçündür?

- Bu artıq qiymətləndirmə sistemidir. Dünyada heç yerdə 5 ballıq sistem yoxdur. Adətən 100 ballıq kredit sistemi tətbiq olunur. Avropa Komissiyası tərəfindən yaradılan işçi qrupu Avropa kredit transfer sistemi deyilən sənəd hazırlamışdı. Həmin sənəd bir neçə ali məktəbdə tətbiq olunub, sonra bir neçə ölkədə buna başlayıblar, daha sonra qərara alınıb ki, bu sistem dünyada diplomların tanınmasını təmin etmək üçün ən yaxşı sistemdir.

- Tələbələrə təhsil krediti veriləcəkmi?

- Bu, qanunda nəzərdə tutulub, lakin tətbiqi hələlik həyata keçirilmir. Ümumiyyətlə mən təhsil kreditinin verilməsinin lehinəyəm. Çünki elə tələbələr var ki, 500-600 bal toplayırlar, sənədlərini dövlət sifarişli prestijli ixtisaslara verirlər və müsabiqəyə düşürlər. Belə tələbələrə, əlbəttə ki, təhsil krediti verilməlidir.Sadəcə olaraq kreditlərin verilməsi prosesinə bankları cəlb etmək lazımdır. Banklar isə bu işə gedəndə nisbətən risk etmiş olurlar. Hələlik belə bir mexanizm yoxdur. Xaricdə bu proses müxtəlif cürdür. Elə ölkə var ki, 15 faizlə təhsil krediti verir. Eləsi var ki, 1 % və ya bir başqa ölkədə faiz yoxdur.

- Bəs banklar ümumiyyətlə bu işdə maraqlı olmasalar necə?

- Bunun bir neçə variantı var. Ola bilər, dövlət bir neçə bankı bu işə cəlb etsin və bunu öz öhdəsinə götürsün. Məsələn, tələbə pulu ödəyə bilməzsə, onun yerinə dövlət ödəyəcək. Qazaxıstanda belə etdilər və camaatın çoxu pul vermədi. Banklar isə uduzduqlarını bildirdirlər. Bundan sonra mərkəzləşdirilmiş şəkildə bir bank bu işi öz öhdəsinə götürdü.

- Azərbaycanın neçə universitetinin diplomu xaricdə tanınır?

- Biz “Ali ixtisas sahələrinin tanınması barədə” Lissabon konvensiyasına qoşulmuşuq. Orada bizim ölkənin qanuni fəaliyyət göstərən ali müəssisələri o dövlətlərdə ali təhsil müəssisələri kimi tanınırlar. Sadəcə olaraq burada söhbət ondan gedir ki, hər bir ölkənin öz qanun-qaydaları var.Tanınma iki istiqamətdə həyata keçirilir: akademik və peşə tanınması. Akademik tanınma o deməkdir ki, mən sənin diplomunu tanıyıram, sən təhsili burada davam edə bilərsən. Peşə tanınması, yəni diplom tanınır, həkim, mühəndis və s. ola bilərsən. Bəzi ölkələrdə, əsasən Türkiyədə diplomun qəbulu üçün əlavə imtahan tələb olunur.Bizim qaydalarımızda belədir: xaricdən gələn şəxsin diplomuna, keçdiyi fənlərə baxırıq. İxtisasın adı uğyun deyilsə, öz ixtisasımıza uyğunlaşdırırıq və ona sertifikat veririk ki, sənin ixtisasın bizdə bu ixtisasa uyğundur.

- Sovet dövrünün təhsili ilə müqayisədə Boloniya prosesinin üstünlükləri və çatışmazlıqları hansılardır?

- Üstünlükləri sadaladıqlarım idi. Bundan başqa, sovet dövründə tələbələr çox yüklənirdi. Məsələn, 1 ixtisasdan 53 fənn keçilirdisə, biz onların sayını 38-ə saldıq. Bir sıra lazımsız fənlər keçirilirdi, tələbəyə çox ağırlıq düşürdü. Tələbə faktiki olaraq dinləyici rolunu oynayırdı. Biz çalışırıq ki, tələbə aktiv olsun. Müəllimlərin mühazirələrinin formasını dəyişməyə çalışırıq. Dərslər monoloq deyil, dialoq şəklində keçməlidir.


Geri dön

tontonun anasi

  • 16 yanvar 2012 11:16
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
MEN OXUYAN VAXTI BIZIM UNIVERSITETDE BALONIYA SISTEMI OLUYUB BILMIREM INDI VAR YA YOX.XEYIRLISI NEDI O OLSUN TELEBELERIMIZCUN

--------------------

faithful

  • 15 yanvar 2012 23:59
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
teshekkur :))))

KaYfA_SuRgUn

  • 15 yanvar 2012 21:06
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
maraqlidir thanks

--------------------

Casper

  • 15 yanvar 2012 20:47
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
Bizim universitetde boloniya sistemi tetbiq olunur,amma fenlerin secim azadligi yoxdu,fennin qarwisina secme fenn yazilir,amma biz bilmirik bunu ne vaxt secmiwik.umid edirem bundan sonra duzeler.tewekkur xebere gore...

--------------------
Only GODcan judge me!!!

Elvin007

  • 15 yanvar 2012 20:22
  • Məqalə: 217
  • Şərh: 3306
  • Bal:
{awards}
Ezyete gore sagol!

--------------------
▼►►Proqramming◄◄▼

_TUNAR_MAMEDOV_

  • 15 yanvar 2012 19:26
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
NE ISE ONSUZDA 2ilden sonra bitirirem UNVERSITETI... eziyyete gore. twkler...

--------------------

generation

  • 15 yanvar 2012 19:23
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tewekkruelrrrrrrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Okush

  • 15 yanvar 2012 19:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur

..:MeleK kiz:..

  • 15 yanvar 2012 18:57
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqlidi...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}