Dünyanın ən yaşlı liderləri

 
Dünyanın ən yaşlı liderləri


Kraliça 2. Elizabeth (84)

58 ildir taxtda olmasına baxmayaraq, İngiltərə Kraliçası İkinci Elizabethin qıra bilməyəcəyi bir rekord varsa, o da 63 il və 7 aydan bəri mövqesində olan Kraliça Victoriaya aiddir.

Taxtda olduqu dövrdə "imperatorluğunda" bir çox dəyişiklik gördü. 1956 və 1992-ci illər arasında özünə bağlı ölkələrin yarısı müstəqillik elan etdi.
Monarxiyaya müasir bir üz qatan Kraliça, kral ailəsinin həyatının 1970 və 78-ci ildə televiziyaya çıxarılmasına icazə verdi.

Abdullah min Əbdüləziz (86)

Səudiyyə Ərəbistanı kralı Abdullah. Kralın dörd həyat yoldaşı, yeddi oğlu və 15 qızı var. Ayrıca, Səudiyyə ərəbistanı Milli Gözətçilərinin baş naziri və komandiri.
Abdullah, dünyanın ən güclü neft yataqlarına sahib olan və bu səbəblə Qərblə əlaqələri güclü bir ölkənin lideri.

Hüsnü Mübarək (82)

Misir Dövlət Başçısı Mübarək, özündən əvvəlki dövlət başçısı Ənvər Sədatın İsrail ilə imzaladığı barış razılaşmasının ardından sui-qəsdə uğramasıyla iqtidara gəldi. O gündən bəri də, Misirdə fövqəladə hal tətbiq edir.

Raul Kastro (79)

Böyük qardaşı Fidel Kastronun sağlamlıq problemləri səbəbiylə Kuba Dövlət Şurasının başına keçdi və dövlət başçılığını elan etdi. Kuba İnqilabında aktiv iştirak edən Raul Kastro, cəmdə 4 il vəzifədə oldu.

Silvio Berlusconi (74)

İtaliya Baş naziri Silvio Berlusconi, keçdiyimiz günlərdə 74-cü ad gününü qeyd etdi. Cəmdə 8 il baş nazirlik etdi. 1994-cü ildən bu yana üç dəfə iqtidarda olmağı bacardı.

Abdoulaye Wade (84)

Senegal dövlət başçısı, Wade, 1978-ci ildən bəri dövlət başçılığına dörd dəfə namizəd oldu. Bu mövqeyə gələ bilmək üçün uzun bir müddət gözləmək məcburiyyətində qaldı.

1993-cü ildəki seçki uğursuzluqunun ardından, Konstitusiya Məhkəməsinin ilk başçı köməkçisi Babacar Seyenin cinayətinə qarışdığı günahlandırmasıyla həbs olundu.

Manmohan Singh (78)

Hindistan dövlət başçısı Singh, 6 il boyunca dövlət başçılığı vəzifəsini icra etdi. Cambridge Universitetində təhsil alan Singh, Oxfordda doktorluq müdafiə etdi. Newsweek jurnalının seçdiyi ən sevilən liderlər arasına girdi.

Robert Mugabe (86)

Zimbabwe dövlət başçısı, 30 ildir mövqesini qoruyur. Bir kənd dülgərin oğlu olan Mugabe, vətəndaş müharibəsi illərində zənciləri alçaq görən hökumətə qarşı dayanan Vətənpərvər Cəbhədə iştirak etdi.

Döyüşün sonunda, partiyası ZANU-PF, 1980-cı ildəki İngiltərənin yoxlamasındakı parlament seçkilərində açıq aşkar fərqlə qalib gəldi. Ancaq, tez-tez Marksist olaraq təyin olunan Mugabe, tək partiyalı rəhbərlik elan edərək 1987-ci ildə ölkəsinin dövlət başçısı oldu.

Than Shwe (77)

Birma Barış və İnkişaf Şurası Başçısı, Shwe 18 ildir bu mövqedədir. 1953-cü ildə orduya qatılmadan əvvəl ayaqqabı sataraq dolanışığını təmin edən Shwe, orduya girişindən sonra sürətlə pillələri çıxmağı bacardı.

Mwai Kibaki (78)

Keniya Dövlət Başçısı Kibaki, 7 ildir mövqesində qalır. London İqtisadiyyat Məktəbini birinciliklə bitirən Kibaki, ölkəsinin İngiltərəyə qarşı müstəqillik mübarizəsində aktiv olaraq iştirak etdi.


Geri dön

Milawka

  • 22 oktyabr 2010 13:10
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:


BERLUSKONININ 74 YAWI VAAAAR? wassat BAX BUNU BILMIRDIM TWK

Ulya

  • 22 oktyabr 2010 12:28
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Azeri_Gozeli

  • 21 oktyabr 2010 23:51
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------

sevgi yalandir

  • 21 oktyabr 2010 19:49
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLERRRR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}