Səadət nədir?

 
Səadət nədir?

SƏADƏT NƏDİR?

Səadət nə demək?.. - bu sualla mən
Özümü çox yordum, tapa bilmədim.
Səadət nə demək?.. Bir tələbəykən,
Məktəbi axıra vurmaqdır, - dedim.

Məktəbi bitirdim, işə də girdim
Səadət bumudur? Yox, bu deyilmiş!
Böyük dahiləri oxuyub gördüm
Çoxları sevgini səadət bilmiş.

Sevdim! Gecə-gündüz yandım şam kimi
İztirab... Göz yaşı... Min qan, min qada.
Tapmadım yenə də səadətimi,
Eşqin əzabları şirin olsa da...

Evləndim, həsrətə son qoymaq üçün,
Qurtardı o şirin iztirablar da.
İndi də, qayğılar artdı günbəgün
Dedim: - Ay səadət, hardasan, harda?

Səadət üfüqmüş... əl çatmaz ona,
Aydın görünsə də o, bizə gendən.
Arzular sığışmır onun yoluna,
Səndən uzaqlaşır yeridikcə sən.

Seyr edib yaxını, gah da uzağı
Bir az seçə bildim qaranı ağdan.
Yaxşı görmək üçün uca bir dağı
Gərək sən baxasan ona uzaqdan.

Evləndim... hicrana son qoymaq üçün
Qurtardı həsrət də, xoş intizar da.
İndi də qayğılar artdı günbəgün.
Dedim: - Ay səadət, hardasan, harda?

Bəlkə də səadət elə budur, bu:
"Hardasan, hardasan, gəl-gəl" - deməkdir.
Bəlkə də səadət ömrümüz boyu
Nəyisə... gözləmək... hey... gözləməkdir.

Tapdım səadəti dara düşəndə,
Alıb öz gücümü xəyallarımdan.
Kiməsə... nəyəsə... hardasa... mən də,
Gərək olduğumu bildiyim zaman.

Çıraq ol! Nurunu artır günbəgün
Hər yerdə həyatın boğ zülmətini.
Məncə, çıraq olub başqalarıyçün
Yananlar tapıbdır səadətini!

Bəxtiyar Vahabzadə


Geri dön

ЛаЛыЧкА

  • 20 yanvar 2012 12:29
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
twkk yeri var idi

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

enigmatic_girl

  • 20 yanvar 2012 10:47
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Bəyəndim....

--------------------

generation

  • 17 yanvar 2012 22:40
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
men ne bilim nedir

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_TUNAR_MAMEDOV_

  • 17 yanvar 2012 18:55
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
. gozel seirdi twkler eziyyete gore... .

--------------------

wehrizad

  • 17 yanvar 2012 12:34
  • Məqalə: 0
  • Şərh: 431
  • Bal:
{awards}
hardasan Seadet? uzur meni hesret,ureyim doludur mehebbet.ya nesib,ya qismet.....

--------------------
............................

Elvin007

  • 17 yanvar 2012 12:08
  • Məqalə: 217
  • Şərh: 3306
  • Bal:
{awards}
Xeber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

Dinar Mamedova

  • 17 yanvar 2012 11:26
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
cox gozel seirdi elleriniz derd gormesin

--------------------

seadet iwigi

  • 17 yanvar 2012 10:59
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
ne xowbext imiwem bir zaman ,ALLAH, xeberim olmayib bu seadetden, ne xowbext imiwem,ne xowbext,ALLAH, bu gun ewitmiwem onu hesretden......

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

tontonun anasi

  • 17 yanvar 2012 10:49
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Evləndim, həsrətə son qoymaq üçün,
Qurtardı o şirin iztirablar da.
İndi də, qayğılar artdı günbəgün
Dedim: - Ay səadət, hardasan, harda?

--------------------

_ROCK_STAR_

  • 17 yanvar 2012 10:41
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
sagolun qesey weir idi..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}