Qadınlar və kişilər

 
Qadınlar və kişilər

Dahi yunan alimi Platon hər səhər kişi olduğu üçün Allaha şükür edərdi.Əksəriyyət kişilər onunla razıdırlar.Ancaq qadınlar bunu heç cür qəbul etmirlər.
Qadınlar və kişilərin ömür boyu rəqib olublar.Ayrı dünyaları təmsil ediblər .
Genetik cəhətdən kişi və qadın arasında böyük ferqlər var .
Qadınlar genin saxlanmasında ötürülməsində böyük rol oynadığı halda kişilər geni itirmə prosesi yaşayir ki,bu da qız uşaqlarının çox olmasına əsas sebeb kimi göstərilir.
Alimlərin ireli sürdüyü bir fərziyə isə gələcəkdə kişilərin kökünün kəsiləcəyidi.
Buna sübut olaraq isə qadınların X xromosomunun Kişinin Y xromosomundan güclü olması göstərilir.Buna misal olaraq X xromosomunun necə var elə qaldığı halda,yəni üç min dənə olduğu halda,kişidə bu adi haldan üç mindən yeddi yüz əlliyə düşüb ki,buda yeddi yüz əlli xromosomun üç minə qarşı mübarizə aparmağı deməkdi.X xromosomu müalicə olunduğu halda Y xromosomu bərpa olunmur və çox dəyişikliyə uğrayır.
Kişilər cinsi əlaqə barədə nə qədər doyumlu olsalar,yəni bu barədə aclıq çəkməsələr və duyumlu olsalar onların uşaqlarının oğlan olmaq ehtimalı çoxdu.Əks halda doyumsuz və duyumsuz insanin qızı olmaq şansı çoxdu.Kim oğlan istəyirsə Don Juan olmağı məsləhətdi ;)
Qadınların inkişafı ana bətnindən başlayaraq kişiləri arxada qoymağa başlayır.Qızlar ana betnində oğlana nisbətən böyük olur və bu tendensiya belə davam ederək,qız uşağı doğulanda belə oğlandan böyük olur .Qızlar tək bununla kifayətlənməyərək hər bir halda oğlan uşaqlarını geridə qoyurlar. Qız uşaqları birinci görür,danışır,gəzir,yetkinlik yaşına tez çatır və bu dövrü tez olaraq keçirir.Qızlarda oglanlardan üç il tez olaraq sümüklərin inkişafı dayanır.Qadınlar tez yaşdaşırlar (qocalılar) . Ancaq bunlara ramən kişilərin həyatı qısadı .



Ancaq söhbət görülən işdən gedəndə,qadın kişi ortaq yol tapa bilmirlər .
Uşaqları doğum evində bir-birindən ayırmaq olmasada ,qadın və kişi mübarizəsi cəkişməsi elə bu andan başlayır.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki , yeni doğulmuş qız uşağı üç dəfə çox olaraq gözün içinə baxmağa qadirdi.Buda onun ilk andan başlayaraq dünyanı necə var elə emosional şəkildə görməsini sübut edir.Oğlanlar isə obyektləri ən əsas isə hərəkətdə olan obyektləri, hansısa formaları görməyə qadirdilər . Buda əsil kişiyə lazım olan ən vacib amildi ki, tesadüfi olmayaraq texniki Progresin əsasını kişilər qoyub.
Qadınlar bütün hərəkətlərində,danışıqlarında,gözlərində,jestlərində elə dəyişikliklər edə bilir ki, onları tanımaq mümkün olmur.
Alimlərin iddia edirlər ki qadınlar bir gün ərzində səkkiz min söz dediyi halda bu kişilərdə 2 dəfə az dörd mindi . Kişinin gecəyə üç-dörd istifadə edilmədiyi sözü qaldığı halda bu qadında iki-üç min ola bilir .


Kişiyə nə dedildiyi , qadina isə necə deyilməyi böyük əhəmiyyət kəsb edir.
Qadınlar düşünür ki kişilər çox şeyi eşitmirlər.İndiana Ştatının Universitetində təsdiq edirlər ki, kişilər yarı qulaqla eşidirlər.Kişilərin audio məlumatları almağı üçün beyinlərinin bir hissəsi işlədiyi halda,qadınlarda hər iki tərəf işləyir.Bu kişilərin kar olmağına dəlalət etmir. Sadəcə olaraq beyinlərinin bir hissəsi işlədərək lazim və vacib olan məlumatlardan başqa məlumat yiğmamaq üçün beyinlərinin bir hissəsi kifayət edir.
2009-cu ilde keçirilən tədqiqat nəticəsində melum olub ki qadınlar emosiyanal xəbərlərə,video çəkilişlərə ,şəkillərə kişilərdən on dəfə çox reaksiya verirlər.
Nəyə görə qadınlar düyməni soldan sağa doğru,kişilər isə əksinə olaraq bağlayır ?
Bunun əsas səbəbi qadınlarda sol,kişilərdə isə sağ beyinin daha güclü inkişaf etməsidi.
Sol beyin emosiyanal beyin hesab olunur ki,buda insanlara formulları,məntiqi bilikləri bilməyə,çözməyə kömək edər.Nobel mükafatçısı Roger Sperry sübut etmişdir ki,qadın beyni kişi beynindən qısa və çəkisi yüz qram azdı. Ancaq insanların beyin hissəsində Broke ərazisi adlanan nöqtə var ki,buda qadınlarda kişilərə nisbətən çox inkişaf edib.Brooke hisəsi kişilərdə bir hissədə olduğu halda qadınlarda bu her iki hissədə var.Qadınların məhşur olan çox danışmaqlarının əsas səbəbi budu .
Bəs nəyə görə qadın beyninin çəkisi azdı ? Bu qadınların qürürlanmalı olduqları bir keyfiyyətdi və ya bu çatışmamazlıqdı bu dəqiq olaraq bilinmir.


Beyin iki hissədən ibarət olduğu kimi iki sistemədə bölünür.
1-Limbiçeski
2-Kortikalna
1-Limbiçeski insanda Fiziki və Biofiziki prosesləri idarə edir və yeni yaranmış instinglərə cavab verir.Beyinin bu hissəsi insanın bütün emosiyanal hisslərini idarə edir .Buda qadınların heyatında en böyük rola malikdi ki,qadınlar onun sahəsində dünyaya uşaq gətirməsində və ona tərbiyə verməsində beyinin bu hissəsindən geniş şəkildə istifadə edirlər.
Qadın beyni elə hazırlanıb ki o ideal olaraq balansı tənzimləyə bilir və məcbur olaraq uşağa baxmaq üçün,onun tərbiyəsinin qeydinə qalmaq üçün yaradılıb.
2-Kortikalna ağıllı qərarlar verilməsində,müqasiyə edilməsində,pisi,yaxşını ayırmaqda və hərəkətlərə nezaret edilməsində,beyinin bu sistemi güclü olur.Bu hissə isə kişilərə məxsusdu.
İnsan beyninde olan kletkaların sayı 2 mlrd olur ki , bu sahədə qadınlar geri qalırlar.
Kişi beyninin ağır olmağına esas sebəb kimi bu faktlar ireli sürülür.Ancaq bu neticəyə gəlmək olur ki,qadın və kişi beyni ferqli olsada onların işləmə prinsipi,gücü birdi. Qadınların qarşısına bir tapşırıq qoyduqda,onlar bütün imkanlardan istifadə etməklə bunun öhdəsindən tez və keyfiyətli şəkildə gəlirlər.Ancaq bir şərtlə ki orda ciddi qərarların verilməsi,nəyisə həll etmək məsələsi onlardan aslı olmasın.Bəs belədisə böyük sual yaranır,nəyə görə alimlər,yaradıcı,dahi insanlar arasında qadınlar yoxdu ? İlk görünüşdən cavab sadədi.Qadın və kişilərin ayrı-ayrı məqsədləri var bu heyatda.Bunun səbəblərindən biri və ən böyüyü sosial həyatda ola bilər ki,bu barədə qadınların hüquqları az hesab olunur.Belə ki aparılan statistikalar nəticəsində 70% kişi üçün heyatda en vacib iş olduğu halda,buna qadınların 70% ailəyə bağlı olmaları ilə cavab verirlər.Buna sübut kimi ailə qurmayan qadıların,yəni bizim fikrimizə görə xoşbəxt olmayan qadınların,iş həyatında necə irələdiyini,necə bacarıqlı olmaqlarını göstərmək kifayət edər.
Statistikaların nəticəsi bunu göstərir ki,bütün ölkələrdə ağıllı insanlarla loru dildə desək axmaq insanlar arasında kişilər üstünlük təşkil edir və bir qadına üç-dörd kişi düşür.Nəticə belə alınır ki normal intelektə sahib olan qadınlar üstünlük təşkil edir.Ağılsız kişilərdə qadınlardan çoxdu. Ancaq çox ağıllı kişilərdə qadınlardan çoxdu.Bunlara sübut kimi Nobel mükafatçılarını göstərmək olar ki,burda 97% kişi olduğu halda qadınlar 3% təşkil edir.Ancaq qadınlar bu üç faizlə 100% nəticə əldə ediblər.İlk olaraq və indiki dövrə qədər 4 insanın yüksəldiyi bu zirvəyə ilk olaraq Mariya Sklodovskaya Küri layiq görülmüşdü ki,buda onun Nobel mükafatına iki dəfə layiq görülməsi olub.Onun Atom anlayışda çevriliş etməsi,atom enerjisinin esasını qoyub və bu zirvəyə qalxıb.Ancaq bununla kifayətlənməyən qadınalar ilk olaraq və indiki dövrə qədər heç bir kişiyə qismət olmayan,ailədə iki nəfərin bu mükafata layiq görülməsi yenidən qadınlara aidir. Mariya Sklodovskaya Küri və onun qızı İren Jolio Küri bunu nail olublar .


Bir digər tərəfdən baxdıqda rəqabətə gəlməyəcək dərəcədə sosial təhlükə yaradan kişilər qadınlardan qat-qat üstündürlər.Nəyə görə çox ağıllı insanlar və pis (Cinayətkar) insanlar arasında kişilər üstünlük təşkil edir.Ağıllılıq və pislik (cinayət) ikisidə bir anlayışa gətirib çıxarır, ancaq təkcə ekstrimallığına görə.Bunların her ikisi qayda-qanunların pozuntusu deməkdi.Dahilər yeni keşflər edərək yeni qanunlar çıxarıb köhnə qanunları pozurlar və yeni sivilizasiya tarixi yazmış olurlar.Cinayetkarlar isə bu yola yenidən ekstrimalığına görə psixoloji cəhətdən təhrik olunurlar.
Kişilər eziyəti,ekstrimalığı,təhlükəni,riski,yeniliyi,sirli olan dünyanı sevirlər və onun axırına catmağı qarışılarına məqsəd qoyurlar.Kişilər sanki bu hissləri yaşamaq üçün yaşayırlar.


Bunların içində sevməkdə var ki kişilər bu sadaladığım hissləri sevgidə tapa bilir.
İsveç alimləri Frankin Xauslan və Edvardın keçirdiyi statistika nəticəsində məlum olub ki,kişilərə öz işlərini seçmək hüququ verilsə ekseriyyet ekstirimal,stress harmonları oyadan və adrenalin qaldıran işləri seçərlər. Novatorluq kişilərə xas olan bir haldı.Praktiki olaraq bütün işlərin başlanğıcını kişilər qurub.Bu gün sırf qadınlara aid edilən işlərin hər birinin yaradıcıları kişilərdi.Buna misal olaraq Vizajı göstərmək olar ki bu gün 90% qadınlardan ibarət olan bu işin easını XIII esirde İtaliyan kişiləri qoyub.Kişilər mühasibat uçotunuda düşünüblər ki bu sahede çox az qadın çalışır.Kişilər həmişə öz üzərlərinə cətin və orginalıqdan kenar olan işləri götürməyi sevirlər.Lakin bu işlər son nöqtəsinə çatmır.Bu onların bu işin öhdəsindən gəlməməsi ilə bağlı deyil sadecə kişilər belə haldan tez bezir və bu işləri qadınlar tamamlayır.Qadınlar kişilərin qiymətləndirdiyi dəyər verdiylərini öz yerinə yerləşdirir və ona qadın elinin gözəliyini bəxş edir.Qadınlar hər biliyi kişilərdən tez qavramaya malik olsalarda,onlar bu bilikləri heçnə ilə sintez edib,inkişaf etdirə bilmirlər.Qadın beyni hansısa bir problemə,pis vəziyətə düşməmək üçün özünü qorumağa işləyir.Kişilərdə bu vəziyətə düşməkdən qorxmadığı üçün onlar bu çür problemlərdən yeni çıxış yolu tapmağı bacarır.


Kişilər üçün Diskomfort yeni axtarışlara səbəb olan ən birinçi amildi.Bütün qadınlar bunu bilməlidi ki kişilər üçün Diskomfort dözülməz bir haldı.Qadının ən böyük hədəfi öz ərinə evdə göstəriş,ağıll verməsidi.Ancaq onu düşünməlidi ki, ağıl verməyə heç kim olmayacaq.Çünki Deskomfort kişinin başqa qadında komfort axtarması ilə nəticələnəcək.Qadın və kişinin realığa baxışı tam ferqlidi.Bu elmi cəhətdən belə sübut olunur.Qadın və kişi Analizatorlarında (Gözlərində) fərq var.Qadın ətrafında olanları bin anda hamsını gördüyü halda,bunu kişilərə şamil etmək olmaz.Əgər kişi burnunun altında olan nəyisə görmürsə demək o bunu doğurdanda sözün esil mənasında görmür.Kişi yüz dəfə soruşur ki, mənim corablarım hardadı qadınlara elə gəlir ki onlar göz qabağındadı ancaq kişilər onu heqiqətən görmürlər.Ona görə əziz qadınlar bizi buna görə qınamağa dəyməz.
Qadınlar təbiətlə harmonik olaraq stabildilər.Kişilər isə Refermator olaraq həyatda həmişə hərəkətlidilər,buda onları ancaq irəli doğru aparır.
Son olaraq Biokimyacıların apardığı elmi təcrübələr nəticəsində qadın və kişi saçının eyni maddələrdən ibarət olduğu məlum olub.Marqanis,yod,med,xlordan əlavə olaraq insanın saçında qızılda var.Qadınlarda qızıl kişilərdən altı dəfə çoxdu.Ona görə əziz qadınlarımız sizlər sözün hər iki mənasında bizlər üçün qiymətlisiz.Bizlərə görə özünüzü qoruyun.


Geri dön

Azeri_Gozeli

  • 22 oktyabr 2010 13:28
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
)))))) tesekkurler

--------------------

Ulya

  • 22 oktyabr 2010 13:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 63

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}