Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Hədis yazmağın qadağan edilməsi)

 
Əhli Beyt (ə.s.) » İmam Baqir (ə) (Hədis yazmağın qadağan edilməsi)

Hədis yazmağın qadağan edilməsi

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş, onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək, yazmaq və toplamağın qadağan edilməsi olmuşdur.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədis və buyurduqlarının Qur’andan sonra ikinci yerdə durduğuna, asimani kitabdan (Qur’andan) sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə, bu iki şeyin (Qur’anla hədisin) bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq, birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb puç və əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkr dedi: “Allah Peyğəmbərindən heç bir şey söyləməyin! Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona deyin ki, Allahın kitabı (Qur’an) bizim və sizin aranızdadır, onun halalını halal, haramını haram sayın.”
(Tәzkirәtül-huffaz, c.1, sәh.3)

İkinci xəlifə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərinin yazılmasına qadağa qoymaq məqsədilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı: “Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir hədis belə yazıbsa, onu məhv etsin.”
(Əzvaun әlәs-sünnәtil-Mühәmmәdiyyә, sәh.43)

Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələrinə və həmçinin, bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbərin (səlləllahu əleyhi və alih) tanınmış səhabələrindən olan Qərzə ibn Kə’b deyir: “Ömər bizi İraqa göndərərkən özü də bizimlə bir az yol gəlib dedi: “Bilirsiniz sizi nəyə görə yola salıram?” Dedik ki, yəqin Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi: “Sizin hörmətinizdən əlavə, ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edəm və sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz.” Sonra əlavə edib dedi: “Siz elə bir yerə gedirsiniz ki, oranın əhalisi öz məscid və məclislərini Qur’an zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki, onlarla işiniz olmasın və camaatın başını hədislə qatıb onları Qur’andan ayırmayın! Camaat üçün Qur’anı ona hədis qatmadan oxuyun, Peyğəmbərdən (səlləllahu əleyhi və alih) çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik.”
Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir.
(Tәzkirәtül-huffaz, c.1, sәh.7)

Ömər öz xəlifəlik dövründə belə qərara gəldi ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərini yazsın. Sonra cəmiyyət arasında bu məsələnin (hədis yazmağın) azad olmasını göstərmək məqsədilə bu söhbəti camaat arasına çıxartdı. O, bir ay fikirləşdikdən sonra həll yolu tapıb camaata dedi: “Keçmiş ümmətləri yadıma saldım, onlar bə’zi kitabları yazıb toplayaraq onlara çox diqqət etdiklərinə görə öz asimani kitablarından uzaq düşdülər. Buna görə də, mən Allah kitabını (Qur’anı) heç bir şeylə qarışdırmaram.”
(Əzvaun әlәs-sünnәtil-Mühәmmәdiyyә, sәh.43)

Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir, eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki, bir gün o üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan ibn Məs’ud, Əbu Dərda və Əbuzərə demişdir: “Nədir, Peyğəmbərdən söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş və o üç nəfər Ömər ölənə qədər həbsdə qalmışdı.
(Əl-Müstәdrәku әlәs-sәhihәyn, c.1, sәh.110)

Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da
hədis yazıb söyləməyə cür’ət etmədilər.


Geri dön

Repery

  • 21 yanvar 2012 17:04
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH RAZI OLSUN XEBERI BIZLE bolusduyun ucun

--------------------

ЛаЛыЧкА

  • 20 yanvar 2012 12:31
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

generation

  • 17 yanvar 2012 22:40
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

APPLY

  • 17 yanvar 2012 19:32
  • Məqalə: 30
  • Şərh: 516
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
♥ ♥ ♥ ♥ ♥

Ìtirdim deyə düşündüklərin bəlkə də xilas olduqlarindir...!♥ ♥ ♥♥
.

... Deryam ...

  • 17 yanvar 2012 13:40
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Dəyərli məlumatalara görə tşklər

--------------------

Dinar Mamedova

  • 17 yanvar 2012 11:26
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

tontonun anasi

  • 17 yanvar 2012 10:48
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN XEBERE GORE TEWEKKURLER

--------------------

Рамин

  • 17 yanvar 2012 10:40
  • Məqalə: 56
  • Şərh: 302
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN... Tewekkur

--------------------
Чем больше узнаю людей, тем больше я люблю собак )

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}