Dünyanın lənətli 10 yeri

 
Dünyanın lənətli 10 yeri

Buralara getmək cəsarət istəyir. Çünki yaşanan qəribə və bir o qədər də sirrli hadisələrə görə hamısı lənətlənmiş yerlər hesab olunur.

Berry Pomeroy Qalası - Totnes

Lənətli olduğu mövzusundakı şöhrəti ilə 14-cü əsrdən qalma bu qala bir neçə əfsanəyə ev sahibliyi edir. Bu qalanın iki məşhur qarabasması var. Biri ağ qadın digəri də mavi qadın olaraq adlandırılır. Əfsanəyə görə adı Margaret Pomeroy olan ‘ağ qadın' ləqəbli qarabasma, qısqanc bacısıı tərəfindən qalanın zindanlarına bağlanılıb, aclıqdan ölümə tərk edilmişdir. Mavi qadının kim olduğu bilinməsə də, ziyarətçiləri ağla sığmaz bir şəkildə qalanın xaraba qisimlərinə çəkməkdə olduğu deyilməkdədir.

Dominician Hill (Dominik Təpəsi) Baguio - Filipinler

Bəziləri döyüşdə ölən insanların ruhlarının, bəziləri də müalicə görməkdə olan və həyata ümidi olduğu halda burada ölən xəstələrin ruhlarının buranı ələ keçərdiyini düşünür. Gecə boyunca qapı və şüşə çarpması, qab qırılma səsi və qışqırıqlar eşidildiyi deyilir.

Edinburg Qalası - Şotlandiya

Skoç təpələrində bir qaya üzərinə oturdulmuş bu orta əsrlərə aid qalanın boş dəhlizlərində ölülərin səsinin əks-sədalandığı deyilir. Qalanın zindanlarında , cənub körpü kəmərində, vəbadan ölən insanlara məzar olmuş istifadəyə bağlı Mary's King həyətində görülən qarabasmaların yanında it qarabasmalarının da görüldüyü deyilir.

Monte Cristo - Avstraliya

Bu lənətli malikanənin hekayəsi isə, Qadın Crawleyin ərinin ölümündən sonrakı 23 il boyunca iki dəfə xaricində çölə çıxmamasıdır.Bəziləri evi lənətləyən qadının qəribə formalarda görünməsi, səslər, işıqların yanıb sönməsi kimi ürküdücü müşahidələrə sahibdir.

Tarixi Toxmaq Xanı (Ram Inn), Gloucestershire - İngiltərə

Qarabasmalara inanır olun ya da olmayın bu xanı ziyarət etmək olduqca narahat edici bir təcrübə olacaq. Cırıldayan döşəmələri, soyuq divarları, kif qoxuları və yüngül işıqlandırma sistemiylə yerləşmək üçün olduqca ürküdücü bir xandır. Cinayət, satanizm və uşaq qurban etmə kimi hadisələrin reallaşdığı istiqamətində ciddi söz-söhbətlər gəzir.

Highgate qəbiristanlığı, Şimali London - İngiltərə

Xüsusilə gecələri qorxu filmlərini xatırladan bir görünüşə sahib bu qəbiristanlıq ürküdücü məzar daşları, sarmaşıqların yüksəldiyi divarları, məzarlar arasındakı dərin keçidləriylə Britanyanın bir nömrəli qarabasma mövqeyi olaraq görülür. Karl Marxın da burada yatdığını söyləmədən keçməyək.

Bhangarh Hisarı - Hindistan

Rajasthanda Jaipur və Alwar arasında olan bu hisarın maraqlı bir əfsanəsi var. Bir quru cadu ustası olan Singhia hər kəsin burada öləcəyini və ruhlarının sonsuza qədər orada həbs olacağını söyləyər. Maraqlı nöqtə isə bu bölgədə nə vaxt bir ev edilsə damı çökdüyü üçün damsız olmasıdır. Gecə olduğunda burada olanların geri dönə bilmədiyi söz-söhbətinin yanında hökumətin, gün batımından sonra bura ziyarəti qadağan etdiyini də ifadə etmək gərəkdir!

Qışqırıq tuneli , Niagara Şəlalələri - Ontario

Bu tunelin həqiqətən də tüklər ürpərdici bir hekayəsi var. Rəvayətə görə bundan əsr əvvəl tunelin cənub çıxışına yaxın bir çiflik evi varmış. Bir gecə evdə yanğın çıxmış və paltarları alovlanan kiçik bir qız uşağı tunelə doğru qaçmağa başlamış. Bir tərəfdən paltarlarından xilas olmağa çalışan qız tunelin ortasında yerə düşmüş və orada ölmüş. İddiaya görə əgər gecə tunelin ortasında bir kibrit yandırsaz kibrit dərhal sönür və bir qız qışqırığı eşidilir.

Ohio Universiteti - Amerika

Bu kampus ölkədə xatırlanan ən lənətli yer olmaqla birlikdə ətrafında olan 5 ayrı qəbiristanlığın şeytanın simvolu pentaqramı meydana gətirdiyi və rektorluğunda bu işarənin tam ortasında qaldığı gerçəyi olduqca ürküdücüdür. Universitetin içində də bir çox lənətli yerlər var. Qarabasmaya rast gəlinən yerlərdən biri, altında məzarlar olan Jefferson salonudur. Bir başqası isə ağıl xəstələri üzərində elektrik şok təcrübələri tətbiq olunan ‘The Ridges' adlı tərk edilmiş bir ağıl xəstəxanası.

Changi çimərliyi - Singapur

İkinci Dünya Döyüşü əsnasında meydana gələn Sook Ching qırğını səbəbiylə burada bir çox Yapon öldürüldü. Minlərlə Çinli, Yapon əleyhdarı olmaqla günahlandırılaraq qətl edildi. Bu çimərlikdə, ölən Çinlilərin qarabasmalarının görüldüyü deyilir. Bu hadisəsni ürpərdici ölçülərə daşıyan şey isə, görüldüyü deyilən qarabasmaların arxalarında qan ləkələri buraxması!


Geri dön

Ulya

  • 22 oktyabr 2010 23:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol yaziya gore

Azeri_Gozeli

  • 22 oktyabr 2010 22:53
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah bizi uzaq elesin oralardan tesekkurler

--------------------

sevgi yalandir

  • 22 oktyabr 2010 21:47
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 52
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}