Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Əvəzi çıxılmaz bir ziyan)

 
Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Əvəzi çıxılmaz bir ziyan)

Əvəzi çıxılmaz bir ziyan

Bu məhdudiyyətlər bais oldu ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət mərhum oldular. İş o yerə çatmışdı ki, Şə’bi deyirdi: “Bir il Ömərin oğlu ilə bir yerdə oldum, ondan nümunə üçün də olsa, bir Peyğəmbər hədisi eşitmədim.”
(Sünәni-ibn Macә, c.1, sәh.11)

Saib ibn Yezid deyir: “Mədinədən Məkkəyədək Sə’d ibn Maliklə yol yoldaşı oldum, o, səfər boyunca Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir dənə də olsun, hədis söyləmədi.”
(Sünәni-ibn Macә, c.1, sәh.12)

Deməsək də, mə’lumdur ki, bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Çünki Peyğəmbər hədislərinin yazılması yüz ilə yaxın müddətə kimi tərk olunmuş, o mə’nalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. Bunların hamısından pisi isə bə’zi yalançı şəxslərin bu fürsətdən istifadə edib öz dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa, təbii ki, hər bir insan hər cür iddia edə bilər. (Öz iddiasını hədis şəklində söyləyə bilər.) Ona görə ki, nə bir kitab var idi, nə bir dəftər, nə də bir hesabat. Mə’lumdur ki, belə bir şəraitdə də onlarla Əbu Hüreyrələr (Əbu Hüreyrә yalançı hәdis söylәmәk üzrә mәşhur olmuş bir şәxsdir) meydana gəlib qeyri-şər’i məqsədlər üçün özlərini doğru hədisçi kimi qələmə verəcəklər. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi, yə’ni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bid’əti aradan götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: “Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o Həzrətin elm çırağı sönə.”
(Əs-Sünnәtu qәblәt-tәdvin, sәh.309)

Buxarinin dediyinə görə, Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı.
(Sәhihi-Buxari, c.2, sәh.6)

Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq, Peyğəmbər hədislərini dirçəltmək, yaddaşlarda qalıb böyük, ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sür’ətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi.
Bə’ziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur.
(Elmül-hәdis vә dirayәtül-hәdis, sәh.30)

Nəzərə almaq lazımdır ki, düzdür, Ömər ibn Əbdüləzizin dövründən e’tibarən hədis söyləyib yazmaq azad buraxılmışdı, ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, (doğru) hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də, rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.


Geri dön

Repery

  • 21 yanvar 2012 17:05
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH RAZI OLSUN XEBERI BIZLE bolusduyun ucun

--------------------

ЛаЛыЧкА

  • 21 yanvar 2012 13:49
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

APPLY

  • 17 yanvar 2012 19:33
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

generation

  • 16 yanvar 2012 21:55
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

APPLY

  • 16 yanvar 2012 18:40
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
maraqli idi eziyyete gore tesekkur

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

Ku-ku

  • 16 yanvar 2012 18:33
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

enigmatic_girl

  • 16 yanvar 2012 18:27
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
love Tsk..............

--------------------

ЛаЛыЧкА

  • 16 yanvar 2012 18:22
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

KaYfA_SuRgUn

  • 16 yanvar 2012 18:20
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
cox yaxsidir

--------------------

Okush

  • 16 yanvar 2012 18:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun eziyyete gorede tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}