Sənə nə?!

 
Sənə nə?!

Yerindən durdun, yuyunmağa getdin, ...isti su gəlmir.
Gəlmir-gəlmir, bütün bina, hətta yarı Vətən bu gündədir.
Sənə nə?

Bir stəkan çay, ya kofe içmək istədin, ... qazı kəsiblər.
İşıq da yoxdur?
Bakının qaz və elektrik probleminin dərdini lazım olanlar çəkə bilmir...
Sənə nə?

Düşdün aşağı, həyət zibilin içindədir.
Zibil maşını bu həftə yox, bir ildir gəlmir.
Bir uşaq elə sənin gözünün qabağındaca gətirib zibil vedrəsini qarajın yanına boşaltdı.
Qonşu Fatmanisə xala da balkondan bir bükülü paket tulladı.
Sənin ki üstünə düşmədi.
Sənə nə?

Mindin avtobusa.
Ayaq üstə duran bir qadına yanındakı kişi neylədisə bu ona yaxşıca söydü.
O da guya günahsızmış kimi qadına ağzından çıxanı dedi.
Bir-birini qırdılar... nə kişi özünü kişi kimi aparmadı, nə qadın mərifətini bilmədi.
Anan-bacın deyil ki.
Sənə nə?

Yolda bir oğlanla bir qız açıq-saçıq davranırlar, qız çılpaq geyinib, əgər buna geyim deyilərsə.
Oğlan da bilmirsən hansı millətin nümayəndəsidir ki, belə biqeyrətdi.
O qız evdənmi çıxıb, küçədəmi böyüyüb - bilmirsən...
Onun çıxdığı evə ev demək olarmı, bilmirsən...
Durub indi onlara tərbiyəmi verəcəksən?
Sənə nə?

Küçədə ya işdə eşitdin ki, bu ay işçilərin maaşını, pensionerlərin təqaüdünü, uşaqların məktəb avadanlığını, bağçadakıların yeməyini, tələbələrin stipendiyasını, şəhid ailələrinin və əlillərin aldığı 3-5 manat pulu kəsiblər...
Canın sağ olsun. Birinci ay deyil ki?!
Sənə nə?

Həyatmı bərbaddır, torpaqlarımızda düşmənlər atmı oynadır, cavanlarmı pozulur, televizordamı çəfəngiyyat danışılır...
Kimsə gündə bir villamı tikdirir, kimsə 10-unu birdənmi alır...
Amma kimsə də oğlunu evləndirməyə, qızını köçürməyə pulmu tapmır...
Ay balam, sənə nə?
Millətin dərdi sənəmi qalıb?
Başını sal, bir parça çörəyini ye!


Geri dön

ozlem2010

  • 20 iyun 2011 00:06
  • Məqalə: 0
  • Şərh: 539
  • Bal:
winked

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

Ulya

  • 22 oktyabr 2010 13:00
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
super yazidi.tesekkur

OK

  • 21 oktyabr 2010 23:28
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Azeri_Gozeli

  • 21 oktyabr 2010 21:53
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}