"Azərbaycan deyəndə" (Tofiq Bayram)

 
"Azərbaycan deyəndə" (Tofiq Bayram)

AZƏRBAYCAN DEYƏNDƏ

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

"Hər ölkəyə, hər elə,
Olsun hörmət", deyirəm.
"Vətənindir, vətənin,
İlk məhəbbət", deyirəm.
"Onun şöhrət tacıdır,
Şe'r-sənət" deyirəm.
Mən vətənə, "Füzuli,
Abbas Səhhət" deyirəm!
Mən vətənə, "Sabiri
Doğan qeyrət", deyirəm!
Mən vətənə, "Üzeyir,
Müşfiq, Səməd", deyirəm!
"Günəş kimi müqəddəs
Bir həqiqət", deyirəm,
Azərbaycan deyəndə.
"Dünya məni dinləsin,
- Diqqət, diqqət!",
deyirəm.
Azərbaycan deyəndə!


Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
"Haralısan?" sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!


Azərbaycan! - Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!



Geri dön

nina-rinna

  • 2 fevral 2012 21:25
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
tesekkurler

_TUNAR_MAMEDOV_

  • 16 yanvar 2012 22:17
  • Məqalə: 591
  • Şərh: 4522
  • Bal:
{awards}
. twkler eziyyete gore.... .

--------------------

generation

  • 16 yanvar 2012 21:51
  • Məqalə: 77
  • Şərh: 5427
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------

♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Elvin007

  • 16 yanvar 2012 19:07
  • Məqalə: 101
  • Şərh: 2911
  • Bal:
{awards}
Ezyete gore sagol! Men Fexir Edirem Ki, AZERBAYCANLIYAM!

--------------------

enigmatic_girl

  • 16 yanvar 2012 18:43
  • Məqalə: 284
  • Şərh: 9075
  • Bal:
{awards}
lol ..... wink

--------------------


tontonun anasi

  • 16 yanvar 2012 18:39
  • Məqalə: 135
  • Şərh: 2328
  • Bal:
{awards}
Azərbaycan! - Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

--------------------

ЛаЛыЧкА

  • 16 yanvar 2012 18:25
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ezbere bilirem bunu))

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

KaYfA_SuRgUn

  • 16 yanvar 2012 18:09
  • Məqalə: 178
  • Şərh: 1585
  • Bal:
{awards}
COX MARAQLIDIR TESEKKURLER

--------------------

dj_okush717

  • 16 yanvar 2012 18:09
  • Məqalə: 302
  • Şərh: 2837
  • Bal:
{awards}
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
"Haralısan?" sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

tesekkurler maraqli idi

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 30
      Qonaqlar: 133
      Cəmi: 187

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 67
      Cəmi: 284
       
      _XADA_
      Xəbərləri: 63
      Cəmi: 423
       
      Love World
      Xəbərləri: 58
      Cəmi: 157
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 51
      Cəmi: 233
       
      Musique Sage
      Xəbərləri: 49
      Cəmi: 385
       
      green_15
      Xəbərləri: 46
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 45
      Cəmi: 252
       
      _NICE_GIRL_
      Xəbərləri: 39
      Cəmi: 293
       
      Ay Prensesi
      Xəbərləri: 37
      Cəmi: 535