Şəhidlik ucalığı

 
Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.

Belələri ölüb getsələr də, zaman-zaman xalqın xatirəsində yaşayırlar. İgid oğulları olan xalq yada, namərdə baş əymir, qələbələr qazanır. Ən yeni tariximizin qanlı səhifələri bunu bir daha aydın şəkildə əks etdirir. 1990-cı ilin müdhiş 20 Yanvar gecəsi. Qırmızı imperiyanın qoşunları ölkəmizin paytaxtı Bakı şəhərinə yeridildi. Haqq səsini ucaldan xalqın iradəsini qırmaq, azadlıq arzusunu beşikdəcə boğmaq üçün. Şaxtalı, qaranlıq bir gecədə dinc əhalini gülləbaran etdilər.

Tanklar qarşısına çıxan nə vardısa, tırtılları altında qoydu. Çoxmərtəbəli evlərin pəncərələri, eyvanları güllə yağışına tutuldu. Xalq baş verən hadisədən xəbərsiz olsun deyə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Ən dəhşətlisi isə o idi ki, günahsız, əliyalın qadınları, qocaları, uşaqları belə qətlə yetirirdilər. Xalq o vaxta kimi inandığı, güvənc yeri sandığı sovet ordusunun bu vəhşiliyinə qarşı etiraz səsini ucaltdı.

Ən ağır gündə xalqın bütün təbəqələri, sıravi vətəndaşlardan tutmuş ziyalılara qədər hamı yumruq kimi birləşib o ağır günləri birlikdə yaşadı. Öz şəhidlərini son mənzilə el adəti ilə ən yüksək səviyyədə yola saldı. Qırmızı qana dönmüş qırmızı qərənfillər şəhid tabutlarını, küçə və meydanları süslədi, bəzədi, əzizləyib oxşadı. O vaxtdan da qırmızı qərənfil xalqımızın azadlıq mübarizəsinin simvollarından birinə döndü. Nalə qoparan qaboyun yanıqlı səsi ürəkləri riqqətə gətirərək insan hönkürtüsünə, göz yaşlarına çevrildi. Bu zülmə dözməyənlərin isə ürəyi əbədi susdu. Ümummilli lider Heydər Əliyevin verdiyi layihəyə əsasən, şəhidlərin uyuduğu ərazidə məqbərə ucaldıldı, onların məzarları adlarına layiq şəkildə hörüldü. Qanlı 20 Yanvar günündən artıq 22 il keçir. Xalqımız bu günü hər il hüzn günü kimi qeyd edir.

Lakin 20 Yanvar həm də xalqımızn şanlı mübarizə tarixinin qanla yazılmış səhifəsidir. İllər ötdükcə bu gün qəhrəmanlıq tarixinin ibrətamiz bir səhifəsinə çevrilir. Hər bir itkinin bir “qazancı da olur. Həmin qazanc da o oldu ki, xalqımız yadlara - Sovet İttifaqı rəhbərlərinə bel bağlamağın əbəs olduğunu, imperiyanın əsl üzünü, mahiyyətini birdəfəlik başa düşdü. Yatanlar da sanki ayıldı, milli müstəqillik mübarizəsi daha da alovlandı və nəticədə çox keçmədi ki, ölkəmiz öz suverenliyini əldə etdi.

Şəhid adlarının əbədiləşdirilməsi üçün onların adına küçələr, təhsil ocaqları verilib. Müxtəlif yerlərdə büstləri qoyulub, ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub.

İndi respublikamıza gələn ayrı-ayrı dövlətlərin rəhbərləri, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu məkana baş çəkərək məqbərə önünə gül çələngi, şəhid məzarları üstünə tər çiçəklər qoyurlar.

Şəhidlər ölmürlər. Onların igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür, şeirə, dastana çevrilir:

Dağılar duman da, dağılar çən də,
Həm Allah sevinər, həm də ki bəndə,
Dava qurtaranda, üzlər güləndə
Şəhidlər qayıdar yenə bu yurda.

Bir oğul evlənsə, bir gəlin köçsə,
Aşıq sinəsində sazıyla ötsə,
İgidlər, ərənlər girəndə bəhsə
Şəhidlər qayıdar yenə bu yurda.

Bir dəli gülüşün uğuntusunda,
Körpə bir uşağın qığıltısında,
Elin şad günündə, elin yasında
Şəhidlər qayıdar yenə bu yurda.


Geri dön

N_E_L_L_A

  • 12 fevral 2012 15:28
  • Məqalə: 5
  • Şərh: 85
  • Bal:
twk wink

--------------------
http://smayliki.ru/smilies-47.html

aysel111

  • 3 fevral 2012 14:40
  • Məqalə: 0
  • Şərh: 73
  • Bal:
{awards}
allah hamisina rehmet elesin recourse nece vehsidilere bu qeder gunahsiz insani oldurduler ermeniler o ovladlari olan gunden onlara azerbaycanin ermenilerre dusman olduqlari azerbaycanlilar ermelileri qirmis bele orgedirler ona gore onlar vetenperver olurlar azeraycanlilardan sorusalar qarabag necenci ilde alinib donub qalarlar ama ermeni usaqlarindan sorusaniz hamisini bilerler ona gorede bugunki gun azerbaycanin cox torpaglari ermenilerin elindedir what

FLY TIME

  • 20 yanvar 2012 20:43
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
SEHIDLER UNUDULMUR!!!!!!!!!!

ZAC EFRON

  • 20 yanvar 2012 20:39
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
Allah butun sehidlerimize rehmet etsin!

Dalga

  • 20 yanvar 2012 19:43
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Tewekkurler

--------------------

... Deryam ...

  • 20 yanvar 2012 19:18
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
İnşallah biz gənclərin sayəsində şərəfli tariximiz ləkələnməyəcək, unudulmayacaq və yenidən şərəflə yazılacaq

--------------------

Elvin007

  • 20 yanvar 2012 19:05
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
Xeber ucun agol ALLAH REHMET EDSIN!


Xeber ucun agol ALLAH REHMET EDSIN!

--------------------
▼►►Proqramming◄◄▼

.::BaBy_FaCe_WiSe::.

  • 20 yanvar 2012 19:03
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
Bir oğul evlənsə, bir gəlin köçsə,
Aşıq sinəsində sazıyla ötsə,
İgidlər, ərənlər girəndə bəhsə
Şəhidlər qayıdar yenə bu yurda.
recourse

--------------------

winxclub_bloom

  • 20 yanvar 2012 18:53
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
Bir dəli gülüşün uğuntusunda,
Körpə bir uşağın qığıltısında,
Elin şad günündə, elin yasında
Şəhidlər qayıdar yenə bu yurda.

--------------------

_TUNAR_MAMEDOV_

  • 20 yanvar 2012 18:08
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------

B_A_H_A_R

  • 20 yanvar 2012 17:46
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
HEQIQETEN SEHIDLIK UCALIQDIR.XEBEREGORE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

generation

  • 20 yanvar 2012 17:28
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
tewekkurler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

ЛаЛыЧкА

  • 20 yanvar 2012 17:16
  • Məqalə: 9
  • Şərh: 740
  • Bal:
{awards}
ALLAH rehmet elesin

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

tontonun anasi

  • 20 yanvar 2012 17:15
  • Məqalə: 214
  • Şərh: 2318
  • Bal:
{awards}
Dağılar duman da, dağılar çən də,
Həm Allah sevinər, həm də ki bəndə,
Dava qurtaranda, üzlər güləndə
Şəhidlər qayıdar yenə bu yurda.


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 45
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}