Niyə Azərbaycanda uşaqlara eyni adlar qoyulur?

 
Niyə Azərbaycanda uşaqlara eyni adlar qoyulur?

Azərbaycanda ad seçimi üçün imkanların geniş olmasına baxmayaraq, ölkədə yeni doğulan uşaqların çoxuna, demək olar ki, hər il eyni adlar qoyulur.

Trend-in məlumatına görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2008-ci ildə doğulan uşaqlara ən çox verilən oğlan adları Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız adları isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray olub.

2009-cu ildə dünyaya gəlmiş qız uşaqlarına ən çox Fatimə, Pərvanə, Aysel, Aytac, oğlanlara Əli, Hüseyn, Məhəmməd və Fərid adları qoyulub.

Əvvəlki ildə olduğu kimi, 2010-cu ildə də doğulan oğlanlara ən çox Əli, Məhəmməd, Hüseyn, Murad və Nihad, qızlara isə Zəhra, Fatimə, Nuray, Fidan və Nərmin adları verilib.

DSK-nın açıqladığı son məlumata əsasən, 2011-də doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə ən çox qoyulan oğlan adı Yusif, qız adı isə Nuray olub. İl ərzində 1418 yeni doğulan oğlana Yusif, 1201 qıza Nuray adı verilib. Oğlan adlarından Əli (896), Hüseyn (868), Məhəmməd (610), qız adlarından Zəhra (1059), Fatimə (869) və Ayan (544) adları da üstünlük təşkil edib.

Ötən il doğulan oğlan uşaqları arasında ən populyar ad olan Yusif adı 2008-ci ildə 834, 2009-cu ildə 1417, 2010-cu ildə 2681 körpəyə qoyulub. Deməli, hazırda 3 yaşadək 6350 oğlan uşağı Yusif adını daşıyır. Qız adlarından populyar olan Nuray adı isə son 5 ildə 7890 qız uşağına verilib.

Statistik rəqəmlərdən belə nəticə çıxarmaq olar ki, yola saldığımız bir neçə il ərzində yeni doğulan qızlara qoyulan adlar arasında Fatimə, Zəhra, Nuray adları üstünlük təşkil edib. Oğlan uşaqlarına isə daha çox Əli, Məhəmməd, Hüseyn, Yusif adları qoyulub. İllər üzrə fərq yalnız bu adların siyahıdakı yerinin bir və ya iki pillə dəyişməsi ilə bağlı olub.

Statistik rəqəmlər qalan populyar adlar üzrə də vəziyyətin çox fərqli olmadığını göstərir. Bütün bunlar isə belə düşünməyə əsas verir ki, yaxın illərdə məktəbə gedən uşaqların əksəriyyəti Yusif, Əli, Hüseyn, Nuray, Fatimə, Zəhralardan ibarət olacaq.

Bunu biabırçı vəziyyət sayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend-ə müsahibəsində bildirib ki, Əli, Məhəmməd, Həsən kimi adlar kütləvi olmasa da, əvvəllər də qoyulub. Amma sadəcə həmin vaxtlar əhalinin sayı az olduğu üçün bu adlar qoyulanda müəyyən qədər orijinal olurdu. Amma indi bu adların qoyulması fərqləndirici hal yaratmır.

Bu adların hazırda çox geniş yayıldığını deyən millət vəkili artıq eyni adların çox sayda uşaqlara qoyulmasının qarşısının alınması üçün dövlətin müdaxiləsini də lazımlı sayıb.

Bu müdaxilənin hansı formada ola biləcəyinə gəldikdə, Cəfərov qeyd edib ki, adlarla, o cümlədən orijinal adlarla bağlı yeni lüğətlər çap edib yaymaq, televiziya və radiolarda ictimai müzakirələr aparmaq olar. Bununla yanaşı, adqoymada olan bəzi məhdudiyyətləri aradan qaldırmaqla da bu məsələyə müdaxilə etmək mümkündür.

“Bəzən kimsə uşağına bizim mənşəyimiz, mədəniyyətimizlə bağlı müəyyən qeyri-adi, orijinal ad qoymaq istəyəndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələri (VVAQ) buna mane olurlar. Bu məhdudiyyəti aradan götürmək olar”, - komitə sədri deyib.

Onun sözlərinə görə, adqoyma ilə bağlı yaranmış bu vəziyyəti texniki şəkildə aradan qaldırmaq mümkün deyil. Bu məsələni həll etmək üçün müraciət edənlərə VVAQ-lar tərəfindən populyar adların qoyulması ilə bağlı qadağanın tətbiq edilməsi də yolverilməzdir.
Millət vəkili hesab edir ki, VVAQ-lar valideynlər üçün belə qadağa qoya bilməz. Populyar adların yeni doğulan uşaqlara çox qoyulmasının qarşısını almaq üçün qanunvericilik çərçivəsində qadağanın qoyulması da düzgün olmaz.

Uşaqlara populyar adların qoyulmasında müəyyən qədər VVAQ şöbələrinin rəhbərlərini də günahlandıran Cəfərovun sözlərinə görə, həmin şəxslər valideynləri adlarla bağlı məlumatlandırmalıdırlar.

Millət vəkili hesab edir ki, artıq cavan valideynlərdə adqoyma ilə bağlı fərqlənmə meylləri var.

“Hər halda mən düşünürəm ki, artıq cəmiyyətin özündə bu məsələyə fərqli yanaşma olmalıdır. Uşağa ad qoymaq şəxsi məsələ olsa da, bu uşağın həm də cəmiyyətin övladı olması nəzərə alınmalıdır. Valideyn övladının adının gözəl, fərqli olması üçün çalışmalıdır. Ad qoymaq üçün valideynlərdən xüsusi peşəkar qabiliyyət tələb olunmur”, - Cəfərov qeyd edib.


Geri dön

sabir43

  • 22 yanvar 2012 13:05
  • Məqalə: 10
  • Şərh: 533
  • Bal:
maraqli idi

--------------------
(¯`v´¯)
`•.¸.•´
HeCkImI SeVmIrEm ! SeVgI YaLaNdI !

meri

  • 21 yanvar 2012 00:56
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
menim də qizimin adı Nuraydır

Dalga

  • 20 yanvar 2012 20:07
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Melumat ucun cox sag ol

--------------------

✰Dгeaм✰

  • 20 yanvar 2012 19:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Xebere gore sagol.Maraqli idi.

Elvin007

  • 20 yanvar 2012 19:17
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}

--------------------
▼►►Proqramming◄◄▼

.::BaBy_FaCe_WiSe::.

  • 20 yanvar 2012 19:13
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
men qeyri-adi adlari xowlayiram amma =)

--------------------

_TUNAR_MAMEDOV_

  • 20 yanvar 2012 18:38
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
melumata gore twkler...

diyesen menim adimi hec kim vermeyib ushagina :(

--------------------

enigmatic_girl

  • 20 yanvar 2012 18:02
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm adin ne ferqi var ki??..... wink

--------------------

tontonun anasi

  • 20 yanvar 2012 17:57
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
HE DUZDU BU ADLAR COXDU,EN GOZEL AD MENIM QIZIMIN ADIDIR LEYLA

--------------------

B_A_H_A_R

  • 20 yanvar 2012 17:57
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
XEBERE GORE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

generation

  • 20 yanvar 2012 17:37
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
tewekkurlrrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

ЛаЛыЧкА

  • 20 yanvar 2012 17:13
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
herenin oz zovqu varr

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

Ku-ku

  • 20 yanvar 2012 17:11
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
mence insanlardan cox wey asilidir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}