Sevmək və özün kimi olmaq

 
Sevmək və özün kimi olmaq


Bir çoxumuz sırf sevdiyimiz insanların xətrinə, sırf onların xoşlarına gəlmək üçün istəmədiyimiz işləri görürük.

Heç sevmədiyiniz halda bol ədviyyatlı Hindistan mətbəxinə qonaq oldunuzmu? Ya da xalq musiqisini sevdiyiniz halda onu dinləməkdən vaz keçib, heç bəyənmədiyiniz rok musiqisinə qulaq asdınızmı?
Bir çoxumuz sırf sevdiyimiz insanların xətrinə, sırf onların xoşlarına gəlmək üçün istəmədiyimiz işləri görürük. Yəqin ki “bu, həmin insanların yaxınlıq dərəcəsindən asılıdır” deyəcəksiniz. Bəli, ilk baxışdan haqlı ola bilərsiniz, ancaq mahiyyət etibarı ilə məsələnin kökü eynidir. Yaxınlıq dərəcəsindən asılı olmayaraq, bir çox hallarda özümüz olmaqdan qaçırıq. Bunu ya qarşı tərəfin sevgisini itirməkdən, yaxud da özümüz olmaqdan qorxduğumuz üçün edirik. Nəticə etibarı ilə, bizi digərlərindən fərqləndirən fərdiliklərimizdən vaz keçirik, başqası oluruq.
Başqalaşmaq heç də hər zaman müsbət nəticələr vermir. Adətən evlənmək istəyən qız və oğlan ilk dəfə tanış olduqda bir-birilərini gizləməyə çalışırlar. Hər şeylə razılaşır, sanki eyni cür düşündüklərini nümayiş etdirməyə çalışırlar. Ancaq bu, uzun müddət davam edə bilməz və etmir də. Çünki heç kim üç ölçü böyük bir paltarın içində özünü rahat hiss edə bilməz. Hər şeylə razılaşdığımızı göstərmək də, elə əynimizə üç ölçü böyük paltar geymək kimi bir şeydir.
Bu və buna bənzər problemlərin kökündə yatan məsələ bilirsinizmi nədir: özünə güvənməmək. Belə adamlar “qarşı tərəfin istədiyi kimi olmasam, o məni tərk edər. Mən onsuz yaşaya bilmərəm” düşüncəsinin daşıyıcılarıdırlar. Belələri “itirmək istəmədikləri insanla” tanış olmazdan əvvəlki həyatlarının üzərindən bir anda xətt çəkir, yeni mənlikli insan olmağa çalışırlar.
Bəzən “sənin xoşbəxtliyin mənim xoşbəxt olmağımdan daha vacibdir” kimi ifadələr işlədirik. Elə isə, sizə belə bir sual verim: siz xoşbəxt olmadan sizin sevdiyiniz insan necə xoşbəxt ola bilər? Yəni özünüzü ikinci plana atmaqla buna nail ola bilməzsiniz.
Özümüzü olduğumuzdan fərqli göstərib, “güclü” görünməyə çalışmaq əslində zəiflik əlamətidir. Yaşamaq istədiklərinizi olduğunuz kimi yaşamağa çalışın. Cildə girib nə özünüzü, nə də başqalarını aldatmağa çalışmayın. Bunu əsla və əsla xoşbəxt olmağın tək çarəsi kimi görməyin.
Göründüyünüz kimi olmaqdan və ya olduğunuz kimi görünməkdən heç vaxt qorxmayın. Əmin olun ki, sizi siz olduğunuz üçün bəyənənlərin sayı bəyənməyənlərin sayından az olmayacaq...


Geri dön

Dalga

  • 21 yanvar 2012 13:25
  • Məqalə: 110
  • Şərh: 2928
  • Bal:
tewekkurler

Elvin007

  • 20 yanvar 2012 19:45
  • Məqalə: 101
  • Şərh: 2911
  • Bal:
{awards}
Ezyete gore twk!

--------------------

ЛаЛыЧкА

  • 20 yanvar 2012 16:05
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
twk xebere gore

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

Ku-ku

  • 20 yanvar 2012 15:25
  • Məqalə: 256
  • Şərh: 5239
  • Bal:
{awards}
muellife tewekkurler maraqli xeberdir

--------------------

tontonun anasi

  • 20 yanvar 2012 14:48
  • Məqalə: 135
  • Şərh: 2328
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

C.I

  • 20 yanvar 2012 14:32
  • Məqalə: 69
  • Şərh: 2894
  • Bal:
{awards}
twk///////////

--------------------


Analia

  • 20 yanvar 2012 14:16
  • Məqalə: 0
  • Şərh: 483
  • Bal:
{awards}
“itirmək istəmədikləri insanla” tanış olmazdan əvvəlki həyatlarının üzərindən bir anda xətt çəkir, yeni mənlikli insan olmağa çalışırlar.

generation

  • 20 yanvar 2012 14:15
  • Məqalə: 77
  • Şərh: 5427
  • Bal:
{awards}
superdir tewekkurler super alinob

--------------------

♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

rebeka

  • 20 yanvar 2012 14:13
  • Məqalə: 42
  • Şərh: 5590
  • Bal:
{awards}
eger o meni sevecekse men oldugum ucun sevsin.qalani bowdu.cox sagolun

B_A_H_A_R

  • 20 yanvar 2012 14:11
  • Məqalə: 13
  • Şərh: 2855
  • Bal:
{awards}
TESEKKUR EZIYYETE GORE...ILK SERH MENDEN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 29
      Qonaqlar: 141
      Cəmi: 192

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 67
      Cəmi: 284
       
      _XADA_
      Xəbərləri: 63
      Cəmi: 423
       
      Love World
      Xəbərləri: 58
      Cəmi: 157
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 51
      Cəmi: 233
       
      Musique Sage
      Xəbərləri: 49
      Cəmi: 385
       
      green_15
      Xəbərləri: 46
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 45
      Cəmi: 252
       
      _NICE_GIRL_
      Xəbərləri: 39
      Cəmi: 293
       
      Ay Prensesi
      Xəbərləri: 37
      Cəmi: 535