Boşanmaq Günahdır.

 
Boşanmaq Günahdır.


بسم الله الرحمن الرحيم


]Azərbaycan müsəlmanları içində boşanmaq haqqında müxtəlif anlayışlar vardır. Heç şübhəsiz ki, bizim dini və mədəni həyatımızda boşanmaq lap dədə-baba dövrümüzdən bəyənilməyən bir əməl kimi qəbul edilmişdir. Bu günə qədər də insanlarımızın beyinlərində bu münasibət yaşamağa davam edir. Lakin çox təəssüf ki, zamanımızda Şəriətin məqsədlərini anlamayan bəzi cahil müsəlmanlar bu məsələni də insanların gözündə xəfifləşdirməkdən geri qalmırlar. Onların anlamadıqları kəlamları dillərində çevirib durmaqları öz cahilliklərini başqalarına yaymaqla bitmir, əksinə insanları lazımsız anlayışlara və əməllərə sövq edir.

Bizim səmimi niyyət sahibi gənclərimizin çoxu evlənə bilmədikləri halda və bu evliliyin məqsədlərini anladıqları qədər də, onun məsuliyyətini də anlamağa çalışdıqları halda, digər "təcrübəli" qardaşlarımız bacıları alıb boşamaqla məşğuldur. Məclislərdə qul haqqından danışan insanlar evlərində qul haqqını ayaqları altına sərib tapdalayan nankör insanlar da çoxdur. Dəyərdən ağız dolusu danışan "dəyərsizlərimiz" vardır. Allah tərəfindən onlara tapşırılmış əmanətləri qoruya bilməyənlər, hamıdan qabaq əmanətlərə riayət etmək haqqında danışırlar. Öz qardaşlarının, yəni müsəlmanların bir-birilərinə qarşı haqqlarından öyüd-nəsihətlər verən qardaşlarımız, bu haqqlara ən çox ehtiyac duyan müsəlman bacılarımızı haqqsız buraxıblar. Lakin onlara qarşı deyilən sözlərdən nəticə çıxarmazlar.

Mövzu barəsində məşhur bir hədis vardır və çoxlarımız bu hədisi eşitmişik:


إ
ن أبغض الحلال عند الله الطلاق


"Allah yanında halallar arasında ən nifrət ediləni boşanmaqdır."


Bu hədis haqqında geniş bir müzakirə mövcuddur. Hədisin sihhəti və onun mənası haqqında alimlər fərqli görüşlərə sahibdirlər. Şeyx əl-Albani, rahiməhullah, bu hədisi zəif hədislər içərisində zikr etmişdir və Allahın izni ilə hədisin sihhəti və mənası haqqında söhbətimiz gələcəkdir.
Həm hədis haqqında bir açıqlamaya ehtiyac duyulduğu üçün, həm də bu mövzunu aktual bir mövzu olaraq gördüyüm üçün bu barədə bir iki kəlimə yazmağa qərar verdim. Müvəffəqiyyət Allahdandır. Onun elmi hər şeyi əhatə edir və biz Onun bizə öyrətdiklərindən faydalanmağa və nəsihət etməyə çalışan qullarıyız
.



Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

nilayka

  • 3 may 2011 20:38
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
smile

--------------------

Ulya

  • 22 oktyabr 2010 15:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol deyerli xebere gore

Azeri_Gozeli

  • 22 oktyabr 2010 14:27
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
hec bir aile dagilmasin amin Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 87

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}